İltihab ocağında yerli qan dövranı pozulmaları. Ekssudasiya və emiqrasiya
İltihab ocağında yerli qan dövranının pozulmasının aşağıdakı mərhələləri ayırd edilir:
arteriollarıın qısa müddətli spazmı (10-20 saniyədən bir neçə dəqiqəyə qədər);
arterial hiperemiya (20-30 dəqiqə, maksimum 1 saata qədər);
venoz hiperemiya;
staz.
İltihabın başlanğıcında arteriolların qısa müddətli spazmı baş verir. Spazm bir neçə saniyədən (yüngül zədələnmələr zamanı) bir neçə dəqiqəyə qədər (ağır zədələnmələr zamanı) davam edir. Arteriolların spazmı damardaraldıcı adrenergik sinirlərin oyanması və katexolaminlərin ifraz olunması ilə əlaqədardır. Arteriolların spazmının qısa müddətli olması isə katexolaminlərin zədələnmiş toxumada fəallaşan monoaminoksidazanın təsirindən parçalanması ilə əlaqədardır.

Bunun ardınca arterial hiperemiya mərhələsi inkişaf edir. Arterial hiperemiya iltihab ocağında çoxlu miqdarda vazoaktiv maddələrin – iltihab mediatorlarının əmələ gəlməsinin nəticəsidir. Belə ki, iltihab mediatorları kiçik arteriyaların, arteriolların, kapillyarların və venulaların genəlməsinə, arterial qan cərəyanının sürətlənməsinə və fəaliyyətdə olmayan kapillyarların işə düşməsinə səbəb olur. Damar reaksiyalarının bu mərhələsində iltihabın yerli qızartı və temperaturun artması kimi əlamətləri inkişaf edir. İltihab inkişaf etdikcə onun mənzərəsi tədricən dəyişir: arterial hiperemiya venoz hiperemiya ilə əvəz olunur.