\
Ekoloji sahibkarlığın formalan müxtəlif ola bilər.
Onun növləri: əsas və əlavə sahibkarlıqdan ibarətdir.
Əsas sahibkarlıq, ekoloji tələblər və məhdudiyyətlərlə
əlaqədar olaraq özündə aşağıdakıları birləşdirir:
- ekotexnika, avadanlıq, cihaz və qurğular istehsalı;
- yeni və tullan tılı texnologiyaların, yeni
maddələrin işlən-
_ məsi (hazırlanması).
öTavə (tamamlayıcı) ekoloji sahibkarlıq
qeyri-ekoloji
istehsalat sahələrini də əlaqələndirir:
- resursların xassə və keyfiyyətlərinin təkrar- ardıcıl istifadəsini;
- tullantıların utilizasiyasını;
- faydalı qazıntıların çıxarılmasına kömək edən tədbirləri.
Yuxarıda adları çəkilən formalardan başqa aynca olaraq
ekotəmiz məhsul istehsalı sferasım da sahibkarlığa aid etmək
lazımdır.
Ekoloji sahibkarlığa əmlak mənsubiyyəti nöqteyi -
nəzərdən də yanaşmaq olar, bu mülkiyyətə əsaslanır. Ekoloji
sahibkarlıq fəaliyyət dairəsinə görə fərqlənir. Onlar aşağıdakılardan
ibarətdir: istehsalat, kommersiya (mübadilə sahəsində fəaliyyət),
maliyyə (kreditlər, aksiyalar və s.), vasitəçilik (eko- marketinq,
ekoinformasiya, məsləhət xidmətləri). Eyni zamanda ekoloji
sığorta, lizinq və s. xüsusi ayırmaq olar. Sahibkarlıq formaları
fəaliyyət dairəsində həm də birləşmiş (qarışıq) halda ola bilər.
Ekoloji sahibkarlıq keçmiş SSRİ-də 1989-cu ildən
başlamışdır. Buna təkanverici səbəb-təzəcə başlanmış «yaşıl-^ lar»
hərəkatı idi. 1991-ci ildə 17 mindən çox ekoloji sahibkarlıq
subyekti qeydə alınmışdı. SSRİ dağıldıqdan sonra onların sayı,
xüsusən keçmiş respublikalarda xeyli azaldı, lakin qalanlar əsas
vəzifə kimi məhsul satışında xidmət göstərməyə ^üstünlük verdilə^
IBköIojTsahibkarhq biznesdə öz yerini tutmalıdır. O,
həm iri, həm orta və həm də kiçik bizneslə təmsil olunmalıdır.
Bütövlükdə, ekoloji sahibkarlıq cəmiyyətin
istehsalat imkanla-
142
nnın sahəsini genişləndirməli və mövcud olan ehtiyatİann tamamilə
istifadəsinə kömək göstərməlidir.
Ekoloji sahibkarlığın effektivliyini müxtəlif səviyyələrdə
təyin etmək olar:
- cəmiyyət səviyyəsində-məşğulluq (həm artma,
həm də
azalma ola bilər);
- region səviyyəsində-təkrar xammalın (tullantıların) istifadəsi
və s.;
- firmalar səviyyəsində- əlavə gəlirin alınması.
Ekoloji sahibkarlığın effektivliyi-bu effektlərin, yəni
səmərələrin (ekoloji, sosial, iqtisadi) və onlara nail olmaq üçün
zəruri xərclərin müqayisə edilməsidir. Sahibkarlığın səmərəsi
xidmət kimi istifadə edilə bilər.
İstehsalın ekolojiləşdirilməsi, bir qayda olaraq, yaxşı
nəticələr verir. Bu əsasən tullantılardan da istifadədə özünü göstərir.
Xalq
istehlak
mallarının
istehsalı
artır,
tullantıların
yerləşdirilməsinə görə ödəmələr azalır, ətraf mühitə ziyanın qarşısı
almır, ucuz xammaldan istifadə edilir, müəssisələr əlavə gəlir əldə
edir. Eyni zamanda ilkin xammalın hasilatı üçün xərclər azalır.
Bütövlükdə, tullantılardan istifadənin ümumi səmərəsi müəssisənin
və əhali istehlakmın səmərəsindən, habelə istehsalatda və sahələrdə,
sosial-ekoloji sferada yaranan səmərədən ibarət olur.
Tullantılardan istifadənin səmərəsinin meyarı ənənəvi
xammal əvəzinə əldə edilmiş xalq təsərrüfatı nəticəsi olur: yəni
C < C „ , + C „ + E
olur
Burada
C-tullantılardan məhsulun alınmasına sərf edilən ümumi
xərclərdir;
C
M
- kompensasiya yatağının mənimsənməsinə, yəni
əlavə xammal
almaq üçün xərclərdir;
CH-yeni yatağın xammalının hasilatı və işlənməsinə
(emalına) çəkilən xərclərdir;
143
E-təbiəti mühafizə sferasına çəkilən xərclərdir. Həmin
xərclər özündə aşağıdakılan birləşdirir:
E = Y + C3
Burada
Y -iqtisadi ziyanın qarşısının alınması xərcləri;
C
3
-yeni yatağın açılması və istismarı zamanı təbiəti
mühafizəyə çəkilən xərclərdir.
Bəzi xarici ölkələrdə yaşıl biznesin iş təcrübəsi göstərir
ki, bir çox firmalar ətraf mühitin çirklənməsinin azaldılması
hesabına yüksək gəlir əldə edirlər. Kompaniyalar ətraf mühitin
çirklənməsini azaltmaq (tullantıların utilizasiyası) üzrə müxtəlif
layihələr hazırlayırlar. Ətraf mühitin qorunması kapital
qoyuluşunun etibarlı mənbəyinə çevrilir. Ekobiznesin müsbət
təcrübəsi mətbuatda geniş işıqlandınlır. Bu firmanın ekoloji imicini
artınr, biliklərin yayılmasına kömək edir və ekoloji təfəkkürün
formalaşmasına təsir göstərir.
Dostları ilə paylaş: