Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə252/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   248   249   250   251   252   253   254   255   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkil
Dəri vaskulitlərinin klinik əlamətləri olduqca müxtəlifdir. lakin dermatozların bu 
qrupunu klinik olaraq birləşdirən bir sıra ümumi əlamətlər mövcuddur:
• 
dərinin dəyişikliklərinin iltihabi xarakteri;
• 
səpgilərin ödemləşməyə, qanamaya, nekroza meylliyi;
• 
zədələnmələrin simmetrik olması;
• 
səpgi elementlərinin polimorfizmi;
• 
birincili və ya əsasən aşağı ətraflarda (çox vaxt baldırlarda) yerləşməsi;
• 
yanaşı gedən damar, allergik, revmatik, autoimmun və digər sistem xəstəliklə-
rin olması;
• 
çox vaxt ilkin keçirilən infeksiyalar və ya dərman uyuşmamazlığı ilə əlaqənin 
olması;
• 
gedişinin kəskin və ya dövri kəskinləşmələrlə olması.
Polimorf dermal anqiit
Polimorf dermal angiit, bir qayda olaraq, xronik residivləşən gedişə malikdir və ol-
duqca müxtəlif morfoloji simptomatikanın olması ilə fərqlənərək, onun müxtəlif təsni-
fatlarının verilməsinə səbəb olmuşdur. Səpgilər əvvəlcə baldırlarda əmələ gəlir, lakin 
dəri örtüyünün digər sahələrində də, az hallarda – selikli qişalarda meydana çıxa bilər. 
(Şək.)Suluqlar, müxtəlif ölçülü hemorragik ləkələr, iltihabi düyüncüklər və lövhəciklər, 
səthi düyünlər, papulo-nekrotik səpgilər, qovuqcuqlar, qovuqlar, pustulalar, eroziyalar, 
səthi nekrozlar, xoralar, çapıqlar müşahidə olunur. Səpgilərdən əvvəl qızdırma, ümumi 
zəiflik, artralgiya, baş ağrısı meydana çıxır. Əmələ gələn səpgilər adətən uzun müddət 
qalır (bir neçə həftədən bir neçə aya qədər), residivləşməyə meyllidir. Xəstəliyin baş-
lanğıcı və onun residivləri çox vaxt kəskin yoluxucu xəstəliklərlə provokasiya olunur 
(angina, qrip, KRX), donma, fiziki və ya psixi gərginlik, az hallarda – hər hansı dər-
man vasitələrinin qəbul edilməsi və ya qida maddələrinə qarşı reaksiyalarla əlaqədardır. 
Səpginin bu və ya digər morfoloji elementlərinin olmasından asılı olaraq səthi dermal 
angiitin müxtəlif tipləri ayırd olunur (cədvəl 1). Lakin bəzən müxtəlif elementlər kom-
binəsiya olunaraq və polimorf tipli angiitin klinik şəklini yaradır.


363

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin