221
munmodulyator pimekrolimus (1%-li “Elidel” kremi) gündə 2 dəfə dərinin zədələnmiş
sahələrinə tətbiq olunur və üzün və ya periorbital sahənin yarımkəskin ekzeması zamanı
xüsusilə effektivdir. Əvvəlcə göynəmə hissiyyatı meydana çıxır ki, o da bir neçə gün-
dən sonra ötüb-keçir. Terapiyanın bu növü atopiklərdə yarımkəskin ekzemanın xronik
gedişi zamanı effektivdir. Qatran məlhəmləri və kremləri steroidlərə davamlı ocaqlar-
da alternativ vasitələr sayılırlar və bəzi xəstələrə mülayim effektiv təsir göstərirlər. Yaş
kompresslərdən çəkinmək lazımdır, belə ki, onlar dərini güclü qurudurlar. Nəmləndirici
vasitələrin tətbiq olunması gündəlik terapiyanın vacib elementlərindən biridir. Nəmlən-
diricilər o zaman daha yaxşı təsir edir ki, onları topik steroidlərdən bir neçə saat sonra
tətbiq edilirlər. İltihab söndükdən bir neçə gün və ya həftə sonra applikasiyanı davam et-
dirmək lazımdır. Nəmləndiriciləri tez-tez tətbiq etmək lazımdır. Nəmləndiricilər yuyun-
duqdan dərhal sonra (bu zaman əvvəlcə dərini dəsmalın yüngül hərəkətləri ilə qurutmaq
lazımdır) dəriyə səylə sürtüldükdə daha effektivdirlər.
Tərkibində daha çox allergenlərlə assosiasiya olunan inqredientlərin daxil edilmədiyi
sadə tərkibli kremlər (məsələn, “Aveeno”) losyonlara nisbətən daha yaxşı təsir edirlər.
Sadə vazelin jelesi ən yaxşı nəmləndirici sayılır və onun bir sıra üstünlükləri var: tərki-
binin sadəliyi, allergiya verən əlavələrin və ya qıcıqlandırıcı inqredientlərin olmaması.
Lakin yağlı olması səbəbindən belə xəstələr üçün vazelin məhdud tətbiq edilir. Dərini
sabunla tez-tez yumadıqda yumşaq kiçik parçalar şəklində olan “Dove” tipli sabunlardan
istifadə etmək daha sərfəlidir. Antibiotiklər ikincili bakterial infeksiyalar zamanı tətbiq
olunur.
Dostları ilə paylaş: