Faqositoz prosesi müxtəlif səbəblərdən pozula bilər :
Faqositoz prosesi müxtəlif səbəblərdən pozula bilər :
Faqositoz obyektinin xüsusiyyətləri ilə əlaqədar olan pozulmalar. Bir sıra infeksion xəstəliklərin törədiciləri (vərəm mikobakteriyaları, toksoplazma, brusella, listeriyalar, lepra, ibtidailərin bir çox növləri) faqosomda yerləşərək, xüsusi maddələr ifraz edir. Bu maddələr faqosomun lizosomla birləşməsini, yəni faqolizosomun formalaşmasını çətinləşdirir və ya qeyri-mümkün edir. Bu zaman makrofaqlar daim fəal vəziyyətdə olur, lizosomal möhtəviyyat ətraf toxumaya ifraz edilir və bununla da iltihabın başa çatması ləngiyir, xronik gedişə malik olur.
Makrofaqların daim məhv olması və onlardan toxumalara lizosom möhtəviyyatının ifrazı xronik iltihab və skleroz törədir. Ağciyərlərin pnevmokoniozlar (silikoz, antrakoz, asbestoz və s.) adlanan xəstəliklərinin inkişafında bu mexanizm başlıca rol oynayır.
Opsonizasiyanın pozulması. Bu proses bir neçə səbəbdən pozula bilər: a) immunodefisitlər (IgG sintezinin pozulması); b) komplement sisteminin fəallaşmasının pozulması (C3b defisiti); c) kollektin defisiti; d) fibronektin çatışmazlığı; e) splenoektomiya (taftsin defisiti).
Faqositlərin kəmiyyət və keyfiyyət dəyişiklikləri ilə əlaqədar olan pozulmaları.
Faqositlərin kəmiyyət və keyfiyyət dəyişiklikləri ilə əlaqədar olan pozulmaları.
Kostman xəstəliyi, ailəvi diskeratoz və s. zamanı;
adheziya molekullarının və onların liqandlarının defisiti. Məsələn, selektinlərin, Sialil-Levis X-in və s. defisiti;
leykositlərin bakterisid sisteminin pozulması, məsələn, NADFH-oksidazanın defisiti (irsi xronik qranulematoz xəstəlik inkişaf edir); qlükoza-6-fosfatdehidrogenazanın defisiti (pentoz sikli və sərbəst radikalların generasiyası pozulur); mieloperoksidaza defisiti (mikrobun hüceyrə membranının halogenizasiyasının pozulması ilə özünü göstərir) və s.;
lizosomal fermentlərin pozulmaları, nəticədə natamam faqositoz baş verir;
faqositlərin enerji ilə təchizatının pozulması. Məsələn, Alder xəstəliyi (leykositlərdə polisaxarid metabolizminin irsi pozulması) zamanı.