Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə162/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik təzahürlər 
Atopik dermatit xroniki residivli gedişata malik olan, patoloji dəyişilmiş immun 
cavabla və çox variantlı klinikası ilə özünü biruzə verən multifaktorial xəstəlikdir.
Atopik dermatit rəngarəng morfoloji aspektilə və güclü qaşınma ilə müşahidə olunan 
ümumi gedişli dərinin iltihabi xəstəliyidir. Xəstəlik irsi faktorla əlaqəlidir və əsasən
xəstənin ailəsində başqa təcili tip olan atopik xəstəliklərlə birgə rast gəlinir, əsasən
allergik konyunktivit, allergik rinit, allergik bronxial astma. Morfoloji olaraq xəstəliyin 
şəkli pasiyentlərin yaşından və dəri əlamətlərinin kəskinliyindən asılıdır.
Klinik olaraq atopik dermatit qaşınan iltihabi zədələnmələrlə, xroniki residivli ge-
dişata malik olan, klinik şəklinin yaş dinamikası, fəsillə əlaqəli, tez-tez ikincili infeksi-
yaynın ağırlaşmaları ilə, limfoadenopatiya və reseptor atopiya ilə müşahidə olunan və 
bəzi hallarda monoirsi dermatozlarda, xüsusən autosom – dominant ixtiozla müşahidə 
olunan xəstəlikdir. Xəstəlik mürəkkəb klinik-morfoloji sindrom olaraq həqiqi polimorf 
səpgilərl və külli miqdarda ikincili elementlərlə dərinin əsaslı patoloji dəyişiklikləri və 
ağırlaşmaları ilə bir çox klinik formalarla(eritematoz-skvamoz,lixenifikasiya ilə,lixeno-
id,pruriqoyabənzər)özünü göstərir. 
Xarakterik əlaməti olan qaşınma qısa müddətli, zəif və ya əziyyət verici xüsusiyyətli 
olur. Qaşıntı hissinə insan əllə güclü qaşıma ilə cavab verir, buna görə də xətt-cızıq ya-
ranma əsas simptomlardan biri sayılır. Əsasən gecə yatarkən yaranan anlaqsiz qaşıntılar 
güclü olur. Başda yaranan pruriqinoz papulalar və pruriqiform atopik dermatitdə ,ay-
rı-ayrı səpgi tipləri qaşıntılı olurlar. Fərqli tipli səpgilər başıntüklü hissəsindəpruriginoz 
papulalar olaraq pruriqoyabənzər atopik dermatitdə qaşınırlar. Subyektiv olaraq qaşıma 
zamanı qan çıxdıqdan sonra rahatlıq yaranır. Xəstəliyin yayılmış formasında dermatopa-
tik limfadenopatiya, ikincili bakteriyal infeksiya zamani isə əlavə olaraq limfadenit və 
limfangiit yaranır. Tədricən artan dərinin lixenifikasiyası və lixenoid papulyoz səpgilər, 
atopik dermatitin özünəməxsus klinik göstəricilərindəndir.Qaşınma başladıqdan uzun 
müddət ərzində görünüşcə dəri sağlam qalır, yalnız tədricən atopik dermatitə xas olan 
dəyişiklər özünü göstərir. İntensiv qaşıma hissindən və qaşınmadan sonra öncə eritema-
toz, papulyoz və urtikar səpgilər,sonralar isə qısa zaman ərzində dəqiq sərhədləri olma-
yan lixenifikasiya simmetrik olaraq boyunun lateral və arxa səthi, üz, ön dirsək, sinə, 
ğövdənin yan səthi, budların daxili səthi, aralıq nahiyəsi, cinsi orqanlarda inkişaf edir. 
Atopik dermatitin gedişatını üç yaş dövrünə bölürlər (Suvorova K.N. və həmmüəlliflər., 
1989; 1990):
• 
Birinci dövr- 3 yaşa kimi (südəmər və erkən uşaq yaşı).
• 
İkinci dövr- kiçik məktəbəqədər, məkdəbli və yetkinlik dövrü.
• 
Üçüncü dövr- pubertant(gənclik) və böyük.
Hər üç dövrdə atopik dermatitin klinik əlamətləri müəyyən fərqli xüsusiyyətlərə ma-
lik olurlar,bu da xəstəliyin müddəti ilə yox, xəstənin yaşı ilə əlaqəlidir.
I-li yaş dövrünün klinik əlamətləri. Ekssudativ dəyişikliyə meyilli olan zədələmələ-
rin kəskin və yarımkəskin iltihablı xarakteri: üzdə müəyyən olunmuş lokalizasiya tipi 
; disseminə olunmuş prosess zamanı - lokalizasiyanın əsasən ətrafların ön səthində; ali-


255
mentar qıcıqlardan yüksək asıllıq və manifestasiya risk faktorları arasında allergik (qida 
allergiyası) kompanentin daha çox nəzərə çarpması.
II-li dövrün klinik əlamətləri. Büküşlərdə lokalizasiya; zədələnmələrin daha çox 
nəzərə çarpan lixenoid sindromlu xroniki iltihabi xarakteri; ikincili dəyişikliklərin 
(disxromiyalar) əmələ gəlməsi; vegetativ distoniyanın üzə çıxması; qanuna uyğun dal-
ğavari gedişatı; təxribat təsirlərə reaksiya ilə alimentar hiperhəssaslığın azalması.
III-li dövrün klinik əlamətləri. Qırışlılığı itirən zədələnmələrin lokalizasiyasının də-
yişkənliyi ; zədələnmələrin kəskin iltihablı əlamətlərə az meyilliyi və lixenoid sindromu-
nun güclənməsi ilə daha çox nəzərə çarpan hiperplastik və infiltrativ xarakteri, nəzərə az 
çarpan allergen qıcıqlandırıcılara reaksiya; dəqiqliyi olmayan dalğavari fəsilliyi.
Xəstələrin yaşları yüksəldikcə ekssudativ ocaqlar azalır, dəri lixenifikasiya əlamətləri 
isə - çoxalır. Hər bir yaş dövründə çoxlu zədələnmiş dəri ocaqları əmələ gələ bilər və 
sonda xəstəlik generalizə formasına keçə bilər. İkincili atopik eritrodermiya əmələ gəlir. 
Qanda eozinofillərin göstəriciləri qat-qat çoxalır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin