2. birləşdirici toxuma hüceyrələrinin miqrasiyası və proliferasiyası;
3. hüceyrədənkənar matriks zülallarının sintezi.
Kəskin iltihabın nəticəsi
struktur və funksiyanın tam bərpası çapıq toxumanın əmələ gəlməsi. kəskin iltihabın xronik hala keçməsi.
Xronik iltihab
Xronik iltihab uzun müddət (həftələr, aylar, illərlə) davam edərək, mononuklear hüceyrə infiltrasiyası, qranulemanın əmələ gəlməsi, fibroz kapsulun yaranması və iltihab ocağının mərkəzində nekrozun inkişafı ilə səciyyələnir.
Birincili xronik iltihabın inkişaf səbəblərinə aiddir:bəzi infeksiyalar ; zərərli (ekzogen və endogen) amillərin uzun müddət təsiri; autoimmun xəstəliklər.
Xronik iltihabın patogenezinin əsasını natamam faqositoz təşkil edir. Bu zaman floqogen amil orqanizmdən kənarlaşdırıla bilmir. Xronik iltihabın əsas hüceyrələri makrofaqlar, limfositlər, plazmatik hüceyrələr və eozinofillərdir.
Qranulema – xronik iltihabın morfoloji əsası olub, fibroz kapsula malik və limfositlərlə əhatə olunmuş makrofaqlar toplusudur. IFN-γ-nın təsiri altında dəyişilmiş makrofaqlar epitel hüceyrələrinə bənzədiyinə görə bəzən epitelioid histiositlər adlanır.
Qızdırma tipik patoloji proses olub, ali homoyoterm orqanizmlərin müxtəlif amillərin təsirinə qarşı daxili mühit temperaturunun yüksəlməsi ilə cavab verdiyi mühafizə-uyğunlaşma reaksiyasıdır.
Qızdırmanın etiologiyası. Digər tipik patoloji proseslər kimi, qızdırma da polietiolojidir. Qızdırma əmələ gətirən maddələr pirogen (yunanca “pyr” – “pyretos”və ya “pyros” – alov, od – istilik daşıyan) adlanır.