Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə244/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   240   241   242   243   244   245   246   247   ...   446
DERMATOLOGİYA-dərslik 1

Damar patologiyası
Klinik və eksperimental müayinələr göstərir ki, üz nahiyəsində olan dərinin qan da-
marlarının tonusunun mərkəzi tənzimlənməsinin pozulması rozaseanın patogenezində 
xüsusi rol oynayır. Bunun nəticəsində qanın axma sürətinin ləngiməsi və venae facialis 
sive angularis –in axdığı nahiyədə (əsasən, rozaseanın ən çox rast gələn topoqrafiyasına 
uyğun gəlir) venoz durğunluq inkişaf edir. Üz venasının axdığı nahiyəyə eyni zamanda 
konyunktiva da qoşulur və bu da xəstəlik zamanı gözlərin cəlb edilməsini izah edir. 
Morfoloji və laborator müayinələrlə müəyyən edilmişdir ki, xəstəliyin patogenezinin 
əsasında vegetativ damar distoniyasının əlamətlərindən birinin - daha çox üz damarla-
rının zədələnmələri ilə müşayiət olunan angionevrozun yaranması durur.
Vazoaktiv peptidlərin rolu
Mədə-bağırsaq yolunun vazoaktiv peptidləri (VİP, pentaqastrin) üzə qanın axmasını 
(yığılmasını) sürətləndirmək qabiliyyətinə malikdir. Alkoqolun təsiri sayəsində qanın 
üzə doğru axması onun fermentativ parçalanmasının axıra qədər başa çatmaması (xü-
susilə də şərq ölkələrindən olan şəxəslərdə) ilə əlaqədardır. Rozasea ilə xəstələrdə qa-
nın axmasının (yığılmasının) səbəbləri qismində həmçinin bir sıra mediator maddələrin, 
məsələn, endorfinlər, bradikinin və P substansiyasının miqdarının artması rol oynayır. 
Kallikrein-kinin sisteminin fəallaşması və kininogenezin güclənməsi rozasea ilə xəstələ-
rin əksəriyyətində müəyyən olunmuşdur. Kininlərin vazoaktiv yönümlü təsiri, onların 
çox kiçik konsentrasiyalarda damarların tonusunu dəyişdirmək və kapilyarların keçiri-
ciliyini artırmaq qabiliyyəti rozasea üçün səciyyəvi olan damar dəyişikliklərini törədir. 
Dəyişikliklərin əsasən üzdə lokalizasiyası, çox güman ki, burada yerləşmiş bradikinin 
reseptorlarının yüksək həssaslığı ilə izah edilir. Bu, vazoaktiv bradikininin rozaseanın 
«effektoru» olması nəzəriyyəsini təsdiq edir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin