Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə156/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   446
DERMATOLOGİYA-dərslik 1

XVIII FƏSİL. ATOPİK DERMATİT 
Atopik dermatit - genetik olaraq meyilli T – supressorların funksiyasının defisiti, 
eyni zamanda β – adrenergik reseptorların natamam blokadası və B- asılı İgE – qlobulin 
mexanizmli patoloji immun reaksiyalı irsi multifaktorial mənşəlli xəstəlikdir.
Atopik dermatit yaş müxtəlifliyi, xroniki residivli gedişatı, lixenifikasiyalı, dərinin 
həqiqi polimorfizmi ilə müşahidə olunan qaşınan iltihabi xəstəlikdir.Çox vaxt sinir sis-
teminin funksional dəyişikliyi, immunitet pozuntuluğu, respirator orqanların atopik zə-
dələnmələri ilə əlaqəli olur. 
Terminalogiya
Etiopatoginezi tam məlum olmayan, xroniki gedişata malik olan və bununla bağlı
terapevtik müalicə problemli xəstəlik olaraq, dermotoloji nozologiyalar arasında atopik 
dermatit xüsusi yer tutur. Müasir ədəbiyyatda 100 dən artıq bu xəstəliyin adı göstərilmiş-
dir. “Atopik dermatit” adı ilə qeyd olunan ingilis və fransız ədəbiyyatından fərqli olaraq 
alman mənbələrində daha çox “ atopik ekzema”, “endogen ekzema”, “diffuz neyroder-
mit”,”atopik neyrodermit” terminlərinə rast gəlmək olar. 1891 – ci ildə Brocq tərəfindən 
təklif olunmuş neyrodermit termini sinir sistemi ilə ehtimal olunan ptogenetik əlaqəni 
göstərir. Bu da onunla bağlıdır ki, güclü qaşınma xəstəliyi provokasiya edən faktor kimi 
qəbul edilirdi.
Biz iki eyni mahiyyəti göstərən terminlərdən istifadə etməyi məsləhət görürük: “Ato-
pik dermatit” və “Atopik ekzema”.
Epidemiologiya
Atopik xəstəliklərin rast gəlmə tezliyi artmaqdadır. Bu xəstəliklər əhalinin 5 – 20 % 
- ni əhatə edir və əsasən allergik rinit, atopik dermatit (təxminən 50 %) və az miqdarda 
bronxial astma halında özlərini göstərir. Atopik dermatit əksər hallarda körpə yaşlarda 
özünü göstərir, yəni həyatın ikinci və üçüncü aylarında. Alimlərin qiymətləndirmələrinə 
görə atopik dermatit 25 yaşdan aşağı insanlarda bütün dermatozlar arasında 8 – ci yerdə-
dir. Xəstəlik süd əmər, erkən uşaq, yetkinlik yaşlarında və böyüklərədə rast gəlinir. Cinsi 
yetkinlik dövründən sonra atopik dermatitin birinci əmələ gəlməsi çox nadir hallarda 
müşahidə olunur

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin