Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə97/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   446
DERMATOLOGİYA-dərslik 1

Düyüncüklü qoturluq
Düyüncüklü qoturluq (postskabioz limfoplaziya) qoturluğun tam müalicəsindən son-
ra yaramr və özünü qaşınan düyüncüklər şəklində göstərir.Güman edilir ki, qranulyo-
matoz reaksiya gənənin dəriyə girməsi ilə dərinin qıcıqlanması və ya ekskrementlərin 
parçalanma məhsullarının sorulması nəticəsində yaranır. Düyüncüklü qoturluğun immu-
nallergik mənşəyi haqqmda məlumatlar da vardır ki, bu da histoloji müayinələr tərəfin-
dən sübut edilir.
Klinik olaraq xəstəlik göy-çəhrayı və ya qonur-qmnızı rəngli, yumru, hamar səthli, 
lobya ölçüsünə qədər bərk papulalann əmələ gəlməsi ilə özünü büruzə verir. Səpgilər ən 
çox bədənin qapalı yerlərində yerləşirlər. Gedişatı xoş xassəli, lakin uzun müddətlidir 
(bir neçə aydan bir neçə ilə qədər). Düyüncüklü elementlərin spontan regresi və eyni 
yerlərdə təkrar əmələ gəlməsi mümkündür.
Adi yerli və qoturluq əleyhi müalicə effektsizdir. Daxilə antihistamin preparatlar, xa-
ricə okkluzion sarğı altında steroid məlhəmlər məsləhət görülür. Uzun müddət persistə 
edən düyüncüklərin müalicəsində maye azot, diatermokoaqulyasiya, lazer terapiyası, 
zəlidən istifadə olunur.
Psevdoqoturluq
Psevdoqoturluq — heyvanda olan qoturluq gənələri ilə yoluxma zamanı yaranan qa-
şınan dermatozdur. Daha çox itlər, az hallarda donuzlar, atlar, dovşanlar, keçilər, tülkülər 
insan üçün yoluxma mənbəyi ola bilər. Xəstəliyin inkubasiya dövrü çox qısadır, bir neçə 
saat təşkil edir, xəstələri güclü qaşmma narahat edir.Gənələr epidermisə daxil olmurlar 
və qoturluq yollan əmələ gətirmirlər. Səpgilər asimetrikdir, xəstə heyvanlarla təmasda 
olan nahiyyələrdə müşahidə olunur. Səpgi kəskin iltihabi komponentlə müşahidə olunan 
köpüşüklərlə, papulo-vezikulalarla, pruriqoya bənzər papulalarla, qovuqlarla səpgilər 
özünü büruzə verir. XəstəIik insandan insana keçmir. Ona görə kontaktda olan xəstələri 
müalicə etmək lazım deyil. Laborator diaqnostikası çətindir: yalnız dişilər aşkar olunur, 
cinsi yetkin olmayan fərdlərə rast gəlinmir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin