Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə210/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   206   207   208   209   210   211   212   213   ...   446
DERMATOLOGİYA-dərslik 1

Laborator məlumatlar
Pemfiqusun diaqnostikasında bu göstəricilər elə bir əhəmiyyət kəsb etmirlər. Xəstə-
lik şiddətləndikdə EÇS artır, ikincili hipoxrom anemiya, sola dəyişməklə orta dərəcəli 
leykositoz, bəzən eozinofiliya nəzərə çarpır. İkincili olaraq hipo- və disproteinemiya 


317
(alfa-, beta- və xüsusilə də qamma-qlobulinlər artdıqda albuminin miqdarının azalması), 
həmçinin elektrolitlərin miqdarının dəyişilməsi (qan zərdabında natriumun, xloridin və 
kalsiumun azalması) baş verir.
Qovuğun dibindən götürülmüş yaxmanın sitoloji müayinəsi
1947-ci ildə Tsank tərəfindən təsvir olunmuş təzə qovuğun dibindən götürülmüş
akantolitik pemfiqus hüceyrələri vulqar pemfiqus üçün səciyyəvi və hətta spesifikdir. 
Təzə qovuğu ehtiyatla deşdikdən sonra onun dibindən platin ilgək və skalpel vasitə-
silə toxuma materialı götürülür, qanın müayinəsində olduğu kimi əşya şüşəsinin üzərinə 
yerləşdirilir və rənglənir (May-Qryunvald-Gimza üzrə boyama). Bu zaman leykosit-
lər və ya bakteriyalar, sərbəst yerləşmiş epidermal hüceyrələr kompleksi ilə yanaşı, az 
miqdarda və ya hüceyrəarası əlaqələri olmayan akantolitik epidermal hüceyrələr (Tsank 
hüceyrələri) müşahidə edilir. Bazofil struktursuz nüvənin ətrafında perinuklear şəffaf 
zona yerləşir ki, o da bazofil RNT (-) tərkibli sitoplazmanın qalınlaşması ilə nəzərə 
çarpır. Tsank testi ilk diaqnozun qoyulması zamanı əhəmiyyət daşıyır, lakin o, histoloji 
müayinəni əvəz etmir.
Histopatologiya
Epidermisin aşağı qatlarında cüzi hüceyrəarası ödem və tamlığı pozulmuş supraba-
zal akantolitik dəyişikliklər və qovuqlar səciyyəvidir. Bunun yaranmasının əsasında hü-
ceyrəarsı sahədə qonşu epidermal hüceyrələrin çıxıntıları arasında desmosomlar forma-
sında mövcud olan əlaqələrin zəifləməsi durur bu da epidermadaxili çatlara və qovuqlara 
səbəb olur. Elektron mikroskopiyası müayinələri göstərmişdir ki, qovuqların yanında 
yerləşmiş və ilk baxışda klinik normal dəridə epidermal hüceyrələr arasında desmo-
somal əlaqələrin yaranması patoloji olaraq zəifləmişdir. Daha köhnə qovuqlarda çoxlu 
neytrofil və eozinofil leykositlər vardır, onlar da epidermisin nekrobiotik hücyerələrini 
faqositoza uğrada bilir. Yuxarı buynuz təbəqədə baş verən dəyişikliklər səciyyəvi deyil-
dir və cüzi iltihabi şəkli (çox vaxt eozinofil leykositlərin iştrakı ilə) xatırladır. Daha gec 
mərhələlərdə xəstəliyin klinik şəklində qeyri-spesifik iltihabi proseslər dominantlıq edir. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin