Azərbaycan Tibb Universiteti



Yüklə 60,81 Kb.
səhifə19/20
tarix19.12.2023
ölçüsü60,81 Kb.
#187058
1   ...   12   13   14   15   16   17   18   19   20
Patfiz.İltihab.Qızdırma-1

Qızdırmanın növləri

  • Etiologiyasına görə : infeksion və qeyri-infeksion
  • Davametmə müddətində görə: kəskin, yarımkəskin, xroniki
  • Bədən temperaturunun artmasına görə: zəif ( subfibril, 37-38°), mülayim( febril 38-39°), yüksək ( piretik 39-41°), çox yüksək (hiperpiretik, 41°dən çox)
  • Temperatur əyrilərinin tiplərinə görə : daimi, zəiflədici, fasiləli, üzücü, atipik, təhrifolunmuş, qeyri- müntəzəm, qayıdan, dalğavari.

Qızdırmayabənzər vəziyyətlər

  • Neyrogen - mərkəzi, psixogen və refleksogen formaları ayırd edilir.
  • Endokrin - tirotoksikoz,teoxromositoma zamanı
  • Dərman preparatlarının təsirindən yaranan - kofein, adrenalin,efedrin,novakain amid və.s istifadəsi zamanı

Bədxassəli hipertermiya

  • Irsi reanodin reseptorlarını kodlaşdıran genin mutasiyası zamanı onkişaf edir.
  • Narkoz üçün istifadə edilən maddələr əsas rol oynayır.
  • Bu zaman eninəzolaqlı skelet əzələlərinin sarkoplazmatik hüceyrələrindən çoxlu Ca 2+ azad edilir.bu isə əzələ titrəməsinə səbəb olur (yayılmış əzələ titrəməsi əmələ gəlir ). Nəticədə hüceyrənin ATF ehtiyatı tükənir.,qlikogenoliz sürətlənir,O2 sərfi artır. Bu isə istilik hasilatının artmasına səbəb olur. Nəticədə temperaturun artması baş verir(hətta qıcolmalar baş verə bilər)

Hipertermiya və digər qızdırmayabənzər vəziyyətlər aşağıdakı xüsusiyyətlərinə görə tipik qızdırma reaksiyasından fərqlənir:

Hipertermiya və digər qızdırmayabənzər vəziyyətlər aşağıdakı xüsusiyyətlərinə görə tipik qızdırma reaksiyasından fərqlənir:

  • qızdırma zamanı orqanizmin hərarəti ətraf mühitin temperaturundan asılı olmur, hipertemiyada isə ətraf mühitin hərarətindən birbaşa asılılıq mövcuddur;
  • qızdırmanın gedişində istilik tənzimi mexanizmlərində dəyişiklik baş verir, lakin orqanizm bu proseslərə nəzarətini itirmir, temperaturun tənzimi prosesləri qızdırmanın gedişində fazalara uyğun dəyişir, hipertermiyada isə istilik tənzimi tamamilə pozulur;
  • qızdırma zamanı bədən temperaturunun yüksəlməsi pirogenlərin təsiri ilə əlaqədardır, hipertermiyada isə pirogenlər rol oynamır;
  • qızdırma zədələyici amillərə qarşı universal, stereotip cavab reaksiyası olub, hipertermiyadan fərqli olaraq digər tipik patoloji proseslər kimi orqanizmin mühafizə olunmasına xidmət edir;
  • antipiretik dərmanlar, xüsusən prostaqlandin sintezini ləngidən aspirin tipli preparatlar qızdırma zamanı effektli olduğu halda, hipertemiyada yüksəlmiş bədən temperaturuna təsir etmir.

Yüklə 60,81 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin