Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar


ıi   6.2.  Ətraf mühitə çirklənmədən dəymiş



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə38/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   78
ıi
 
6.2.  Ətraf mühitə çirklənmədən dəymiş 
iqtisadi ziyanın hesablanması 
Təbiəti  mühafizə  tədbirlərinin  səmərəsinin  dəf  edilmiş 
ziyan  kimi  təyin  edilməsi  ziyanın  müəyyənləşdirilməsi  üsuluna 
əsaslanır.  Ətraf  mühitin  çirklənməsi  nəticəsində  dəymiş  ziyan- 
əslində  faktik  və  ya  mümkün  olan  itkilərdir:  ekoloji,  sosial  və 
iqtisadi.  İki  cür  ziyan  ayırırlar:  bilavasitə  və  dolayısı  ziyan. 
İnsanların sağlamlığının pisləşməsi, maddi dağıntılar, təbii mühitin 
tənəzzülü; dolayısı ziyan-əlilliyin artımı, xəstəliklər. 
99 


təsərrüfat  sahələrində  bəzən  məhsuldarlığın  aşağı  düşməsi  və  s. 
Adətən  bilavasitə  ziyanı  qiymət  və  ya  natural  hesablama  ilə 
müəyyən  etmək  olur,  dolayısı  ziyanı  isə  hesablamaq 
(qiymətləndirmək) çətindir. 
Hesablamaya  yatan  ziyanlar  iqtisadi  və  sosial  -  iqtisadi 
ziyanlardır: Birinci qrupa aiddirlər: 
-  ahnmamış məhsul; 
-  biogeosenozların məhsuldarlığının azalması; 
-  bina və qurğuların xidmət müddətinin qısalması (azalması); 
-  tullantıların-xammal kimi istifadəyə yararlı olması; 
-  çirklənmənin nəticələrinin ləğvinə olan xərclər
-  bərpaya lazım olan xərclər; 
-  çirldənmədən xəstəliyə görə əmək məhsuldarlığının 
azalması və s. 
Sosial-iqtisadi ziyan aşağıdakı struktura malikdir: 
-  xəstəliklərin artımı ilə əlaqədar səhiyyəyə və ictimai 
təminata çəkilən xərclər; 
-  rekreasiya (istirahət) ehtiyatlannm saxlanması üçün 
xərclər; 
-  ekoloji səbəblərə görə əhalinin miqrasiyası (köçməsi, 
yerdəyişməsi) xərcləri
-  istirahət üçün əlavə xərclər. 
Dolayı  ziyanların  (ekoloji  və  sosial)  miqdan 
(kəmiyyətcə)  qiymətləndirməyə  yatmırlar,  onları  cəmdə  şərti 
hesablanan ziyanlar adlandırırlar. 
Sosial ziyanlar aşağıdakılardır: 
-  landşaftın korlanması sayəsində estetik ziyan
-  ölüm hallarının çoxalması ilə yaranan patoloji ziyanlar
-  psixoloji ziyanlar. 
Ekoloji  ziyanlar  unikal  ekosistemlərin  dağılması, 
növlərin  məhv  olması,  yoxa  çıxması,  genetik  itkilər  və  s.  ilə 
əlaqədardır. 
100 


iqtisadi ziyan-ətraf mühitin çirklənməsi nəticəsində onun 
faydalılıq dərəcəsinin dəyişməsidir. İqtisadi ziyan aşağıdakı xərclər 
hesabına yaranır: 
- cəmiyyətin ətraf mühitində dəyişmələrlə əlaqədar əlavə 
xərclər; 
-  ətraf mühiti əvvəlki vəziyyətinə gətirmək üçün xərclər
- gələcək cəmiyyətin qıt olan ehtiyatlarının dönməz olaraq 
bir hissəsinin götürülməsi ilə əlaqədar xərclər. 
Ziyan  biranlıq,  permanent  (torpaqların  eroziyası  və 
şoranlaşması zamanı), latent (vaxt keçdikdən sonra baş verən, ləng 
hərəkət  edən)  və  s.  olur.  Bundan  başqa  iqtisadi  ziyanı  iki 
növə-potensial və hesablama yolu ilə təyin olunan növlərə bölürlər. 
Potensial  ziyan-elə  iqtisadi  ziyandır  ki,  ləğvinə  indiki 
zamanda  əlavə  xərc  tələb  olunmur.  Hesablama  ziyanı-ziyanın  elə 
hissəsidir  ki,  müəyyən  dövrdə  üzə  çıxır  və  iqtisad  elminin  indiki 
səviyyəsinə  uyğun  olaraq  pul  formasında  ifadə  edilməsi 
mümkündür. Həmin sahəyə dair məlumatımız artdıqca hesablama 
ziyanı potensial ziyana çevriləcək, potensial isə-artıq dəymiş ziyan 
kimi  özünü  göstərəcəkdir.  Qiymətləndirmə  hesablamalarına  görə 
potensial  iqtisadi  ziyan  70-80  %,  hesablama  ziyam  isə  faktik 
ziyanın 60-65 %-ni təşkil edir. 
Adətən ziyanın aşağıdakı strukturunu qeyd edirlər: 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin