Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə114/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   446
DERMATOLOGİYA-dərslik 1

Etiopatogenez.
Kandidoz törədiciləri -Candida, bəzən Candida albicans qəbiləsindən olan şərti-pa-
togen göbələklərdir; bu göbələklər saprofıtlər qismində insanın sağlam burun-boğaz
mədə-bağırsaq sistemi, uşaqlıq yolu və uşaqlıq yolu dəhlizinin mikroflorasını təqdim 
edir.
Candida cinsindən olan göbələklər adətən insana qarındaxili, həmçinin uşağın həya-
tının ilk saatlarından daxil olurlar. Ana bətnində dölün yoluxması dölətrafı mayedə, cift 
və göbəkbağı qişada göbələklərin müəyyən edilməsi ilə təsdiqlənir. Sonradan körpənin 
yoluxması doğuş kanallarmdan keçərkən, ağızın selikli qişasından, süd əmərkən -döşün 
giləsindən, qulluq zamanı -əllərin dərisindən bilavasitə verilə bilər.
Kandidoz yoluxmasının patogenezində həlledici rol törədicidən daha çox mikroorqa-
nizmin vəziyyətindən asılıdır. Candida göbələklərinin saprofıtlərdən patogen formalara 
çevrilməsi, həmçinin xaricdən yoluxma - orqanizmin müxtəlif endo-ekzogen amillərin 
təsiri sayəsində baryer mexanizmini pozaraq müqavimətin zəifləməsi nəticəsində baş 
verir. .
Ekzogen amillərdən ən vacibləri -mikrozədələr, isti iqlim, yüksək tərləmə, kimyəvi 
qıcıqlandırıcılar, gigiyenik normalara riayət etməmək, antibiotiklər, sitostatiklər, korti-
kosteroid preparatlarınin və s.əlavə təsirləri.
Endogen amillər daha çoxsaylıdır -immunçatışmamazlığı, şəkərli diabet, piylənmə, 
hipovitaminoz, disbakterioz, xroniki infeksiyalar, endokrinopatiya, hamiləlik, südəmər 
yaş, vegetodistoniya , tər maddəsinin pH-nın qələvi reaksiyalı olması, kimyəvi tərkibi-
nin dəyişməsi və s. münbit mühit yaradır.
Yaddaş! .
Südəmər körpələrdə kandidozun patogenezində əhəmiyyətli rolu - maya
göbələklərinin həyat fəaliyyətini ingibasiya edən qan zərdabının fungistatik fəallığı-
nın zəifləməsi, həmçinin fızioloji tüpürcək ifrazının çatışmamazlığı və tüpürcək qatışı-
ğınn maya əleyhinə fəallığının azalmasıdır. Candida cinsindən olan
göbələklər üçün mədə daxilindəki qıcqırmış qida qalıqlarının ağız boşluğuna qay-
tarılması əlverişli mühit yaradır, bu da öz növbəsində südəmər körpələrdə kandidozun 


196
inkişafma kömək edir.
Klinik təzahürləri.
Selikli qişa, dəri və dırnaq lövhəciklərində səthi kandidoz.
• Xroniki ümumiləşdirilmiş (qranulematoz-dənəcikli) kandidoz.
• Visseral (orqanların) kandidoz.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin