Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Cədvəl 17.1 Dəri qaşınması zamanı xəstəlik anamnezi



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə154/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   446
DERMATOLOGİYA-dərslik 1

Cədvəl 17.1
Dəri qaşınması zamanı xəstəlik anamnezi
• 
Başlanqıcı ( kəskin.tədricən)
• 
Gedişatı (aramsız, növbələşən)
• 
Xarakteri ( sancıcı, kəsici)
• 
Davam etmə müddəti ( günlər, aylar)
• 
Vaxtı ( tsiklik, gün ərzində, gecələr)
• 
Zədənin dərəcəsi (gündəlik həyatına təsiri)
• 
Lokalizasiyası (generalizəolunmuş, sərhədlənmiş)
• 
Provakasiyaedici faktorlar (su, temperatur, sürtmə)
• 
Dərman maddələrinin qəbulu
• 
Ətraf mühitin faktorları (peşə, gigiyena, ev heyvanları)
• 
Yaxın keçmişdə olan psixikanı zədələyən vəziyyətlər
• 
Allergiya, atopiya
• 
Səfərdə olduğu yerlər (məzuniyyət, dincəlmək yerləri)
• 
Cinsi anamnez
• 
Əvvəlki müalicə
Hətta xəstəni müayənə etməzdən əvvəl (ailənin digər üzvlərinin və ya partnyorunun 
da qaşınmadan əziyyət çəkməsi haqqında verilən sual xəstəliyin infeksion genezini ay-
dınlaşdıra bilər.Səpgi ilə sakitləşən qaşınma yuxu pozğunluğuna gətirmir. Lakin oyan-
dıqda intensivliyi artır ki, bu da ola bilər ki, psixiki cəhətdən yaranan gərginləşmə ilə 
əlaqədardır. Xəstələri yatmağa qoymayan və ya gecələr yuxudan oyadan qaşınmanı çox 
vaxt sistem xəstəlikləri törədir. Arasıkəsilməz qaşınma ilə xarakterizə olunan müxtəlif 
dəri xəstəlikləri əsasən də atopik dermatitdə halsızlıqdan yaranan yuxuda qaşınma tut-
malarını “gizlədir”. Qaşınma ilə əlaqəli olan gecə tərləmələri və subfebril temperatur 
demək olar ki, Hockin xəstəliyi üçün patoqnomik simptom olub, axşam vaxtı alkoqol 
qəbulu ilə provakasiya olunur. Bu misallar - qaşınması olan və heç bir dəri əlaməti ol-
mayan xəstənin anamnezini topladıqda həkimin suallarını düzgün qoymaqda diqqətli 
olmasını göstərir.
Qaşınma nadir hallarda arasıkəsilməz olur. Bəzən o temperatur dəyişməsindən 
asılı olur, məsələn, soyuq havadan isti yerə daxil olduqda intensivləşir. Qaşınma gündüz-
lər, tutma-kriz şəklində başlayaraq çox vaxt axşamlar daha da güclənir. Bəzi dermatozlar 
(məsələn: yarımkəskin pruriqo) zamanı dərinin məhdud iltihabi qan çıxana kimi qaşınır, 
ancaq sonradan qaşınma sakitləşir. Tez-tez ekzema zamanı çox vaxt qaşınma hissiyyatı 
qaşıdıqca güclənir, ancaq xəstə qaşınmadan sonra haldan düşdükdə dayanır. Gündüz 
olmayan və gecələr güclənən qaşınma qoturluq üçün tipik anamnez sayılır.
Mənşəyi məlum olmayan qaşınmanın tanınması differensial diaqnostikanın bö-
yük problemidir. Əsasən daha gec yaşlarda qaşınmaya səbəb ola bilən eyni zamanda bir 
neçə xəstəlik haqqında düşünmək lazımdır ( hormonal pozğunluqlarla kombinə olunmuş 
yaşla əlaqəli sebostaz, qida defisiti və ya bədxassəli şişlər). Praktikada yerli olaraq piy 


244
əsaslı indefferent məlhəmlərlə sınaq müalıcənin aparılması məqsədə uyğundur. Bəzən 
dəridə olan birincili dermatozları, qaşınmanın ikincili effektlərindən ayırmaq çətin olur. 
Davamlı qaşınmanın xəstənin psixikasına uzunmüddətli yuxusuzluq və ya nevrasteniya 
kimi təsiri ümumi səhv psixiatrik xəstəlik diaqnozuna gətirib çıxarmamalıdır. Xəstədə
limfadenopatiya və ya hepatosplenomeqaliyanın olub-olmamasını təyin etmək lazımdır, 
çünki limfomalar güclü qaşınma ilə müşayət oluna bilərlər. Dəridə olan səpgisiz qaşınma 
çox vaxt ağız boşluğu kandidozu və limfadenopatiya ilə müşayət olunan QİÇS- infeksi-
yasında rast gəlinir. Bəzən dəri örtüyünün müayinəsi zamanı səpgini yalnış qaşınmanın 
səbəbi kimi qiymətləndirirlər, əslində isə bu səpgilər onun nəticəsidir.
Aşağıdakı köməkçi vasitələr dəri qaşınması zamanı diaqnoz qoymağa kömək 
edir: böyüdücü şüşə (mikroskopda da ola bilər), şüşə xətkeş,1 cüt xırda tutqac, küt uclu 
alət (şpatel), zond, xırda anatomik pinset, vizual müayinəyə əlavə olaraq həkimə onun 
qiymətləndirmək hissi (palpasiya, ümumi baxış), və bəzi hallarda dırnaqları kömək olur. 
Klinik baxışa qədər daha detallı anamnez toplamaq lazımdır. Baxış üçün xəstəyə tam 
soyunmağı xahiş edirlər.Qaşınma hallarında xəstə dəri zədələnməsini inkar etsə də, də-
rinin hər santimetrini müayinə etmək lazımdır. (cədvəl 17.2).
Anamnez və fiziki müayinə ilə yanaşı məqsədyönlü fərdi müayinə planı hazırla-
maq lazımdır. (cədvəl 17.3), belə ki, qaşınma sistem xəstəliyinin elçisi ola bilər. Xəstələ-
ri gələcəkdə də diqqətli nəzarətdə saxlamaq lazımdır.
Qaşınmanın səbəbinin müayinəsində heç bir tipik dermatoz əlaməti olmadıqda 
minimal laborator müayinə özündə aşağıdakıları birləşdirməlidir: iltihab parametrləri-
nin müəyyənləşdirilməsi ( EÇS və C-reaktiv zülal), qanın eozinofil və trombositlərin 
sayılması ilə olan differensial analizi, transaminazalar, qələvi fosfotaza ilə və bilirubinlə, 
həm də transferrin və dəmir,sidik cövhəri və kreatinin, sidik turşusu və şəkər, kalsium və 
fosfat. Qalxanvari və qalxanvari ətraf vəzinin hormonlarının, bağırsaq parazitlərinin ol-
masını göstərə bilən ümumi İgE-nin səviyyəsinin müayinəsi ilə proqram başa çatdırılır.
Paraneoplaziyalarla assosiyasiyalaşmış qaşınmaya şübhə olduqda, şiş markerlə-
rini istifadə etməklə aparılan müayinələr, minimal invaziv metod, həm də döş qəfəsinin 
rentgenoqramı və USM-si aparılmalıdır
Bəzən histamin, serotonin, triptazalarin (diffuz mastositoz, nefropatiya, hepatopati-
ya) səviyyəsinin təyini diaqnostikada kömək edir. Dərinin lixenoid zədələnməsi zamanı 
biopsiya qranulematoz dermatozları inkar etməyə imkan verir. İnfeksiyalarla assosiasi-
yalaşmış müayinələr həmişə məqsədyönlü aparılmalıdır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin