KAFEDRA: Nəqliyyat texnikası və idarəetmə texnologiyaları
İXTİSAS: NƏQLİYYAT MÜHƏNDİSLİYİ.
FƏNN: Avtomobil nəqliyyat vasitələrinin konstruksiyası
QRUP: 101 a3
TƏLƏBƏ: Bilalzadə Bəxtiyar
MÜƏLLİM: Kərimov Ziyafət
SƏRBƏST İŞ № 1. Mühərriklərin dirsək-şatun mexanizmləri. Qazpaylama mexanizmləri. Qazpaylama faza diaqramı. Qazpaylama fazasının və klapanların qalxma hündürlüyünün avtomatik idarə olunma sistemləri Mühərriklərin dirsək-şatun mexanizmləri. Nəqliyyat vasitələrində istifadə olunan porşenli DYM dirsək-şatun və qazpaylama mexanizmlərindən, soyutma, yağlama, qida, alışdırma və işəsalma sistemlərindən ibarətdir. Dirsək-şatun mexanizminin (d.ş.m.) vəzifəsi qazların təzyiq qüvvəsini qəbul edərək porşenin irəliləmə hərəkətini dirsəkli valın fırlanma hərəkətinə çevirməkdir. D.ş.m. Silindrlər blokundan, silindrlər başlığından, porşen və porşen üzüklərindən, porşen barmağından, şatundan, dirsəkli valdan, nazimçarx və yağ çənbərindən (karter) ibarətdir Mühərrikin ümumi quruluşu: a) uzununa kəsik; b) eninə kəsik; 1 – silindrlər başlığı; 2 – porşen üzüyü; 3 – porşen barmağı; 4 – porşen; 5 – silindrlər bloku; 6 – karter; 7 – nazimçarx; 8 – dirsəkli val; 9 – alt qapaq; 10 – dirsəkli valın yanağı; 11 – dirsəkli valın şatun boynu; 12 – dayaq boynunun yastığı; 13 – dayaq boynu; 14 – şatun; 15 – alışdırma şamı; 16 – sorma klapanı; 17 – xaricetmə klapanı.
Qazpaylayıcı mexanizm
Qazpaylayıcı mexanizm- daxili yanma mühərriklərinin silindrlərinə karbüratordan gələn qaz qarışığının vaxtında paylanması və iş prosesində yaranan qazların xaric edilməsinə xidmət edir. Bu, silindrlərin sorma və xaricetmə klapanalarının paylayıcı valın dirsəkləri ilə idarəsi sayəsində yerinə yetirilir. Paylayıcı val, dirsəkli valla dişli qayış və ya zəncir ötürməsinin köməyi ilə əlaqələndirilərək onunla sinxronlaşdırlmış hərəkət icra edir. Qazpaylama mexanizminin vəzifəsi mühərrikin silindrinin yanma məhsullarından təmizlənməsini və silindrin yanıcı qarışıq (karbüratorlu və qaz mühərriklərində) və yaxud hava ilə (dizel mühərriklərində) doldurulmasını təmin etməkdir. Qazpaylama mexanizminə xaricetmə və sorma klapanları, yaylar, qazpaylama valı, dişli çarxlar, itələyicilər, qazpaylama mili və çiyinliklər aiddir. Soyutma sisteminin vəzifəsi mühərrikin qızmış hissələrindən məcburi şəkildə istiliyin alınmasını təmin etməklə onların temperaturunu normal hədlərdə saxlamaqdır. Soyutma sistemləri istilik daşıyıcısının növünə görə maye və hava ilə soyutmalı olurlar. Mayeli soyutma sistemində istilik daşıyıcısı kimi mayedən, hava ilə soyutma sistemində isə havadan istifadə edilir. Mayeli soyutma sisteminə su nasosu, radiator, ventilyator, su köynəkləri və termostat, hava ilə soyutma sisteminə isə hava ventilyatoru, silindr və silindr başlığında hazırlanan qabırğalar və yönəldicilər daxildir.
Klapanların açılması və bağlanması anları uyğun ölü nöqtələrə görə dirsəkli valın dönmə bucağının dərəcələrlə ifadəsi qazpaylama fazaları adlanır və çevrəvi diaqramlar şəklində ifadə edilir
.Qazpaylama faza diaqramının qurulması. Sorma klapanı: Xaric klapanı: Sorma klapanı Y.Ö.N.-ə 18° qalmış açılır, A.Ö.N.-dən 60° keçmiş bağlanır. Xaric klapanı A.Ö.N.-ə 50° qalmış açılır, Y.Ö.N.-dən 20° keçmiş bağlanır. Şək.4.15 və şək.4.16-da isə hər iki klapanın eyni vaxtda açıq qalma sahəsi göstərilmişdir. 18° 12°Qazpaylama faza diaqramının qurulması.
Qalxma hündürlüyünün avtomatik idarə olunma sistemləri.
Klapanların elektromaqnit intiqalını E.V.A tətbiq edərək, klapanların mərhələsini uzatmaq və qalxma hündürlüyünü artırmaqla silindrlərin doldurulmasını yaxşılaşdırmaq olar. Klapanların elektromaqnit intiqalı iki elektromaqnit arasında yerləşdirilmiş və onları bağlanmış vəzyətlərdə saxlayan yaylaşdırılmış lövbərdir. Xüsusi verici idarə blokuna klapanın cari vəziyyəti haqqında informasiya verir. Bu,yəhərə oturan anda klapanın sürətini minimal həddə qədər azaltmaq üçün lazımdır. Klapanları idarəetmə sistemində yumrucuqlu vai tamamilə yoxdurər, hər klapan elektromaqnitlərlə təchiz edilib. Elektromaqnitin lövbəri klapanın açılması və bağlanması üçün iki yayla təmin edilib . Elektromaqnitlərə elektrik cərəyanı verilmədikdə klapanın və elektromaqnitin yayları klapanı , klapanın gedişinin yarısına bbərabər olan orta vəziyyətdə saxlayır, bu halda o yarıaçıqdır ,bu işəsalmanın ilk mərhələsində mühərrikin dirsəkli valını asan fırlatmağa imkan verir. Lazımı fırlanma tezliyi əldə edildiyi vaxt kompüterdən vericiyə siqnal daxil olur və yuxarı açılış elektromaqnitinə elektrik cərəyanı verilir,klapan bağlanır.Eyni zamanda yanacağın püskürülməsi həyata keçirilir. Klapan açıldığı vaxt yuxarı maqnitə gərginliyin verilməsi kəsilir.Yuxarı yayda toplanmış enerji klapanı aşağı hərəkət etdirir, lakin bu ,klapanın tam açılması üçün kifayət etmir,buna görə də klapanın hərəkətinin sonunda aşağı elektromaqnitə böyük güclü cərəyan verilir. DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM!