Azərbaycan Tibb Universiteti



Yüklə 60,81 Kb.
səhifə8/20
tarix19.12.2023
ölçüsü60,81 Kb.
#187058
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
Patfiz.İltihab.Qızdırma-1

Oksigenin fəal formaları

  • Faqositlərin bakterisid xüsusiyyətini gücləndirir, damar keçiriciliyini artırır (endotel hüceyrələrin zədələnməsi nəticəsində), lizosomal proteazaların aktivliyini yüksəldir. Xronik iltihabın patogenezində də oksigenin fəal formaları mühüm rol oynayır.
  • Azot oksidi (NO) – nun təsir effektləri aşağıdakılardır: vazodilatasiya; trombositlərin adheziyasının və aqreqasiyasının azalması; bakteriyaları bilavasitə məhv etməsi (mikrobisid xassəsi); superoksid radikallarla reaksiyası zamanı daha güclü radikallar (hidroksil radikallar) əmələ gətirməsi.

Neyropeptidlər

  • (P maddəsi, neyrokinin A və B) – əsasən sinir hüceyrələrində sintez olunur.
  • Onlar damar keçiriciliyini artırır, həmçinin neytrofillərin iltihab prosesinə cəlb olunmasını və sitotoksik funksiyasını, onların venulaların endotelinə adheziyasını gücləndirir. Bundan əlavə, neyropeptidlər nosiseptorların prostaqlandin E2 və prostasiklinin təsirinə qarşı həssaslığını artırırmaqla iltihab zamanı ağrının meydana çıxmasında iştirak edir.

Neyromediatorlar (katexolaminlər və asetilxolin)

  • Noradrenalin və adrenalin α- və ya β-adrenoreseptorlar vasitəsilə təsir göstərir. Əsas təsir effektəri qlikolizin, lipolizin, lipoperoksidasiyanın fəallaşması; Ca2+-un hüceyrə daxilinə keçməsinin güclənməsi; arteriolların saya əzələ hüceyrələrinin yığılması, arteriolların mənfəzinin daralması və işemiyanın inkişafı; leykositlərin damarlardan iltihab ocağına emiqrasiyasının və faqositar reaksiyanın tənzimi.
  • Asetilxolin parasimpatik sinir liflərinin uclarından ifraz edilir və effektləri xolinoreseptorlar vasitəsilə reallaşır. Əsas təsir xüsusiyyətlərinə: arteriolların saya əzələlərinin tonusunun azalması, onların mənfəzinin genişlənməsi və arterial hiperemiyanın inkişafı; iltihab ocağına leykositlərin emiqrasiyasının tənzimi; hüceyrələrin proliferasiyası və diferensiasiyasının fəallaşması və s. aiddir.

Yüklə 60,81 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin