Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Soyuq övrəsi- irsi ailəvi və qazanılmış tipləri



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə184/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   446
DERMATOLOGİYA-dərslik 1

Soyuq övrəsi- irsi ailəvi və qazanılmış tipləri;
Mexaniki, isti, xolinergik, akvagen, günəş, dismetabolik övrə.
Övrənin müxtəlif növləri eozinofillərlə qarşılıqlı təsirinə görə fərqlənirlər. Urtikar 
səpgili zərdab xəstəliyində adətən eozinofiliya müşahidə olunmur. Eozinofiliya kəskin 
övrə üçün xarakterikdir ki, bu da parazitlərlə yoluxduqda, dərman və qida allergiyası 
zamanı müşahidə olunur. Bu vəziyyət eozinofiliyalı allergiya assosiasiyası yaradır.
Soyuq övrəli xəstələrdə sürətli tip hiperhəssaslıq mediatorları aşkar edilib- histamin, 
anafilaksiyanın eozinofilli hemotoksik faktoru və komplementin komponentləri.
Xolinergik övrədə zərdabda histamin və hematoksik faktorun konsentrasiyasının art-
ması onların soyuq övrədəki dəyişikliyə uyğundur.
Övrəli xəstələrdə hematoksik faktorun müayinəsi onları molekulyar kütlələrinə görə 
ayırmağa imkan verir. Eozinofillərin 2 hematoksik faktoru aşkar edilib- molekulyar küt-
ləsi 400- 600 və 1500- 3000.
Təsnifatı
Övrə və Kvinke ödeminin etioloji və patogenetik klassifikasiyası var. Ancaq övrənin 
bir çox növlərinin patogenetik mexanizminin müxtəlifliyi onları bu və ya digər qruplara 
aid etməkdə çətinlik törədir.
Etioloji əlamətlərinə görə allergik, psevdoallergik və qarışıq övrə növləri var.
Patogenetik mexanizmə görə övrə və Kvinke ödeminin klassifikasiyası
1. İmmunoloji şərtləndirilmiş övrə:
• 
İgE asılılıqlı övrə (klassik kəskin və xroniki residivverici- təcili tipli;
• 
Komplement- induksiyalanmış övrə (irsi və ya qazanılmış Kvinke ödemi, anafi-
laktoid urtikar reaksiya, vaskulitin urtikar tipi).
2. Qeyri- immunloji şərtləndirilmiş övrə:
• 
Fiziki və kimyəvi faktorların (istilik, mexaniki, işıq, akvagen, xolinergik) təsi-
rindən;
• 
Müxtəlif histaminoliberatorların (dərman maddələri) təsirindən;
• 
Psevdoallergik və ya qeyri-keçiricilik reaksiyası induktoru təsirindən.
3. Piqmentli övrə (dəridə tosqun toxuma hüceyrələrinin artması- daxili üzvlərin 
zədələnməsi və ya zədələnməməsi fonunda; sistemli mastositoz).

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin