358
Xəstəliyin reqressiya edən mərhələsində keçəlləşmə ocağında zərif tüklər (vellyus)
inkişaf etməyə başlayır, onlar da tədricən qalınlaşır və piqmentasiyaya uğrayırlar. Bəzən
keçəlləşmə ocağında artıq böyümüş tüklər normal tüklərdən rənginə görə fərqlənirlər və
fərqli çalarlar alırlar (poliozis). Çox vaxt aşağıdakı klinik şəkli müşahidə olunur: zərif
tüklərin böyüməsi nəzərə çarpır və eyni vaxtda «tərpənən tüklər» zonası təyin olunur.
Belə hallarda xəstəliyin proqress edici mərhələsi ayırd edilir (baxmayaraq ki, tüklərin
böyüməsi tökülməni qabaqlayır və nəticədə zədələnmə ocağı tüklərlə örtülmüş olur).
Müalicə (xüsusilə də yerli) proqres edən mərhələyə müvafiq olaraq təyin edilir.
Ocaqlı alopesiya ilə xəstələrdə xəstəliyin proqnozunu vermək üçün tüklərin kökləri-
nin mikroskopik müayinəsi həyata keçirilir.
Mikroskopiya üçün tüklərin götürülmə qaydası:
-
mikroskopiyanın aparılmasından 2 həftə əvvəl tüklərə kosmetik prosedurlar
aparılmamalıdır;
-
tüklər başı yuduqdan sonra 5-ci
günü götürülür;
-
ocaqlı keçəllik zamanı tüklər ocağın kənarı boyunca və keçəlləşmə ocağının
qarşısında yerləşmiş sahədən götürülür; diffuz keçəllləşmə zamanı tüklər alın xəttindən
2 sm arxadan və gicgah xəttindən 2 sm yana doğru götürülür;
-
saçlar uzun olduqda epilyasiyadan əvvəl onları 2 sm uzunluğa qədər kəsmək
olar;
-
tüklərin mikroskopiyası onların götürüldüyü gün həyata keçirilməlidir.
Tük köklərinin mikroskopiya zamanı aşkar edilə biləcək aşağıdakı formaları ayırd
olunur: anagen tüklər,
distrofik anagen tüklər, katagen və telogen tüklər.
Normal trixoqramma zamanı tüklərin 89%-i anagen fazada; 1%-i katagen fazada;
20%-i – telogen fazada olurlar. Tüklərin sutka ərzində fizioloji tökülməsi (100-ə qədər)
bununla izah edilir.
Ocaqlı alopesiya zamanı distrofik anogen tüklər aşkar edilə bilər. Ocağın periferiyası
boyunca telogen tüklərin sayı artır. Telogen köklərin aşkar olunması ləng inkişaf edən
vəziyyətdən xəbər verir: distrofik tüklər prosesin sürətlə proqres etməsi üçün xarakte-
rikdir. Analoji dəyişikliklər dərinin qarşıdakı - klinik sağlam sahəsində də aşkar edilir.
Ocaqlı alopesiyanın səbəbi və ya təkanverici amili ola biləcək xəstəliklərin diaqnos-
tikası zamanı və differensial diaqnostikanın aparılması məqsədilə xəstələrə aşağıdakı
müayinələrin həyata keçirilməsi tövsiyə olunur: ümumi klinik müayinələr (qanın, sidi-
yin ümumi, biokimyəvi müayinələri), qanın sifilisə görə seroloji müayinəsi (xəstələrin
hamısında göstərişdir), İİV-ə görə qanın İFA ilə müayinəsi (xəstəliyin davamlı halların-
da), hormonların səviyyəsini təiyn etmək üçün qanın radioizotop müayinəsi (T3, T4, est-
radiol, kortizol, testesteron, prolaktin, AKTH); mikroelementlərin (sink, mis, kalium,
natrium, dəmir, maqnezium) miqdarının
təyin edilməsi; kalsiumun metabolizmi, im-
munloji müayinələr (interferonlar, interleykinlər, nekroz və şişlərin böyüməsi faktoru);
ocaqlı alopesiyanın ağır formalarında baş beynin nüvə-maqnit-rezonans müayinəsini,
yumurtalıqların,
böyrəküstü vəzilərin USM; baş beyin damarlarının, yuxarı ətrafların
damarlarının reovazoqrafiyası; qarın boşluğu orqanlarının ultrasəs müayinəsini aparmaq
lazımdır.