Essel forte h kapsullar essel forte h beynəlxalq patentləşdirilməmiş adı



Yüklə 123,83 Kb.
Pdf görüntüsü
tarix04.01.2017
ölçüsü123,83 Kb.
#4438

İstifadəsi üzrə təlimat 

 

 

ESSEL FORTE H     kapsullar 

ESSEL FORTE H 



 

 

Beynəlxalq patentləşdirilməmiş adı: Essential phospholipids (EPL-substance) 

 

Tərkibi 

Hər kapsulun tərkibində: 

Essensial fosfolipidlər (EPL-substansiya)....................300 mq 

 

Farmakoterapevtik qrupu 

Bioloji aktiv əlavə 



 

Farmakoloji xassələri 

Farmakodinamika 

Essensial fosfolipidlər - qaraciyər hüceyrələrinin membran və hüceyrə orqanoidlərinin  əsas struktur 

elementləridir. EPL-in tərkibinə təbii mənşəli xolin fosfor turşusunun diqliseridli efiri, doymamış yağ turşuları 

ilə zəngin olan soya paxlalarının ekstraktı daxildir. Doymamış yağ turşularından linol (70%), linolen və olein 

turşuları üstünlük təşkil edir. Qaraciyərdə metabolizm proseslərinin pozğunluqlarında preparat qaraciyərin 

yüksək enerjili essensial fosfolipidlər ilə  təminatını  həyata keçirir. Bu fosfolipidlər kimyəvi strukturuna görə 

endogen fosfolipidlərə çox yaxındır. Onlar qaraciyər hüceyrələrinə daxil olaraq hüceyrə membranlarında 

fəaliyyət göstərirlər. 

Essensial fosfolipidlər qaraciyərin funksiyasını normallaşdırır, qaraciyər hüceyrəsinin fermentativ aktivliyini 

artırır, qaraciyərin enerji israfını azaldır, regenerasiya qabiliyyətini artırır, neytral yağları və xolesterini asan 

parçalanan formaya çevirir, ödün fiziki-kimyəvi xassələrini stabilləşdirir. 

 

İstifadəsinə göstərişlər 

  -  xroniki hepatit 

  -  qaraciyər sirrozu 

  -  qaraciyər hüceyrələrinin nekrozu 

  -  qaraciyərin müxtəlif etiologiyalı piy degenerasiyası (şəkərli diabet) 

  -  qaraciyərin toksiki zədələnmələri 

  -  hamiləlik toksikozu 

  -  hepato-biliar zonada cərrahiyyə əməliyyatlarından əvvəlki və sonrakı müalicə dövrü 

  -  psoriaz (köməkçi terapiya kimi) 

  -  radiasion sindrom 

  -  şiş əleyhinə kompleks terapiya 

 

Əks göstərişlər 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. 



 

İstifadə qaydası və dozası 

Daxilə. 2 kapsuldan gündə 2-3 dəfə, qida qəbulu zamanı. 



 

Əlavə təsirləri 

Nadir hallarda: epiqastral nahiyədə narahatlıq, diareya. 



 

Buraxılış forması 

Hər blisterdə 10 kapsul olmaqla, 3 blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 



 

Saxlanılma şəraiti 

+25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə 

saxlamaq lazımdır. Dondurmamaq. 

 

Yararlılıq müddəti 

3 ildir. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

 



 

İstehsalçı 

«Nabros Pharma Pvt. Ltd.» - firmasıdır. 

National Highway №8, 

Kheda – 387 411, Hindistan 

   ® - qeydiyyata alınmış ticarət nişanı 

 

                             Azərbaycanda rəsmi distribyutor 



                             «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

                             www.tetrada-az.com 



 

Yüklə 123,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin