Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə161/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klimatik allergenlər
Atopik dermatitin yaranmasında bir səbəb kimi klimatik allergenlərdə baxılmaqda-
dır. Dağlarda 1500m hündürlükdə və ya şimal dənizi sahillərində xəstələr özlərini çox 
yaxşı hiss edirlər. Allerqoloji faktorlardan başqa insolyasiya səviyyəsi və psixi relaksa-
siya səviyyəsinin də əhəmiyyəti ola bilər.
Sinir – psixoloji faktorlar: Bunlar çox böyük rol oynayırlar. Stresin və ya başqa 
psixoloji faktorların adenilsiklaza-s-AMF sistemi vasitəsi ilə təsiri mümkündür. Atopik 
dermatitli xəstələr əsasən astenik tipli, təhsil səviyyəsi ortadan yuxarı, eqoistliyə meylli, 
özünə güvənməyən, qorxu vəziyyəti ilə sarsılmış, aqressiv individumlardan ibarət olur-
lar. Burada bir sual açıq qalır: hansı birinci və ya hansı ikincidir. Ancaq güclü qaşınan 
dəri səpgiləri şəxsiyyətin formalaşmasına, əsasən uşaqların məktəbdə fəaliyyətlərinə və 
dərslərin mənimsənilməsinə həssaslı dərəcədə təsir göstərə bilər.
Bakteriyalar
Atopik dermatitli xəstələr stafilakokk zədələnmələrinə meyilli olurlar və qan zərdab-
larında stafilakokk İgE – antitellərin yüksək miqdarına rast gəlmək olar.
Yuxarıda göstərilənlərə yekun vuraraq qeyd etmək lazımdır ki, müasir məlumatlar 
atopik dermatitin immunloji əsaslı olmasından xəbər verir. Atopiya üçün spesifik olan 
T – xelperlər sitokinlər ifraz edərək allergik iltihabın relivantları olan (İL-4, İL-5 və 
başqa faktorlar) patogenik rol oynaya bilərlər. Hesab olunur ki, effektor-hüceyrə olaraq 
eozinofillər patogenetik əhəmiyyətli gecfazalı reaksiyanı törədir, buda ətraf toxumanın 
dağılması ilə assosiasiya olunur.
Atopik dermatitli xəstələrdə çoxyaşayan eozinofillərin miqdarı artır, bunlarında in 
vitro parçalanma müddəti uzun olur və apoptoza az məruz qalırlar. Uzun ömür sikli olan 
eozinofillər atopik dermatitin xarakterik əlamətlərindən ola bilər. Eozinofillərin atopik 
dermatit zamanı patogenetik rolu onların dənələrində proteinlərin tapılmasıdır. Bundan 
başqa müasir məlumatlar eozinofil dənələrində olan proteinlərin yığımı ilə xəstəliyin 
aktivliyi arasında korellyasiyanı göstərir:
. Atopik dermatitli xəstələrdə zərdab eozinofil kation protenlərinin səviyyəsi xeyli 
yüksəkdi;
. Eozinofil kation proteinlərin səviyyəsi xəstəliyin aktivliyi ilə korellyasiyası olunur.
. Klinik yaxşılaşma həm xəstəliyin klinik aktivliyinin azalması və həm də eozinofil 
kation proteinlərinin səviyyəsinin enməsi ilə assosiasiya olunur. 
Atopik dermatitin patogenezinin birinci və əsas aspekti allergik dermatitdir. Atopik
dermatitli xəstələrin əksəriyyəti dərisinə yeridilmiş və ya səthinə yaxılmış müxtəlif al-
lergenlə 80 % halda müsbət reaksiya vermişdir. Atopik dermatitdə əsas rol aşagıdakı 
allergenlərə verilir: aeroallergenlər ( ev tozu gənələri, heyvan yunu, güllərin tozcuqları 
), canlı agentlər ( stafilokokklar , dermatofitlər, ptirosporum orbiculyare və s .), kontakt 
allergenlər (aeroallergenlər nikel, xrom, insektisidlər) , qida allergenləri. Bütün spesifik 
aeroallergenlərdən ev tozu dənələri allergeni əksər atopik xəstələrdə spesifik iltihabi re-
aksiyalar əmələ gətirə bilər, əsasən 21 yaşdan yuxarı şəxslərdə.Qida məhsulları isə erkən 


254
yaşlı uşaqlarda atopik dermatitin əsas səbəblərindən hesab olunur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin