ediləcək və s. Əgər müəssisə ekoloji orientasiyaya meyl göstərmək
istəmirsə, onda ekomenecmentin tətbiqi öz mənasını itirmiş
olacaqdır.
Ekomenecmentin növü müəssisənin bu işə marağından
asılı olaraq müəyyən edilə bilər. Ekoloji məqsədlər firma
əməkdaşlarımn müəyyən qrupunun şəxsi marağını ifadə edə bilər,
burada əsas məqsəd yaşıl imici təmin etmək olacaqdır, eyni
zamanda xərcləri azaltmaq, risklərin təsirini zəiflətmək və
s.məsələlərin həlli də öz yerini tutmalıdır. Ətraf mühiti mühafizə
sahəsində fəal siyasət yeritməyin daxili stimulu həm iqtisadi, həm
də qeyri-iqtisadi ola bilər. Məqsədlərdən asılı olaraq ekoloji
menecment fəal və qeyri fəal, yəni müdafiə mövqeli növlərə
bölünür. Aktiv mövqe hücum xarakterli olmaqla ekomenecmentin
fəaliyyəti aydın məqsədlə qurulur, müxtəlif funksiyaları əhatə edir
və bazara istiqamətli olur. Eyni zamanda müəyyən dərəcədə
yaradıcı olur. Əksinə, qeyri-fəal ekomenec- ment ancaq
qanunvericiliyin tələblərinə təmayüllü olur, təbiəti mühafizə ilə
məcburiyyət qarşısında məşğul olur.
Ekoloji menecmentin bir sıra anlayışları (təyinatları)
vardır:
- konkret bazar şəraitində müəssisə və təşkilatın təbiəti
mühafizə
fəaliyyətinin
yaxşılaşdırılması
məqsədilə
idarəetmə sənətinə sahib olmaq sistemi;
- gəlir almaq və ekoloji təhlükəsiz inkişafı təmin etmək
məqsədilə
təbiəti
mühafizə
tədbirlərinin
təhlili,
planlaşdırılması, həyata keçirilməsi və onlara nəzarətin
həyata
keçirilməsi;
- idarəetmə vasitələri sistemi-bir çox adamların təbiəti
mühafizə sahəsində əlaqələndirilmiş fəaliyyətlərinin təşkili.
Ekomenecment menecment sisteminin tərkib hissəsidir
və tamamilə müəyyən edilmiş obyektə (kadr, istehsalat, maliyyə)
yönəlmişdir. Burada məqsədli obyektlər müəssisənin təsərrüfat
fəaliyyətinin ətraf mühitə göstərdiyi effektlərdir: ətraf mühitə dəyən
ziyanın ləğvi, enerji qorumaq və s.
Ekoloji
145
strategiya özü də rəqabətli üstünlüklərə nail olmağa yönəldilmişdir,
bu isə müəssisənin uzunmüddətli fəaliyyətini təmin edir.
Bazar iqtisadiyyatı şəraitində menecment rəqabət
üzərində qurulur və rəqabətdə uduşa yönəldilmişdir. Odur ki, onun
baş vəzifəsi menecmentin əsas «qml» qaydalarına yiyələnməkdir:
Dostları ilə paylaş: