306
Klinik formalar
Ağırlıq dərəcəsinə görə aşağıdakı formaları ayırd olunur:
1. Sadə və ya yüngül forma (papulyoz, adətən selikli qişalar zədələnmədən inkişaf
edir).
2.
Vezikulyoz-bullyoz forma (orta-ağır).
3. Bullyoz (ağır forma), Stivens-Conson sindromu da daxil olmaqla.
4. Xəstəliyin çox ağır forması (Layella sindromu). Başlanğıc mərhələdə xəstələrin
yarısında Layella sindromunun inkişaf üçün, yəni dəridə çoxformalı eritemaya xarakte-
rik olan səciyyəvi hədəfəbənzər səpgilər əmələ gəlir. Sonra tezliklə yayılmış eritema və
epidermal nekroliz meydana çıxır.
Sadə forma
Dəridə diametri 1-2 sm olan, mərkəzində basıqlıq çoxsaylı səciyyəvi
papulalar aşkar
edilir, onlar 1-2 həftə ərzində geriyə reqres edirlər. Ağzın selikli qişasında qovuq reaksi-
yanın fonunda qanlı, çirkli tünd qartmaqların yaranması nəticəsində, ödemin, dodaqlar-
da çatların, ağrı hissiyyatının əmələ gəlməsi mümkündür.
Vezikulyoz-bullyoz forma
Az sayda eritematoz lövhəciklər görünür ki, onların mərkəzi hissəsində qovuq və
kənarlarında qovuqcuqlardan ibarət halqa şəklində periferiyada əhatə olunmuşdur. Çox
vaxt prosesə ağzın selikli qişası və dodaqlar da qoşulur.
Çoxformalı eritemanın residivlərini herpes virusunun reaktivasiyası ilə əlaqələndi-
rirlər, belə ki, bir çox xəstələrin asiklovir qəbul etməsi dermatozun kəskinləşmələrinin
qarşısının alınmasına kömək edir.
Dostları ilə paylaş: