14.Psixologiyanın tədqiqat metodlarının təsnifatı
Psixologiyanın tədqiqat metodlarını hər şeydən əvvəl əsas və yardımçı
olmaqla t
əsnif edirlər. Əsas metodlara müşahidə və eksperiment metodlarını
aid edirl
ər.
Müşahidə
psixi hadis
ələrin gedişinə qarışmadan onları
sadəcə olaraq izləmək
yolu il
ə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat
metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması,
müdaxilə etməməsi müşahidə metodunu xarakterizə edən başlıca
xüsusiyyətdir. Müşahidə planlı, məqsədəmüvafiq şəkildə həyata keçirilir.
Müşahidə metodunun üstün cəhəti
ondan ibarətdir ki, bu zaman üzərinə
müşahidə aparılan bundan xəbər tutmur, müşahidə təbii şəraitdə (iş zamanı,
oyun, d
ərs və s.) aparıldığına görə öz hərəkətlərində dəyişiklik etmirlər.
Müşahidə qısamüddətli, uzunmüddətli, dövrü və sistematik ola bilir.
Qısamüddətli müşahidə dəqiqələr ərzində insan psixikası və davranışının
t
əzahürünü izləməklə həyata keçirilir. Məsələn, müəllimin izahına
şagirdlərin
münasibətini aşkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan
müşahidə buna misal ola bilər. Uzunmüddətli müşahidəyə bütün dərs və ya
bütün rüb ərzində aparılan müşahidələri aid etmək olar. Dövrü müşahidəyə
g
əldikdə bu müəyyən dövrlərdə, məsələn hər rübün
sonunda eyni bir psixi
hadis
ənin təzahürünü izləməkdən ibarətdir. Dövrü müşahidə psixi hadisənin
inkişaf dinamikasını aşkara çıxarmağa imkan verir. Sistematik müşahidə də
inkişaf dinamikasını aşkara çıxarmağa xidmət edir.
Lakin burada müşahidə
arası kəsilmədən uzun müddət məsələn, bütün dərs ili, müəyyən
yaş dövrü
ərzində aparılır. Müşahidənin nəticələri qeydə alınır, sonradan təhlil və
ümumiləşdirmə əsasında müvafiq nəticələrçıxarılır.
Müşahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin gedişini izləməyə
imkan verir. Buna baxmayaraq müşahidə zamanı bəzi
çətinliklər mövcud ola
bilir. H
ər şeydən əvvəl psixoloq müşahidənin həyata keçirildiyi şəraitdəki
d
əyişikliyi müəyyən dərəcədə görə bilsə də ona tam nəzarət etmək imkanına
malik olmur. M
əhz buna görə də nəzarətdən kənarda qalan amillərin təsiri
altında tam dəqiq məlumat əldə etmək çətinləşir.
Bundan başqa müşahidə
psixoloqun sub
yektiv mövqeyindən kənar qalmaya bilər. Burada psixoloqun
elmi baxışları, təcrübəsi, peşə hazırlığı ilə yanaşı formalaşmış qiymətləndirmə
stereotipi, etik prinsipl
əri, ustanovkası və s. öz təsirini göstərə bilər.
Şübhəsiz
müşahidə aparan psixoloq bu kimi təsirlərin aradan qaldırılmasına çalışmalıdır.
Müşahidənin çətinliklərindən biri də bu və ya digər psixi hadisənin, davranış
t
ərzinin təzahürünü uzun müddət gözləmək lazım gəlməsi ilə baglıdır.