Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Bullyoz forma (Stivens-Conson sindromu)



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə201/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   446
DERMATOLOGİYA-dərslik 1

Bullyoz forma (Stivens-Conson sindromu) 
Çoxformalı ekssudativ eritemanın ağır variantlarından biri və ya dərman preparatla-
rına qarşı toksik-allergik reaksiyadır. Ağzın selikli qişasında iri qovuqlar və tez qanayan 
eroziyalar, irikütləli hemorragik qartmaqlar əmələ gəlir. Xeylit və stomatit simtomları 
kəskin ağrı əmələ gətirdiyindən qidanın qəbul edilməsini çətinləşdirir. Kataral və ya irin-
li konyunktivitin inkişaf etməsi, gözün buynuz qişasının xoralaşması, uveit, panoftalmit, 
cinsiyyət orqanlarının selikli qişasının zədələnməsi, prosesə sidik kisəsinin qoşulması və 
sidik buraxma aktının pozulması da mümkündür. Dəridə çoxlu sayda ləkəli-papulyoz 
səpgilər, müsbət Nikolski simptomu ilə qeyd olunan qovuqlar aşkar edilir, bəzən paro-
nixiyalar əmələ gəlir. Uzunmüddətli qızdırmanın olması səciyyəvidir, pnevmoniyanın, 
nefritin, diareyanın, poliartritin, otitin inkişaf etməsi xarakterikdir. Müalicə aparılma-
dıqda letal sonluq 5-15 % təşkil edir. Bu əlamətləri Layella sindromu ilə diferensiasiya 
etmək lazımdır. Hesab edilir ki, dəri örtüyünün 30%-dən çoxunda qovuq reaksiyasının 
olması Layella sindromunun klinikasına uyğun gəlir. 
Çox ağır forma (Layella sindromu)
Layella sindromunun yaranmasının əksəriyyəti xəstələrin dərman preparatlarını qə-
bul etməsi ilə əlaqəlidir, az hallarda bəzi kimyəvi maddələrin, həmçinin virus və mikop-
lazma infeksiyası, vaksinasiya ilə əlaqədardır. Bəzi hallarda (5% xəstələrdə) bu sindrom 


307
əvvəl dərman preparatları təyin edilmədikdə də inkişaf edir.
Toksik-allergik reaksiya üzün və ətrafların eriteması, ləkəli-papulyoz səpgilər və ya 
çoxformalı eritema üçün səciyyəvi olan elementlər şəklində əmələ gəlməsi ilə başlayır. 
Səpgi elementləri bir neçə saat və ya sutka ərzində birləşərək dəri örtüyünün bütün sət-
hini tuturlar. Sonra zərif divarlı süst qovuqların əmələ gəlməsi baş verir, onlar tezliklə 
birləşərək papiros kağızına bənzəyən ağımtıl sahələri xatırladırlar. Nikolski simptomu 
kəskin müsbətdir. Zədələnmə ocaqlarının travması zamanı nekroza uğramış epidermis 
asanlıqla soyulyr, bu zaman dermanın məməcikli qatının qırmızı, eroziyaya uğramış 
ağrılı səthi çılpaqlaşır ki, bu da II dərəcəli yanığın klinikasına uyğun gəlir. Xəstələrin ək-
səriyyətində yanaqların selikli qişası, dodaqların, konyunktivanın, cinsiyyət orqanlarının
dərisi və selikli qişası, perianal nahiyə eroziv prosesə uğrayıaraq zədələnir. Eroziyanın 
epitelləşməsi qovuqların əmələ gəlməsi dövründən başlanır və xəstəliyin bütün gedişi 
boyunca davam edir ki, bu da 3-4 həftə müddətini əhatə edir. Sağalma mərhələsində 
çoxlu iri lövhəli qabıqvermə və nekroza uğramış epidermisin quruyaraq iri qatlar şəklin-
də qopmayan qabıqlanması müşahidə olunur. Layella sindromunun əsas klinik əlamət-
lərinin inkişafı dövründə yüksək qızdırma, qripəbənzər sindrom səciyyəvidir. Bəzən 
böyrək çatışmamazlığı, traxeyanın, bronxların, mədə-bağırsaq traktının xoralı-nekrotik 
dəyişiklikləri, görmə orqanları tərəfindən müxtəlif patologiyalar (korluğa qədər) inkişaf 
edir. Periferik qanın müayinəsində neytropeniyanın aşkar edilməsi pis proqnostik əlamət 
sayılır. Layella sindromunda letal sonluq 30%-ə çatır, əsasən zədələnmiş dərinin sahə-
sindən və xəstələrin yaşından asılı olur. (çox vaxt ahıl yaşlı şəxslər tələf olurlar). Ölü-
mün əsas səbəbləri: sepsis, mədə-bağırsaq qanaxmaları, su-elektrolit balansının kəskin 
pozulması.
Yuxarıda göstərilən toksik-allergik reaksiyaların ağır formalarından başqa, derma-
toloqun təcrübəsində çox vaxt dərmanların qəbulu ilə meydana gələn digər dəri reak-
siyaları müşahidə edilir ki, onlar daha yüngül klinik gedişata malik olurlar: məsələn, 
çoxformalı ekssudativ eritemanın yayılmış və fiksə olunmuş forması.
Fiksə olunmuş formada ağzın, cinsiyyət 
orqanlarının selikli qişası, perianal nahiyə zə-
dələnir. Residivlər adətən keçmiş səpgilərin ye-
rində əmələ gəlir. Qovuqlar sahəsində iltihabi 
proses olmaya da bilər. Residivlər üçün mövsü-
milik səciyyəvi deyildir.
Yayılmış forma üçün ümumi əlamətlər 
(adətən temperatur reaksiyası) və dəri örtüyünün 
digər sahələrində zədələnmə ocaqlarının yaran-
ması xarakterikdir. Xəstəliyin residivlərinin qar-
şısının alınması məqsədilə allergeni aşkar etmək 
və gələcəkdə xəstənin həmin provokasiya amili 
ilə təmasda olmaması üçün tövsiyələr vermək la-
zımdır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin