16
2016/1 (20)
ORİJİNAL MƏQALƏLƏR
UOT: 617.764.1-008.811.4:681.735-08
Osmanova L.Y.
YUMŞAQ KONTAKT LİNZALARIN İSTİFADƏÇİLƏRİNDƏ QURU GÖZ
SİNDROMUNUN MÜALİCƏ VƏ PROFİLAKTİKASI
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan
Açar sözlər: quru göz sindromu, Xiloial mono, yumşaq kontak linzalar
Gözdə quruluq hissiyatı kifayət qədər yayılmış problemdir. Əhalinin təxminən 1/3 bu problemlə qarşılaşır.
Bu simptomların inkişafı bir çox faktorlarla əlaqədardır: yaş, cins, allergiya, kompüterlə işləmə, hormonların
səviyyəsi, bəzi medikamentlərin istifadəsi.
Təəsüf ki kontakt linzaların istifadəsi quru göz sindromunun yaranma riskini artıran faktorlardan biri olaraq
qalmaqdadır [1].
Kontakt linza istifadəçiləri arasında quru göz sindromunun inkişaf faktorlarının əsaslarından biri linzaların
dehidratasiyasıdır. Kontakt linzanın materialından və maye tərkibindən asılı olmayaraq linzaüstü gözyaşı pərdəsi
linzaaltı gözyaşı pərdəsinə nisbətən daha tez buxarlanır. Nəticədə kontakt linza istifadəçiləri quruluq və diskomfort
hiss edir. Subyektiv olaraq aşağıdakı simptomlar: quruluq hissiyatı, gözdə linzanın hiss edilməsi, gözlərdə qızartı,
qıcıqlanma, həssaslığın artması, göynəmə, qum hissiyatı, göz yorğunluğu ola bilər.
Diskomfortun səbəbləri:
1)
linzanın ön səthinin islanması azalır;
2)
linza ilə qapaq arasında qarşılıqlı təsir artır;
3)
yuxarı göz qapağın daimi linzanı sürtməsi onun yerdəyişməsinə səbəb olur;
4)
göz yaşının buxarlanması və linzanın quruması buynuz qişanın rənglənməsinə səbəb olur.
Quru göz sindromu gözyaşı pərdəsinin tamlığının pozulması ilə sıx bağlıdır. Kliniki nöqteyi nəzərdən vacibdir
ki, kontakt linzanın bütün səthi göz yaşı pərdəsi ilə örtülsün. Məhz bu quruluq simptomlarının əmələ gəlməsinin
qarşısını alır, komfort və aydın görməni təmin edir, qapaqların linzaya təsirini yumşaldır.
Müəyyən olunmuşdur ki, quruluq simptomları olan kontakt linza istifadəçilərində sekretor fosfolipaza A2-nin,
lipazanın, lipokalinin, parçalanmış yağların azalması müşahidə olunur. Bu halda gözyaşı pərdəsinin qalınlığı və
stabilliyi normadan aşağı olur və belə hesab olunur ki, praktikada sonuncu faktor quru göz sindromunun diaqnozu
üçün daha vacibdir. Quru göz sindromunun yaratdığı simptomlardan can qurtarmaq üçün xüsusi nəmləndirici
damcılardan istifadə etmək olar. Müasir nəmləndirici damcılarda linzanın səthinin hidrofilliyini artıran maddələr:
surfaktanlar, Na hialuronat və s. Istifadə olunur [2].
Bunlardan Na hialuronat gözdaxili mayeyə yaxın xüsusiyyətlərə malikdir. Bu gözün toxumaları ilə tamamilə
biouyğun təbii polimerdir.
Bu zaman dərman preparatının təkcə aktiv maddəsini deyil, həm də köməkçi komponentlərinin, ilk növbədə
konservantının farmakodinamik xüsusiyyətlərini nəzərə almaq lazımdır. Belə ki, məhz konservant buynuz
qişa toxumasına neqativ təsir göstərərək, kontakt linzanın istifadəsini çətinləşdirir. Konservantlar preparatda
mikrofloranın inkişafının qarşısını alır. Yadda saxlamaq lazımdır ki, gün ərzində 12 damcıdan çox hər hansı
konservantlı preparat istifadə olunarsa, buynuz qişa epitelinin zədələnmə riski əmələ gəlir. Konservantlar təkcə
buynuz qişaya toksik təsir göstərməklə deyil, həm də allergik reaksiyaların əmələ gəlmə riskini əhəmiyyətli dərəcədə
artırmaqla təhlükəlidir. Ona görə də konservantsız dərman vasitələrinə, xüsusən də kontakt linza istifadəçilərində,
üstünlük vermək lazımdır [3-7].
Göz damarlarının daha yaxşı keçiriciliyi üçün izotonik və ya göz yaşına nisbətən hipotonik olmalıdır. Bu halada
göz damcısının istifadəsi xoşagəlməz hissiyatlar vermir [4].
Xiloial (mono) preparatının konservantsız və tərkibində inyeksiya üçün suyun olması daha yaxşı keçiricilik
xüsusiyyətinə malikdir.
Məqsəd – yumşaq kontakt linza istifadəçilərində quru göz sindromunun aradan qaldırılmasında Xiloial-mono
preparatının effektivliyinin öyrənilməsi.
Material və metodlar
Tədqiqat 2014-2015-ci illər ərzində akad. Zərifə Əliyeva ad. Milli Oftalmologiya Mərkəzinin kontakt korreksiya
şöbəsinə müraciət etmiş 50 xəstə üzərində aparılmışdır.
17
2016/1 (20)
ORİJİNAL MƏQALƏLƏR
Xəstələrin 38-i (76%) qadın, 12-i (24%) – kişi olmuşdur.
Bütün xəstələrə standart oftalmoloji müayinələr – vizometriya, skiaskopiya, refraktometriya, buynuz qışanın
flüoresseinlə boyanmasından sonra biomikroskopiya ilə yanaşı Şirmer (anesteziyasız) və Norn sınağı kimi
müayinələr keçirilmişdir.
Xəstələr 2 qrupa bölünmüşdür. Hər qrupa 25 pasiyent daxil olmuşdur. I qrupa daxil olmuş pasiyentlərə heç
bir preparat təyin olunmamışdır. İkinci qrupa daxil olan 25 pasiyentə “Farmigea” kompaniyasının istehsalı olan
Xiloial-mono preparatı təyin edilmişdir. Pasiyentlər bir il müşahidə altında olmuşlar. Bütün pasiyentlər dar bəbəklə
və sikloplegiyadan sonra refraktometriya olunmuşlar (cədvəl 1).
Cədvəl 1
Qruplar üzrə aşkar olunan refraksion pozuntular
Alınan nəticələr və onların müzakirəsi
Təcrübəmizdə istifadə etdiyimiz Xiloial-mono preparatının tərkibində olan Na hialuronat mukomimetik və
nəmləndirici, TSP-qoruyucu və göz yaşının funksiyasını bərpaedici təsirə malikdir.
Na hialuronat biotexnoloji sintez nəticəsində alınmışdır, yüksək molekulyar kütləyə malikdir. Na hialuronat
mukomimetik xüsusiyyətlərinə və özlülüyünə görə əla yayılma qabiliyyətinə malik olub, effektiv nəmləndirici
təsir göstərir və göz yaşının stabilliyini təmin edir.
TS-polisaxaridi Tamarinda (Tamarindus indica) bitkisinin tumalrından alınan təbii maddədir, buynuz qişa-
konyunktiva səthinin qorunması üçün çox faydalıdır.
TS-polisaxaridi göz səthində qoruyucu qat yaradaraq göz yaşı təbəqəsində və göz səthində fizioloji balansı
bərpa edir.
Bütün xəstələrə Şirmer (anesteziyasız) və Norn sınağı aparılmışdır.
Norn sınağının normada ≥15 saniyə, Şirmer sınağının normada isə ≥ 15 mm təşkil edir.
II qrupa daxil olan pasiyentlərdə müalicədən əvvəl Şirmer sınağının göstəricisi 20% hallarda 6-9 mm, 12%
hallarda 10-14 mm, 68% hallarda 15-19 mm təşkil etmişdir. Müalicədən sonra həmin sınağın nəticələri 12%
hallarda – 6-9 mm, 20% hallarda – 10-14 mm, 68% hallarda – 15-19 mm olmuşdur. Müalicə müddəti ərzində
“quru göz” sindromunun ağırlıq dərəcəsindən asılı olmayaraq II qrupa aid olan bütün pasiyentlərdə prekorneal
göz yaşı pərdəsinin stabilliyinin artması müşahidə olmuşdur. Belə ki, Norn sınağının nəticələri müalicədən əvvəl
20% hallarda 4-7 saniyə, 32% hallarda – 8-9 saniyə, 12% hallarda – 10-11 saniyə; müalicədən sonra 4% hallarda
5 saniyə, 8% hallarda – 8-9 saniyə, 88% hallarda – 10-11 saniyə olmuşdur.
II qrup xəstələrin 84%-də Xiloial-mono preparatının 2 ay istifadəsindən sonra bütün şikayətlər keçmiş, 12%-də
şikayətlərin azalması, 4%-də müsbət dinamika izlənməmişdir.
Alınan nəticələrə əsasən demək olar ki, Xiloial-mono preparatının effektivliyi bir neçə faktorlarla əlaqədardır.
