Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə129/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   446
DERMATOLOGİYA-dərslik 1

XIV. ДЕРМАТИТЛЯР
Sadə irritant kontakt (təmas) dermatiti
Allergik kontakt (təmas) dermatiti
Kəskin dermatitləri və xronik ekzemaları bəzən bir ümumi epidermal, reaksiyala-
rı qəbul etməmək adı altında birləşdirirlər. Bu xəstəliklər çox tez-tez təsadüf olunur, 
bunlar dəri xəstəliklər olan pasiyentlərin 15-20%-də müşahidə edilir. Belə xəstəlikləri 
qeyri-yoluxucu xəstəliklərə aid etmək olar, ona görə də yoluxucu olmayan polietioloji 
iltihabi dermatozlara daxildirlər, bu zaman klinik şəkil epidermisdə və dermanın yuxarı 
qatlarında baş verən patoloji dəyişikliklərlə səciyyələnir.
Tez-tez qaşınma ilə müşahidə olunan bu dəri əlamətlərinin kəskin gedişi zamanı 
klinik olaraq ön plana qızartı, ödem, qovuqlar, islanma (su vermə) və qartmaqla nəzərə 
çarpan ekssudativ-iltihabi proseslər, xroniki gedişi zamanı – qızartı, epidermisin kobud-
laşması (akantoz), qabıqlanma və ya lixenifikasiya ilə birlikdə proliferativ-iltihabi pro-
seslər çıxır.
Orqanizmin fərdi reaktivliyindən asılı olaraq dermatitlər həm məlum, həm də namə-
lum, endogen və ya ekzogen təsir göstərən provokasiya amilləri (toksiki, yaxud allergik 
mənşəli) tərəfindən törədilə bilər.
Nomenklaturada epidermal reaksiyaların qəbul edilməməsi haqqında indiyə kimi 
vahid fikir yoxdur, belə ki, həm etioloji planda, həm də patoloji nöqteyi-nəzərdən
hərtərəfli qane edici təsnifat yoxdur. Klinik «dermatitlər» və «ekzema» diaqnozları çox 
vaxt sinonimlər şəklində istifadə olunur. Xəstəliyin gedişi nəzərə alındıqda kəskin, ya-
rımkəskin və xronik dermatitlərdən danışırlar, lakin bununla yanaşı həmçinin kəskin, 
yarımkəskin və xronik ekzemadan söhbət açılır, bu zaman eyni xəstəlik nəzərdə tutulur. 
İngilis-amerikan tibb ədəbiyyatında bu qəbildən olan xəstəliklər üçün çox zamian «der-
matitlər» termini tətbiq edilir. Avropa dermatoloqları arasında geniş yayılmış «ekzema» 
termininə üstünlük verilir. Dəri səpgilərinin sinxron polimorfizmi və aydın xroniki gedi-
şatı ilə səciyyələnən bütün epidermal reaksiyaların qəbul edilməsi ekzema adlandırılır.
Avropa dermatologiyasında artıq bir neçə onilliklərdir ki, kəskin və sürətlə reqressi-
ya etmək xüsusiyyətinə malik epidermal reaksiyaların qəbul edilməsi «dermatit», xronik 
gedişli və spontan remissiya etməyə zəif meylli olan reaksiyaları isə ekzema adlandır-
maq qəbul olunmuşdur.
Lakin onu da nəzərə almaq lazımdır ki, xəstəliyin gedişində çox müxtəlif proseslər 
baş verə bilər. Məsələn, allergik kontakt dermatitinin yaranmasının səbəbi kimi iştirak 
edən ən mühüm təmas allergenləri ilə təkrar kontakt zamanı xroniki vəziyyətə keçərək 
ekzemaya çevrilə bilər. Xronik allergik kontakt ekzeması zamanı səbəbkar kontakt 
allergenlərinin təsiri yenidən bərpa olunarsa, kəskin ağırlaşma halları baş verə bilər. Bu 
prosesləri fərqləndirmək praktik həkim üçün xüsusilə vacibdir. Səbəbin müəyyən edil-
məsi müvafiq terapiyanın düzgün təyin olunmasına kömək edir.
Yuxarıda deyilənləri nəzərə alaraq aşağıdakı təsnifat qəbul edilmişdir:
• 
kəskin kontakt dermatiti: sadə və ya allergik;
• 
xroniki kontakt dermatiti: kumulyativ-toksiki və ya allergik;
• 
seboreya ekzeması;
• 
mikrob (numulyar) ekzeması;
• 
atopik ekzema (atopik dermatit).


213
Obliqat toksiki, yəni birincili olaraq dərini güclü zədələyən maddələrin bir dəfə ek-
zogen təsiri zamanı normal hissiyyatlı dəridə kəskin toksiki kontakt dermatiti inkişaf 
edə bilər. Dərini zəif qıcıqlandıran çoxsaylı ekzogen təsir zamanı və dəridə onlara qarşı 
meyllik olduqda kumulyativ-toksiki ekzema baş verə bilər. Hər iki halda dərinin iltihabi 
dəyişiklikləri və epidermisin klinik olaraq sıx cəlb olunması ilə səciyyələnir, bu zaman 
birincili allergik proseslər patogenetik baxımdan əhəmiyyət kəsb etmirlər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin