Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə202/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   198   199   200   201   202   203   204   205   ...   446
DERMATOLOGİYA-dərslik 1

Histopatologiya
Epidermisin aşağı qatlarında vakuol degene-
Şək.26.1. Çoxformalı ekssudativ 
eritemadan səpğilərin tipik lokaliza-
siyası


308
rasiyası, epidermal hüceyrələrin nekrozu, akantoliz olmadan bazalüstü və subepidermal 
qovuqlar müşahidə olunur. Damarlar ətrafında və bazal membran sahəsində limfohistio-
sitar infiltrasiya, eritrositlərin ekstravazasiyası nəzərə çarpır. 
Diaqnoz
Kəskin başlanğıc, intoksikasiya əlamətləri, polimorfizm və göyümtül-qırmızı 
(tünd-çəhrayı) rəngli simmetrik səpgilərlə fərqlənir. Residivlərin davametmə müddəti 
adətən 3-4 həftə təşkil edir. Residivlərin mövsümiliyi xəstəliyin infeksion-allergik for-
masında müşahidə olunur. Vezikula və qovuqların olması ilə nəzərə çarpan dermatozun 
yüngül gedişində Nikolski simptomu mənfidir.
Differensial diaqnoz
Vulqar pemfiqus (eritemanın, papulaların olmaması, müsbət Nikolski simptomu, ero-
ziyalardan götürülmüş yaxma-kəsiklərdə akantolitik hüceyrələrin aşkar edilməsi).
Dürinq dermatozu (elementlərin herpetiform yerləşməsi, yoda qarşı həssaslıq, 
xəstələrdə DDS-nin qəbulu zamanı meydana çıxan təsir).
Xronik miqrasiya edən Afselius-Lipşüts eriteması (Laym-borreliozunun dəri əlamət-
ləri). Gənənin yapışdığı yerdə göyümtül-qırmızı ləkə əmələ gəlir ki, onun mərkəzində 
hemorragik qartmaq vardır, onlar böyüyəyərək uşaq ovucu böyüklüyündə və daha iri 
ölçüyə malik (1-ci mərhələ) halqaya çevrilir. Bir neçə həftədən sonra spiroxetlərin dis-
seminasiyası nəticəsində ürək və nevroloji simptomatika (2-ci mərhələ) təzahür edir. 
Gənənin dişləməsindən 1 il və daha çox sonra (3-cü mərhələ) ağırlaşmalar inkişaf edir: 
dərinin xronik atrofik akrodermatit şəklində zədələnməsi, oynaqlarda, ürəkdə, MSS-də, 
periferik sinir sistemində ağır dəyişikliklər.
Diaqnozu qoyduqda həmçinin dərman toksidermiyalarını, infeksion ekzantemaları 
(skarlatina, qızılca, məxmərək), dermatomiozit, termiki yanıqları, fototoksiki reaksiya-
lar, pörtülmüş dəri sindromunu yanıqlarda istisna etmək lazımdır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin