Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə233/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   229   230   231   232   233   234   235   236   ...   446
DERMATOLOGİYA-dərslik 1

Differensial diaqnoz
İlk növbədə vulqar pemfiqus, herpesşəkilli dermatit və qazanılmış bullyoz epider-
molizlə aparılır. Çoxformalı ekssudativ eritema kəskin başlayır və yaşlı şəxslərdə na-
dir hallarda rast gəlir. Xəstəliyin multiformalı dərman ekzantemalarından fərqləndiril-
məsi vacibdir. Əgər divarları gərgin qovuqlar ayaqlarda məhdud şəkildə yerləşirsə, onda 
şəkərli diabet zamanı meydana çıxan bullyoz dermatozdan, dishidroz formalı bullyoz 
pemfiqoid zamanı – dishidroz formalı ekzema və ya mikozdan şübhələnmək lazımdır.
Müalicə
Sistem qlükokortikoidləri seçim preparatı kimi tövsiyə etmək olar. Belə ki, xəstə-
lik çox vaxt yaşlı şəxsləri zədələdiyi üçün və nisbətən xoşxassəli gedişə malik olduna 
görə vulqar pemfiqusla müqayisədə aşağı dozalar seçilir. Remissiyaya nail olmaq üçün 
adətən prednizolonun hər gün 40-80 mq dozada və ya digər qlükokortikoidlərin (me-
tilprednizolon, urbazon, ftorkortolon, ultralan) izodozalarının işlədilməsi kifayət edir. 
Xəstələrin yaşı ilə əlaqədar təminedici terapiyanın yanaşı təsirləri, məsələn, şəkərli dia-
bet, osteoporoz və ya infesiyaya meylliyi erkən vaxtda əmələ gələ bilər və daha kəskin 
özünü göstərər. Remissiya əldə edildikdə təminedici terapiya zamanı qlükokortikoidlə-
rin dozası lazımi dozaya qədər azaldılmalıdır.
Bullyoz pemfiqoid zamanı remissiyaya nail olmaq üçün qlükokortikoidlərin azatiop-
rin (imurek əvvəlcə hər gün 100-150 mq, sonra isə 50-100 mq) və ya xlorambusil (na-
tulan hər gün 4-6 mq) ilə kombinasiyaları az hallarda təyin olunur. Metotreksat (15-50 
mq venadaxilinə həftədə 1 dəfə və ya 5-10 q peroral həftədə 3 dəfə 12-saatlıq fasilələrlə) 
monovasitə kimi və ya qlükokortikoidlərlə kombinasiyada tövsiyə olunur. Lakin yaşlı 
şəxslərin əksəriyyətində dərman immunsupressiyasının və ikincili bakterial və ya mikoz 
infeksiyalarının yaranmasını nəzərə almaq lazımdır.
Sulfonlar, məsələn, diaminodifenilsulfon (dapson hər gün 50-100 mq) yüngül gedişli 
bullyoz pemfiqoid ilə xəstələrin əksəriyyətində yeganə preparat kimi və ya qlükokorti-
koidlərlə kombinasiyada nisbətən aşağı dozalarda (hər gün 20-30 mq ekvivalent predni-
zolon) işlədildir. Əlavə-yanaşı təsirləri də yaddan çıxarmaq olmaz.
Ayrı-ayrı hallarda bullyoz pemfiqoid zamanı tetrasiklinlər və ya eritromitsinlə apa-
rılan antibiotikoterapiyanın effektiv olması göstərilir. Bullyoz pemfiqoid zamanı plaz-
maferez əsasən steroid qoruyucu təsirə malikdir, onun üçün xəstələrin yaşlı olmaları və 
anticisimlərin titrləri ilə xəstəliyin aktivliyi arasında korrelyasiya əlaqəsinin olmamasını


339
nəzərə alaraq, belə metodikaların az hallarda istifadə edilməsi məsləhət görülür.
Yerli müalicə üçün qovuqların deşilməsindən sonra tərkibində müxtəlif rəngləyicilər 
olan dezinfeksiyaedici maddələr (brilyant abısının 0,1-0,5%-li sulu məhlulu), polivi-
don-yod, içərisində antibiotiklər olan məlhəmlər və antiseptik əlavələr olan vannalar; 
böyük sahəli eroziyalar zamanı – yaralara tənzif sarğının qoyulması tövsiyə edilir. Müa-
sir cərrahi sarğı materialı da kömək edə bilər. Lokalizasiyalı xəstəlik zamanı yerli olaraq 
qlükokortikoidlərdən istifadə etmək məsləhət görülür.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin