Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə95/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   446
DERMATOLOGİYA-dərslik 1

Atipik klinik formalar
Qoturluq yollan olmayan formaya ya xəstəlik yeni başlayan zaman, ya da gigiyena 
qaydalanna ciddi riayət edən insanlarda rast gəlinir.Qoturluq yollannm olmaması xəstə-
liyin erkən dövriərində, qoturluqla xəstə şəxsdən yumurtalarla yoluxma zamanı müm-


173
kündür.Bu zaman qoturluq üçün xarakterik simptomlar qeyd olunur: gecə vaxtı güclənən 
qaşınma, tipik lokalizasiya yerlərində papula və vezikulalar.
Ağırlaşmalar
Qoturluğun ən geniş yayılmış ağırlaşmaları piodermiyalar və dermatitlərdir.Az hal-
larda ekzema və övrə xəstəliyi müşahidə olunur.Çox nadir hallarda əsasən südəmər 
uşaqlarda dırnaq lövhələrinin zədələnməsi qeyd olunur.
Diaqnostika
Qoturluğun klinik və epidemioloji diaqnozu laborator metodlarla təstiqlənməlidir
bu zaman məqsəd törədicinin aşkarlanmasıdır.Qoturluğun laborator diaqnostikası üçün 
aşağıdakı metoddan istifadə olunur: gənənin iynə ilə xaric olunması; nazik kəsiklərin 
aparılması metodu; qansız sıyrıntı; qan əmələ gəlməsi ilə sıyrıntı; mineral yağla sıynntı; 
dərinin qələvilərlə buxarlanması; süd turşusu istifadə etməklə ekspress diaqnostika.
Müalicə
Qoturluq xəstəliyinin müalicəsi akarisit preparatlann köməyi ilə törədicinin məhvinə 
yönəldilmişdir. İdeal qoturluq əleyhi vasitələr aşağıdakı şərtlərə cavab verməlidir: 

gənəyə və onun yumurtalarına eyni effekti v təsir göstərməlidir;

hətta requlyar istifadə olunması zamanı minimal sensibilizə edici və qıcıqlan-
dıncı əlavə təsirlərə malik olmalıdır;

dəri örtüyündən daxilə keçən zaman orqanizmdən tez xaric olmalıdır, yəni qo-
turluq əleyhi preparatların ümumi toksikliyi çox az olmalıdır;

istifadə qaydası çox sadə olmalıdır və bu qayda dəqiq göstərilməlidir;

kosmetik nöqteyi nəzərdən lazımi qədər xoş olmalıdır: iyi olmamalıdır, geyim-
ləri çirkləndirməməlidir.
Qoturluğun müalicəsi üçün müxtəlif preparatlar təqdim olunur: kükürd məlhəmi, Vil-
kinson məlhəmi, Xelmerix məlhəmi, Fleminqs məhlulu, Mur və Elers mayeləri, Milian 
pastası, kreolin, lizol məhlulları, təmiz qatran, etilenqlikol, benzoy efıri və s.Son zaman-
lara qədər qeyri-dərman preparatları, məsələn, kerosin, benzin, mazut, avtol, çiy neft, 
kül istifadə olunurdu.l938-ci ildən bir-birinin ardınca kəşf edilmiş benzil benzoat (1936), 
D.D.T. (1946), krotamiton (1949), lindan (1959), spreqal (1984) kimi preparatlann kəşfı 
nəticəsində qoturluğun müalicəsində yeni era açıldı.
İndiki zamanda qoturluğun terapevtik müalicəsində ümumi tək bir fikir əldə olunma-
mışdır. Qeyd etməlk lazımdır ki, satılan dərman preparatlarında onlann dozaları lazım 
olan terapevtik tələbatdan çoxdur.Qoturluq xəstələrinin müalicəsində ümumu qaydalara 
riayət etmək lazımdır:

təkcə zədələnmiş nahiyyəyə yox, bütün bədənə dərman sürtmək lazımdır: pre-
parat nazik qatla çəkilməlidir, əllərin, ayaqların, barmaqlararası büküşlərin, qoltuqaltı 
çuxurlann, xayalann və aralığm dərisinin dərmanlanmasma xüsusi diqqət ayırmaq la-
zımdır;

preparatın gözə və selikli qişalara düşməsindən qaçmaq lazımdır;

dozalanma həddən çox olmamalıdır: qoturluq əleyhinə preparatlarla eyni za-
manda digər yerli preparatlar istifadə olunmamalıdır;


174

ağırlaşmış qoturluqda əvvəlcə zədələnmiş dərini dərmanlamaq lazımdır, ikincili 
infeksiyanın müalicəsində antiseptiklərdən və ümumi terapiyadan istifadə olunur, der-
matit və ekzemanın müalicəsində yerli təsirli yumşaldıcı preparatlardan istifadə olunur.

Norveç qoturluğu zamam əwəlcə keratolitik dərmanlarla dərinin qabıqla örtül-
müş nahiyələrini təmizləmək və xəstəni izolyasiya etmək lazımdır.
Qoturluğun müalicəsində tərkibində kükürd olan dərmanlardan çoxdan istifadə olu-
nur (Xelmerix məlhəmi, Milian pastası, kükürd mazı).Daha çox kükürd məlhəmindən 
istifadə olunur (böyüklər üçün 33%-li, uşaqlar üçün 10-15%-li).Xəstə müalicədən əv-
vəl isti su və sabunla yuyunur. Məlhəm 5-7 gün ərzində hər gün gündə bir dəfə bütün 
dəri səthinə çəkilir.6-8 gündən sonra xəstə sabunla yuyunur, yataq dəsti və alt paltarlan 
dəyişilir.Uşaqlar üçün 15%-li kükürd məlhəmi müalicənin I və IV günü çəkilir.Kükürd 
məlhəmi ilə müalicənin çatışmamazlığı müalicənin uzun müddətli olması, xoşagəlməz 
iy, tez-tez baş verən dermatitlər və alt paltarlarının çirklənməsidir.
Demyanoviç üsulu - kükürdün və kükürd anhidridinin akarisid təsirinə əsaslamr, on-
ların qarşıhqh təsiri zamanı duz turşusu və natrium hiposulfıt yaranır.Müalicə dəriyə 
bir-birinin ardınca 60%-li natrium hiposulfit məhlulu və 6%-li duz turşusunun sürtülmə-
sindən ibarətdir.Uşaqların müalicəsi üçün daha az konsentrasiyalı məhlullardan - 40%-
li və 4%-li məhlullardan istifadə olunur.Natrium hiposulfit məhlulu istifadədən qabaq 
azacıq qızdırılır və dəriyə müəyyən ardıcıllıqla sürtülür : əwəl hər iki əlin dərisindən 
başlayaraq yuxan ətraflarm dərisinə sürtülür, sonra gövdənin dərisinə (döş, qarın, bel, 
sağrı nahiyyəsi, cinsi orqanlar) və nəhayət aşağı ətrafların dərisinə, ayaq barmaqlararası 
büküşlərə və ayaq altma sürtülür.Hər nahiyəyə sürtülmə 2 dəqiqə, bütün prosedura isə 10 
dəqiqədən az olmamalıdır.10 dəqiqə ərzində dərman quruyur, dəridə hiposulfit kristalları 
əmələ gəlir, 10 dəqiqəlik fasilədən sonra 6%-li duz turşusu eyni qayda ilə dəriyə sürtü-
lür,hər nahiyəyə 5 dəqiqə fasilə ilə 3 dəfə sürtülür.Sürtmə bitdikdə dəri quruyur, xəstə 
təmiz paltar geyinir, 3 gün ərzində çimmir, əllərini hər dəfə yuduqdan sonra məhlullar 
yenidən sürtülür. 3 gün sonra xəstə qaynar su ilə yuyunur və paltarlarını dəyişir.Metodun 
çatışmamazlığı: əmək tələb edəndir, residivlər qeyd olunur, müalicəni təkrarlamaq lazun 
olur.
Boqdanoviç metodu polisulfid linimentinin sürtülməsinə əsaslanır (böyüklər üçün 
10%-li, uşaqlar üçün 5%-Ii).Linimentin təsir göstərən əsası natrium polisulfiddir, onun 
hazırlanması üçün 600 ml suya 200 qr təmiz natrium əlavə edirlər və dərhal 200 qr toz 
halında kükürd qatıb şüşə çubuqla qarışdırırlar.Məhlulun inqridientlərinin nisbəti 3:1:1 
(su, NaOH, kükürd), polisulfidin faizi 27%- dir. Polisulfid məhlulunun yararlılıq müd-
dəti qapalı yerdə saxladıqda bir ildir.linimentin əsasmı sabun geli təşkil edir - 50 qr xır-
dalanmış sabun 1 litr suda əriyənə qədər qızdırılır, sonra açıq qabda otaq temperaturunda 
soyudulur.Lazımi konsentrasiyalı liniment aşağıdakı qaydada hazırlanır : lOOml 5%-li 
sabun gelinə lOml və ya 5ml natrium polisulfid məhlulu və 2ml günəbaxan yağı əlavə 
olunur.Müalicə metodikası : 10-15 dəqiqə ərzində liniment bütün dəri örtüyünə sürtülür.
Təkrar sürtmə müalicənin II və IV günü apanlır. Əllər hər yuyulmadan sonra əlavə dər-
manlanır. Xəstə I və III sürtmədən sonra (I və IV gün) və son üçüncü sürtmədən iki gün 
sonra çimir (VI gün).Paltarlar birinci sürtmədən və son sürtmədən iki gün sonra (VI gün) 
dəyişdirilir.Xəstəliyin yayılmış və ağırlaşmış formalarında preparatı hər gün, gündə bir 
dəfə olmaqla 4-5 gün sürtülür. Metodun çatışmamazlığı: kükürdün xoşagəlməz iyi və 


175
bəzən dermatitlərin əmələ gəlməsi.
Benzilbenzoat 20%-li sulu sabun suspenziyası və uşaqlar üçün 10%-li suspenziya-
sı şəklində istifadə olunur.Suspenziya bütün dəri səthinə (başdan başqa), 3 yaşa qədər 
uşaqlarda isə üz dərisi də olmaqla bütün dəriyə sürtülür.Sürtmə müəyyən ardıcıllıqla 
aparılmalıdır.Dərman eyni zamanda hər iki əlin, sonra yuxarı və aşağı ətraflarm, gövdə-
nin və nəhayət aşağı ətrafların dərisinə sürtülür.Benzilbenzoatla müalicənin yeni modi-
fikasiyası təklif olunmuşdur: 20%-li sulu sabunlu suspenziya müalicənin yalnız I və IV 
günü sürtülür.Alt paltarları və yataq dəsti birinci və ikinci sürtmədən sonra dəyişdiriIir.
Xəstə sonrakı 3 gün ərzində çimmir, yalnız hər əl yumaqdan sonra təkrar dərmanlanır, 3 
gün sonra xəstə qaynar suyla çimir və paltarlan,yataq dəsti dəyişdirilir.Südəmər uşaqlar-
da dəri səthi həmin məhlullarla isladılır (sürtülmür), təkrar kurs 3-4 gün sonra aparılır.
Preparatm çatışmamazlığı : dermatitin əmələ gəlməsi mərkəzi sinir sisteminə təsir, kəs-
kin intoksikasiya qeyd olunur.
Lindan - preparat 1%-li krem, losyon, şampun, toz, məlhəm şəklində istifadə olunur.
Lindan və ya qammabenzolheksaxloran - bu xlo-
rorqanik insektisiddir, heksaxlorsikloheksanın 
izomeridir.Preparat 6-24 saat müddətinə sürtülür, 
sonra yuyulur. Ciddi şəkildə aşağıdakı qaydala-
ra əmələ etmək lazımdır: körpə uşaqların və ha-
milələrin müalicəsində lindan istifadə olunmur; 
preparatı bir dəfəyə soyuq quru dəriyə sürtmək 
lazımdır; preparatın konsentrasiyası 1%-dən az 
olmalıdır.Preparatın çatışmamazlığı: kontakt der-
matiti əmələ gəlir; orqanizmin daxilinə keçdik-
də sinir və qan üçün toksikdir; yeni doğulmuşun 
dəri səthindən sorulur; anestetiklərin olması ilə 
əlaqədar yerli və ümumi reaksiyaların olması.
Krotamiton - 10%-li etil-O-krotoniltolidin 
tərkibli kremdir. Qoturluq və qaşmma əleyhinə 
effektivdir, əlavə təsirləri yoxdur.Yeni doğul-
muşlarm və uşaqlann müalicəsində uğurla istifa-
də olunur. Krotomitonu yuyunduqdan sonra 24 
saat intervalla 2 dəfə və ya 12 saatlıq intervalla 2 sutka müddətində 4 dəfə sürtülür.
Tiabendazol - preparat tiabendazol əsaslıdır, 10 gün ərzində daxilə 25 mq/kq dozada 
qəbul olunur. Ancaq onun həzm sisteminə xoşagəlməz təsiri ilə əlaqədar olaraq istifadəsi 
məhdudlaşdınlmışdır.Sonrakı tədqiqatlar tiabendazolun xaricə istifadəsi ilə əlaqədardır - 
5%-li krem gündə 2 dəfə olmaqla 5 gün ərzindsLVə ya 10%-li suspenziya gündə 2 dəfə 
olmaqla 5 gün ərzində sürtülür.Heç bir klinik və bioloji əlavə təsır qeyd olunmamışdır.
Esdepalletrin - bu sintetik piretrin aerozol vasitə olan “ Spreqalın” təsir başlanğıcı 
kimi istifadə olunur. Preparat gövdə boyunca yuxarıdan aşağıya doğru, baş və üz dərisi 
istisna olmaqla, püskürdülərək bütün bədən səthinə, sonra əllərə və ayaqlara vurulur.12 
saat keçdikdən sonra sabunla yuyunmaq lazımdır. Adətən 1 tsikl bəs edir. Qaşınma və 
başqa simptomlar 7-8 gün müşahidə oluna bilər. Əgər bu müddətdən sonra qaşınma qa-
lırsa müalicə yenidən təkrarlanır.
Şək.12.1.Qoturluqda səpgilərin tipik
lokalizasiyası


176
Aerozol vasitə olan “ Spreqal” hamilə qadınlarda, süd verən analarda , südəmər uşaq-
larda istifadə olunur.
Permetrin - 5%-li məlhəm və ya krem şəklində istifadə olunur.Məlhəm başdan ayaq-
larm altına qədər bütün bədən səthinə yedizdirilir. 8-14 saat sonra duş qəbul olunur.
Adətən 1 dəfə istifadə kifayət edir.
İvermektin bir dəfəlik 20mq/kq dozada per oral istifadə olunur.İvermektin effektiv 
və təhlükəsiz preparatdır.Preparat həmçinin yerli olaraq gündəmr dəfə istifadə olunur, 
ancaq 50% hallarda 5 gün sonra təkrar müalicə tələb olunur.
Dietilkarbomazin qoturluğun müalicəsində yalnız peroral istifadə olunur.Preparat 
gündə 3 dəfə olmaqla lOOmq 7 gün ərzində daxilə qəbul olunur.Preparatın çatışmamaz-
lığı onun aşağı klinik effektivliyidir (50 %).

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin