Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə174/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   ...   446
DERMATOLOGİYA-dərslik 1

Etiologiya və patogenez.
Xəstəlik övrəyə çox oxşayır. Bəzi müəlliflərə görə, bu xəstəliklə daha çox şokolad, 
konfet və yaxşı yetişməmiş meyvə yeyən uşaqlar xəstələnir. Səbəb kimi qida allergi-
yası və dərman preparatlarına qarşı reaksiyadır. Etioloji faktor kimi kiçik uşaqlarda 
diş çıxarması da səbəb ola bilər, stres də bu sıradandır. Xəstəlik çox vaxt epizoonoz 
kimi qəbul olunur. Artropod həşəratların (birə, gənə və ağcaqanad) dişləməsi və sanc-
ması nəticəsində əmələ gəlir. Bu nəzəriyyə onunla təsdiqlənir ki, xəstəlik daha çox kənd 
yerlərində yaşayan uşaqlarda və periodik olaraq ağcaqanad dişləməsi ilə əlaqələndirilir. 
Həşəratların antigeni ilə aparılan dərialtı test kontrol qrupa nisbətən daha çox müsbət 
nəticə verir, xəstəxanaya göndərilən kiçik pasiyentlər tez və müalicəsiz sağalırlar. Bu 
əsasən immunloji mexanizmlərlə əlaqədardır. Xəstəlik Gell və Coombs-a görə sancma 
və dişləmə nəticəsində antigenlə kontakta qarşı 1-ci və 4-cü tip kombinə olunmuş reak-
siya formasında özünü göstərir.
Klinik şəkil
Tam sağlamlıq fonunda qəflətən kəskin qaşınan açıq qırmızı rəngdə, dəridən bir qə-
dər haşiyə şəklində qalxmış seropapulalar əmələ gəlir. Bunlar daha çox yayılmış, bəzən 
isə qrup şəklində olur. Əvvəlcə sancaq başı və ya dırnaq böyüklükdə, toxunduqda bərk, 
mərkəzində diaskopiya nəticəsində sarı rəngdə görünən (zərdab çıxmasına görə) köpü-
şüklər əmələ gəlir. Bu seropapulanın başlanğıcıdır ki, sonradan kiçik mərkəzi qovuqcu-
ğun əmələ gəlməsinə səbəb olur. Xəstəliyin eksudativ gedişində qovuqcuqlar böyüyə və 
tam dolmuş qovuq şəklində seropapulalar əmələ gətirir (strophulus bullosus), seropapu-
lalar bir neçə saatdan sonra öz qırmızı haşiyəsini itirir və böyüyən toxuma infiltrasiyası 
nəticəsində bərk papulaya keçir. Papula göynəmə, qaşına hissiyyatı ilə müşayiət olunur 
və qartmaqla örtülür. Sağaldıqdan sonra yerində piqmentsiz və ya hiperpiqmentləşmiş 
ləkə qalır. Xəstəliyin gedişi tutmaşəkilli olduğuna görə təzə və köhnə səpgilər bir-biri-
nin yanında yerləşərək xəstəliyə varicellaya (su çiçəyi) bənzəyən forma verir, gövdə və 
ətraflarda, bədənin paltarla örtülü yerlərində lokalizasiya olur. Bəzən səpginin qaşınması 
nəticəsində impetiginizasiya əlaməti baş verir. Ağız boşluğunun selikli qişası zədələnir. 
Xəstəlik təkcə birdəfəlik tutmavarı deyil, residiv və xroniki ola bilər. İntensiv qaşın-


270
ma nəticəsində uşaqlar çox zəifləyir və yuxusuzluqdan şikayətlənirlər. Yay vaxtı stafilo-
kok infeksiyası nəticəsində bəzən impetiginizasiya əmələ gəlir. Döşək ağlarının dəyiş-
dirilməsi, otağın dezinfeksiyası və mikroiqlimin dəyişdirilməsi sağalma ilə nəticələnir.
Histopatologiya
Təzə papula həm intraepidermal, subkorneal qovuqcuq, həm də papilyar cisimciklər-
də ödemli cüzi iltihabi, daha çox yuxarı buynuz qatda perivaskulyar limfositar-eozinofil-
yar infiltratla meydana çıxır. Səpgiləri qaşıdıqdan sonra güclü limfohistiositar reaksiyalı, 
reaktiv, epidermisin azacıq akantolitik, mərkəzində qartmaq olan qalınlaşmaya meylli 
olurlar. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin