282
Diaqnoz
Övrənin diaqnozu anamnez və tipik klinik şəklə əsasən qoyulur: xarakterik mono-
morf səpgilər, tez klinik inkişaf və elementlərin reqresi. Ehtiyac olduqda dərinin biopsi-
yası götürülür. Bu vaxt dəri və dərialtı təbəqənin ödemi, venulanın dilatasiyası, tosqun
hüceyrələrin deqranulyasiyası, zəif perivaskulyar infiltrasiya müşahidə olunur.
Soyuqluq övrəsinin diaqnozunda dəriyə 10 dəqiqə müddətinə bir parça buz və ya
içində buzlu su olan sınaq şüşəsi qoyulur. Köpüşüklər 24 saat qalırsa, urtikar vaskulitdən
şübhələnirlər və bu vaxt biopsiya lazım olur.
Günəş məxmərəyinə UB- A, UB- B və gözlə görünən şüalanma ilə fotosınaq vasitə-
silə diaqnoz qoyulur. Bu vaxt 30 dəqiqə sonra köpüşük əmələ gəlir.
Urtikar dermoqrafizmə dərini yüngül ştrixlə qıcıqlandırmaqla dərhal qaşınan köpüşü-
yün əmələ gəlməsilə diaqnoz qoyulur.
İstilik övrəsində isti su (500 C) ilə dolu sınaq şüşəsi said nahiyəsinin dərisinə qoyu-
lur,10- 20 dəq sonra həmin yerdə hiperemiya və ödem əmələ gəlir.
Xolinergik övrə fiziki iş zamanı tərlədikdə (kiçik köpüşüklər əmələ gəlir) və ya dəri
içinə 0.1 ml karboxolin (15 mm-dən böyük köpüşük) yeritdikdən sonra əmələ gəlir.
Adrenergik övrə stressdən sonra qanda adrenalin, noradrenalin və İgE- nin miqdarı-
nın artması nəticəsində baş verir.
Eozinofiliyalı periodik Kvinke ödemi qızdırma, yüksək leykositoz (əsasən eozino-
fillərin hesabına) və bədəndə suyun ləngiməsi nəticəsində çəkinin artması ilə müşaiyət
olunur.
İrsi Kvinke ödemində ağırlaşmış ailə anamnezi, üz və ətrafların ödemi, qarında ağrı-
lar, komplementin C4 komponentinin və C1- esterazanın inhibitorunun miqdarı azalır.
Müalicə
Kəskin övrədə ilk növbədə allergiya əmələ gətirən preparatın qəbulunu dayandırmaq
lazımdır. Mədə- bağırsaq traktını təmizlədikdən sonra antihistamin preparatı təyin edi-
lir- parenteral 1-2 ml. Diazolin 0.025-0.05; tavegil 0.001q; diprazin 0.025q; suprastin
0.025q; dimedrol 0.025-0.05q; fenkarol 0.025 gündə 1-2 dəfə , setirizin (parlazin) sutka-
da 10 mq; dezloratadin sutkada 5mq.
Allergik reaksiyaları tormozlayan desensibilizəedici maddələr, eləcə də ödemi azal-
dan dehidratasiyaedici preparatlar təyin edilir. Gündə 3- 5 dəfə 1 xörək qaşığı 25 %-li
MgSO4 məhlulu (yüngül işlədici effekt alınana qədər), sidikqovucu maddələr (tiazid-
lər,furosemid) təyin edilir. Vena daxilinə Ca preparatları (uşaqlara daxilə), Na- tiosulfat
təyin edilir. Bu preparatlar yüngül və orta dərəcəli ağırlıqlı övrə tutmalarını aradan qal-
dırır.
Kvinke ödemində dəri altına 0.1% adrenalin 0.3- 0.5 ml ağırlıq dərəcəsindən asılı
olaraq hər 15- 20 dəqiqədən bir vurulur. Ağır hallarda (qırtlaq ödemində) 20 ml 40%- li
qlükoza məhlulunda 60 mq prednizolon olmaqla vena daxilinə vurulur. Venoz kateter
qoyulur. Ağ ciyərlərin süni terapiyası və infuzion terapiya lazım ola bilər. Eozinofiliyalı
periodik Kvinke ödemində prednizon göstərişdir.
İrsi Kvinke ödemində zəif maskulinizə edici təsirli (danazol və stonazol) androgen-
lərlə uzunmüddətli müalicə lazımdır. Xəstəliyin kəskinləşməsində
təzə dondurulmuş
plazma və ya esteraza C1- inhibitorunun konsentratı köçürülür.
Kəskin irsi Kvinke öde-
283
mində 5%- li 100- 200 ml epsilon aminokapron turşusu məhlulu vena daxilinə vurulur.
Sonra hər 4 saatdan bir 100ml yeridilir. 3 saat müddətində 300 ml izotonik NaCl məhlu-
lunda proteinaza və kallikreinin inhibitorlarını (trasilol və ya kontrikal 30- 40 min vahid)
vurmaq lazımdır.
Qazanılmış soyuq övrənin müalicəsində siproheptadin çox effektivlidir.
Mexaniki övrədə (təzyiq nəticəsində) kortikosteroidlər və iltihabəleyhinə qeyri- ste-
roid preparatlardan istifadə edilir.
Adrenergik övrənin müalicəsində betta-adrenoblokatorlardan (anaprilin, inderal, ok-
siprenolon) istifadə edilir.
Xolinergik övrənin müalicəsində antihistamin preparatlar effektsizdir.Ona
görə də
digər preparatlarla birlikdə xolinolitiklərdən istifadə edilir.
Xroniki övrənin müalicəsində H1-H2 antihistamin preparatları kombinasiyasından:
simetidin daxilə sutkada 800 mq, dimedrol və ya tavegil, fenkarol, peritol- dan adi doza-
da preparatı 10- 12 gündən bir dəyişməklə istifadə edilir.
Dostları ilə paylaş: