Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Uşaqlarda ekzemanın klinik xüsusiyyətləri



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə148/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   446
DERMATOLOGİYA-dərslik 1

Uşaqlarda ekzemanın klinik xüsusiyyətləri
Erkən yaşlı uşaqların ekzemasının klinik şəklinin və gedişinin bəzi spesifik xüsusiy-
yətləri vardır. Uşaqların 72%-də dəridə ilk səpgilər həyatının ilk 6 ayında meydana çıxır. 
1-2 yaşa qədər uşaqlarda ekzema adətən ekssudativ diatezlə bağlıdır və su vermə, nəm-
lənmə ilə müşayiət olunur. Çox vaxt yanaqlar və alın zədələnir (ekzemanın həqiqi for-
ması), sonra proses başın tüklü hissəsini və üzün hamısını zədələyir. Dəri diffuz şəkildə 
qızarır, ödemləşir, onun üzərində əmələ gələn xırda qovuqcuqlar sürtətlə deşilir, yerində 
eroziv yaralar qalır. Proses çox vaxt 3-6 aylığında inkişaf edir. Burun və burun-dodaq 
üçbucağı adətən zədələnmir. Uşaqlarda geniş, buynuz qatı olmayan sulanan səthlər aş-
kar edilir. Proses başın dərisindən dəri örtüyünün digər sahələrinə yayılmağa meyllidir. 
Daimi xarakterli güclü (biopsiya edici) qaşınma uşağı sutkalar ərzində narahat edir 
(çox vaxt ekzema həzm orqanlarının xəstəlikləri ilə birgə rast gəldikdə).
Uşaqlar yuxunun pozulmasından şikayətlənirlər və müayinə zamanı xarakterik xa-
rici görünüşə malik olurlar: dərinin pastoz olması və solğun (solğun-çəhrayı) rəngə 
çalması, kövşək, lakin elastik olmayan piy toxumasının artması nəzərə çarpır. Uşaqlarda 
yumşaq toxumaların turqoru aşağı düşmüşdür.
Uşaqlarda çox vaxt ekzemanın seboreya (67% hallarda), impetiqinoz (56% hallar-
da), mikrob (49% hallarda) və pruriginoz (23% hallarda) formaları aşkar edilir. Əsasən 
ekzema sahələrinə piogen infeksiya qoşulduqda impetiginoz pustulalar və ya folliku-
litlər əmələ gəlir, qartmaqlar laylanır, sarımtıl-yaşıl rəngdə olurlar, bəzən limfadenit 
qoşulur, az hallarda bədən temperaturu yüksəlir.
Kiçik yaşlı uşaqlarda sağrı nahiyəsinin impetiginoz ekzeması müşahidə edilir (uşaq-
ların natəmiz saxlanması, ishal). Böyük yaşlı uşaqlarda (5 yaşdan 14 yaşa qədər) bəzən 
ekzemanın disseminasiyalı əlamətləri ilə birgə zədələnmə ocaqlarının gövdənin dərisin-
də, az hallarda üzdə və daha nadir hallarda ətraflarda lokalizasiyası müşahidə olunur. 
Ocaqlar, bir qayda olaraq oval, qeyri-düzgün formalı, ləkələr və ya infiltrasiyalı lövhə-
ciklər şəklindədir. Qaşınma daima 1 sutka ərzində müşahidə olunur.
Histoloji dəyişikliklər: ekzemanın kəskin hallarında ekssudasiya əlamətləri, xronik 
forma üçün proliferasiya səciyyəvidir. Epidermis və dermada ödem, xüsusilə də epi-
dermisin tikanlı qatında, nəzərə çarpır. Onun daxilində hüceyrəarası ödem hüceyrələri 
aralayır və müxtəlif ölçülü boşluqlar əmələ gətirir. Malpigi qatında bəzən infiltrat hücey-
rələri aşkar edilir ki, bu da mikroabseslərin formalaşması təəssüratını yaradır. Xronik 
ekzema zamanı epidermisdə akantoz və bəzən parakeratoz müşahidə olunur. 
Qan və limfa damarları genişlənmişdir, bəzi qan damarları eritrositlərlə dolmuşdur. 
Dermada kollagen lifləri arasında, damarlar boyunca və dəri artımlarının ətrafında diffuz 
şəkildə infiltrat yerləşir. Kəskin ekzema zamanı infiltrat polimorfnüvəli leykositlərdən 
ibarətdir, xronik ekzema zamanı isə infiltratda limfositlər və fibroblastlar üstünlük təşkil 
edir, bəzən polimorfnüvəli leykositlər rast gəlir. Məməcikli qatda elastik torlar parçalan-
ma vəziyyətində olur: rast gələn sinir liflərinin dəstələri ödemlidir. 


234

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin