Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


D e r m a t o m i k o z l a r ı n l a b o r a t o r d i a q n o s t i k a s ı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə126/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   446
DERMATOLOGİYA-dərslik 1

D e r m a t o m i k o z l a r ı n l a b o r a t o r d i a q n o s t i k a s ı
Müxtəlif formalı dermatomikozların diaqnozu xəstəliyin klinik şəkli və laborator 
diaqnostika göstəricilərinə əsasən qoyulur, hansılara daxildir:
• 
Mikroskopik tədqiqat
• 
Kultural tədqiqat
• 
Patomorfoloji tədqiqat
Mikroskopik və kultural tədqiqatlar zamanı material olaraq zədələnmiş ocaqlardan 
götürülən –pulcuqlar, zədələnmiş saçlar və dırnaq lövhəciklərindən qaşınmış qırıntılar 
istifadə edilir; patomorfoloji tədqiqatlar zamanı isə-- PAS-reaksiya üsulu ilə boyanaraq 
zədə ocağından alınan biopsiyalar tədqiq olunur.
M i k r o s k o p i k t ə d q i q a t l a r z a m a n ı – patoloji material 10-30%-li kalium 
hidroksidi (KOH) ilə təmizlənir,beləki bu məhlul preparatı duruldaraq göbələk element-
lərinin daha aydın görünməsinə səbəb olur. Preparat nativ (boyanmamış) şəkildə adi işıq 
mikroskopu ilə tədqiq edilir.
Kandidozlar zamanı –bir-birinə ensiz özüllər ( tağlar) vasitəsilə toxunan, uzunsov 
hüceyrələrdən ibarət zəncirlər—y a l a n ç ı g ö b ə l ə k telləri (psevdomiselilər) mü-
şahidə olunur.
Əlvan və ya kəpəklənən dəmrov zamanı –çoxsaylı, qısa, geniş əyilmiş miseli tellə-
ri (torlar) və assosiativ təsvir olunan “donanma makaronu”na bənzər tumurcuqlanan 
salxımlar (sporlar) şəklində müəyyən edilmişdir.
Dermafitlər zamanı – səthi üzərində qeyri-bərabər aralıqlardan yayılan, bölücü xət-
lərlə həmcins enliyə malik, şaxlanan zolaqşəkilli t e l l ə r (torlar) aşkar edilir.
Verilmiş üsul göbələyin növünü identifikasiya etmədən mikoz diaqnozunu təsdiqlə-
yir. Müəyyən dərəcədə dermafitlərin klinik müxtəlifliyini aşkar etmək yalnız zədələn-
miş saçın mikroskopla tədqiqi zamanı mümkündür. Belə ki, saçın tərkibindəki göbələk 
sporlarının lokalizasiyası –e n d o t h r i x səthi və xroniki trixofitiya, favus üçün səciy-
yəvidir. Göbələk sporlarının saçların xarici səthində - e k t o t h r i x irinli-infiltrativ 
trixofitiya və mikrosporiya üçün səciyyəvidir. Nizamsız qaydada yerləşən xırda ölçülü 
sporlar (m i c r o i d e s) –mikrosporiya üçün; iri ölçülü, zəncirvari sporlar ( m e g a s p 
o r o n ) – trixofitiya üçün səciyyəvidir. 
Praktiki dermatologiyada dərini yoluxduran (göbələyin müəyyənləşdirilməsi) derma-
tofitlərin növünü bilmək mütləq deyil. Beləki, tədqiqat zamanı göbələk sporları və tel-
lərinin olmasını təsdiqləmək və ya təkzib etmək kifayətdir, çünkü, dermatofitlərin bütün 


210
formaları üçün terapiya və profilaktika prinsipləri eyni tiplidir.
Göbələklərin müəyyənləşdirilməsi yalnız k u l t u r a l t ə d q i q a t l a r zamanı 
mümkündür. Laborator diaqnostikanın bu növü - qidalandırıcı Sabur mühitində patoloji 
materialın əkilməsi nəticəsində göbələyin kolonunun aşkarlanması,onun mikroskopik 
xassələrinin ( koloniya növü, onun forması, səthi strukturu, rəngi, qatılığı) və mikrosko-
pik quruluşu ( tellərin quruluşunun xüsusiyyətləri və diametri, sporların və zərrəciklərin 
forma və ölçüsü, ) öyrənilir.
P a t o m o r f o l o j i t ə d q i q a t l a r diaqnozun təsdiqi və həmçinin patoloji 
prossesin dərinliyinin qiymətləndirilməsi üçün keçirilir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin