Bu yolla endotel qatını keçən leykositlər elastaza, kollagenaza, hialuronidaza fermentləri ifraz edərək, bazal membranı lizisə uğradır və damar divarından çıxır. Bazal membranın keçiriciliyinin artması tiksotropiya prosesi ilə də izah olunur. Belə ki, leykositlərin bazal membranla kontaktı zamanı kation zülalların təsiri altında onun kolloidləri gel vəziyyətindən zol vəziyyətinə keçir. Nəticədə bazal membranın keçiriciliyi artır, leykositlərin ekstravaskulyar sahəyə keçməsi üçün əlverişli şərait yaranır.

Leykositlər damar divarından iltihab ocağına arterial hiperemiya mərhələsinin sonunda çıxmağa başlayır. Lakin onların emiqrasiyası venoz hiperemiya mərhələsində xüsusilə sürətlənir. Bazal membrandan keçən leykositlərin zədələnmə ocağına doğru istiqamətlənmiş hərəkəti baş verir, bu, xemotaksisadlanır. Bu proses xemotaksis amilləri – xemotaksinlər vasitəsilə reallaşır.
Leykositlərin iltihab ocağında emiqrasiyası müəyyən ardıcıllıqla baş
Leykositlərin iltihab ocağında emiqrasiyası müəyyən ardıcıllıqla baş
verir.
İltihab ocağına əvvəlcə neytrofil qranulositlər emiqrasiya edir. Neytrofillərin emiqrasiyası alterasiyadan 15-30 dəqiqə sonra başlayır, 4-6 saat ərzində iltihab ocağında onların miqdarı maksimuma çatır, emiqrasiya prosesi 6-24 saat davam edir. Neytrofillər turş mühitdə uzun müddət yaşamır.
Neytrofillərin ardınca (alterasiyadan 24-48 saat sonra) iltihab ocağına monositlər,daha sonra isə limfositlər emiqrasiya edir. Monositlərin daha gec keçməsi onların xemotaksik həssaslığının zəif olması ilə izah olunur. Zədələnmə zonasına emiqrasiya edən monositlər neytrofil leykositlər tərəfindən məhv edilməmiş mikroorqanizmləri, ölmüş neytrofilləri, toxumaların parçalanma məhsullarını faqositoza uğradır, iltihab ocağındakı antigen təbiətli maddələri prosessinqə uğradaraq, immunokompetent hüceyrələrə (limfositlərə) təqdim edir.
Leykositlərin emiqrasiyasının belə ardıcıllığı ayrı-ayrı leykositlər üçün spesifik olan adheziya molekullarının və xemotaksis amillərinin müxtəlif vaxtlarda yaranması ilə izah edilir.