Preparatın əsasını təbii polimer – hialuron turşusu təşkil edir. Hialuron turşusu heyvanların və insanların dərisində,
oynaq mayesində, bağlarda, şüşəvari cisimdə və göbək ciyəsində olur. Onun funksiyaları müxtəlifdir: toxumalarda
su tərkibinin tənzimlənməsindən başlamış, hüceyrələrin miqrasiyası və differensasiyasına qədər.
Hialuron turşusundan əlavə Xiloial-mono preparatının tərkibinə TS-polisaxarid daxildir. TS-polisaxaridi göz
səthində qoruyucu qat yaradaraq göz yaşı təbəqəsinin sabitliyini təmin edir.
18
2016/1 (20)
ORİJİNAL MƏQALƏLƏR
Birlikdə bu iki aktiv maddə buynuz qişa konyunktiva səthində normal sinergetik fəaliyyət göstərir.
Beləliklə, yumşaq kontakt linza istifadəçilərində quru göz sindromunun profilaktikası və müalicəsi üçün
Xiloial-mono preparatının istifadəsi məqsədəuyğundur.
ƏDƏBİYYAT:
1.
Контактные линзы и синдром сухого глаза // Глаз, 2009, №4, с.2-3.
2.
Морган Ф., Добсон К. Белки слезной пленки и мягкие контактные линзы // Вестн. оптометрии,
2010, №1, с.31-34.
3.
Ставицкая Т.В. Офтальмофармакологические средства и ношение контактных линз // Глаз, 2011,
№1, с.2-3
4.
Troiano P., Monaco G. Effect of hyaluronic acid drops in dry eye patients: across over study // Cornea,
2008, v.27(10), p.1126-1130.
5.
Stern R., Frost G.L., Shuster S. et al. Hyaluronic acid and skin // Cosm. And Toil, 1988, v.113, p.43-48.
6.
Полунин Г.С., Куренков В.В., Сафонова Т.Н. и др. Новая клиническая классификация синдрома
сухого глаза // Рефракционная хирургия и офтальмология, 2003, №3(3), с.53-60.
7.
Бржевский В.В., Сомов Е.Е. Синдром сухого глаза, 2002, №1, с.3-9.
8.
Kanski I. Clinical oftalmology/ Butterworth-Heinemann, 1999, v.4, p.8-12.
Османова Л.Я.
ПРОФИЛАКТИКА И ЛЕЧЕНИЕ СИНДРОМА СУХОГО ГЛАЗА У
ПОЛЬЗОВАТЕЛЕЙ МЯГКИХ КОНТАКТНЫХ ЛИНЗ
Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, Баку, Азербайджан
Ключевые слова: синдром сухого глаза, Xiloial-mono
РЕЗЮМЕ
Цель – изучить эффективность препарата Xiloial-mono у пользователей мягких контактных линз при
синдроме сухого глаза.
Материал и методы
Материал исследования составили 50 пациентов обследованных за период с 2014-2015гг в Националь-
ном Центре Офтальмологии имени акад. Зарифы Алиевой. Пациенты были разделены на 2 группы. Паци-
ентам II группы был назначен препарат Xiloial-mono.
Результаты
У всех пациентов II группы, которые использовали Xiloial-mono отмечалась стабилизация прекорналь-
ной слезной пленки.
Заключение
Таким образом, считается целесообразным применение препарата Xiloial-mono для профилактики и
лечения синдрома сухого глаза у пользователей мягких контактных линз.
Osmanova L.Y.
PROPHYLAXIS AND TREATMENT OF DRY EYE SYNDROMEIN IN THE
WEARERS OF SOFT CONTACT LENSES
National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan
Key words: dry eye syndrome, Xiloial-mono
19
2016/1 (20)
ORİJİNAL MƏQALƏLƏR
SUMMARY
Aim – to evaluate of the effectiveness of the preparation Xiloial-mono in the treatment of dry eye syndrome in
soft contact lens wearers.
Material and methods
50 patients examined at the National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva during 2014-
2015 represented in the years of, treated the material of investigation. The patients were divided into 2 groups.
Preparation Xiloial-mono by Farmigea were prescribed to 25 patients of the second group.
Results
The stability of precorneal tear film was noted in all patients who used the preparation Xiloial-mono.
Conclusion
So, it is advantageous to use Xiloial-mono for prophylaxis and treatment of dry eye syndrome in the wearers
of soft contact lenses.
Korrespondensiya üçün:
Osmanova Lamiyə Y , akad. Zərifə Əliyeva ad. Milli Oftalmologiya Mərkəzinin kontakt korreksiya şöbəsinəin
həkim-oftalmoloqu
Ünvan: AZ 1114, Bakı şəh., Cavadxan küç., 32/15
Tel: (+99412) 569-09-07; (+99412) 569-09-47
E-mail: administrator@eye.az;
www.eye.az
Dostları ilə paylaş: |