Profilaktika Qoturluğun profılaktikası bu xəstəliyin epidemiologiyasına əsaslanır və aşağıdakı
tədbirləri özündə birləşdirir:
-
xəstələr mütləq stasionar və ya ambulator müalicə olunmalıdılar;
-
xəstəliyin mənbəyinin tapılması;
-
xəstənin məişət və ya cinsi əlaqədə olduğu bütün şəxslərin müayinəsi;
-
qoturluğun sağalmasına nəzarət 2 həftə müddətində aparılır: xəstə və onunla
əlaqədə olanlan 2dəfə müayinə edirlər - ilkin müraciət zamanı və 2 həftə sonra;
-
xəstəlik ocağınm, paltarlarm və yataq dəstlərinin cari və yekun dezinfeksiyası-
nın aparılması.
Yataq dəstinin, dəsmalların, alt paltarlarının zərərsizləşdirilməsi 1-2 %-li soda məh-
lulu və ya hər hansı yuyucu tozla 5-10 dəqiqə qaynadılmaqla aparılır. Üst paltarlarını
(don, kostyumlar, şalvarlar, yun köynəklər) hər iki tərəfdən isti ütü ilə ütüləyirlər.Pal-
tarların bir hissəsi (kürk, palto, plaş, dəri və zamşdan olan geyimlər) 5 gün ərzində açıq
havada havalandırma ilə zərərsizləşdirilə bilər.55 °C-dən yuxarı temperaturda yuyulma-
sı mümkün olmayan yataq dəsti və paltarlar qoturluq əleyhi preparat A-PAR aerozolu
ilə dezinfeksiya oluna bilər.Xəstənin otağında hər gün 1-2%-li sabunlu-sodalı məhlulla
nəm təmizlik işləri aparılır (bura döşəmənin yuyulması və əşyalarm silinməsi də aiddir).
Döşək və yorğanlar quru-qaynar kameralarda müsbət 100°C temperaturda bir saat ərzin-
də zərərsizləşdirilir.Qış fəslində mənfi temperaturda bu əşyaları 3-4 saat ərzində açıq ha-
vada saxlayırlar.Yekun dezinfeksiya SES-nın dezinfeksiya şöbəsinin işçiləri tərəfindən
müalicə qurtarandan sonra, uşaq müəssisələrində isə iki dəfə - xəstənin aşkarlanmasın-
dan sonra qrupda və xəstənin müalicəsi qurtarandan sonra izolyatorda apanlır.
Tanınmamış qoturluq Tanınmamış qoturluq (inkoqnito) kortikosteroidlərin yerli istifadəsi fonunda inkişaf
edir.Steroidlər qaşınmanı və iltihabi əlamətləri azaltmaqla gənələrin çoxalması üçün əl-
verişli şərait yaradır, nəticədə qoturluq yolları artır və xəstəliyin kontagiozluğu yüksəlir.
Qoturluq öz spesifik simptomlarını itirir, papulo-skvamoz, papulo-vezikulyoz, bəzən də
hətta keratoz xarakteri alır və kortikosteroidlərə qarşı rezistent olur.