Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə53/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   78
%).
 
8.2.  Ekoloji sığorta 
Ekoloji fəlakətlərin sayı ildən- ilə artır və müvafiq olaraq 
iqtisadi  ziyanın  həcmi  də  artmaqdadır.  Fəlakətlərin  nəticələrinin 
ləğv  edilməsi  hiss  ediləcək  dərəcədə  maliyyə  vəsaiti  tələb  edir. 
Yüksək  risk  şəraitində  həmin  ziyanın  azaldılması  üçün  zəmanət 
lazımdır. Bu zaman əsas rolu ekoloji sığorta oynamalıdır. Ekoloji 
sığorta  hüquqi  şəxslərin,  vətəndaşlarm  gərgin  ekoloji  vəziyyəti 
şəraitində  yarıtmaz  nəticələrin  aradan  qaldırılmasında  əmlak 
mənafelərini  qorumaq  və  seçmə  tədbirlərin  həyata  keçirilməsini 
təmin  etməlidir.  Gözlənilməz  çirlklənmə  hallarımn  payı  ümumi 
halların 30 %-dən çoxunu təşkil edir. 
Ekoloji  sığorta  sığortalamanm  elə  bir  xüsusi 
kateqoriyasıdır  (növüdür)  ki,  sığorta  edən  təşkilat  sığorta  olunan 
obyektə  çirklənmə  nəticəsində  gözlənilmədən  dəyən  ziyamn 
əvəzini  qismən  və  ya  tamamilə  ödəyir.  Ekoloji  sığorta  bütün 
tərəflərin maraqlannı özündə əks etdirir. Onlar aşağıdakılardır: 
-  sığorta  edənlərin  fəaliyyəti  vasitəsilə  bütün  əhalinin 
maraqlarını təmsil edən dövlətin fəaliyyəti; 
-  üçüncü  şəxs  adlandırılan  tərəflərin  (fiziki  və  hüquqi) 
maraqlarının gözlənilməz qəzadan zərər çəkmələri
-  müəssisələrin  özlərinin  (sığorta  olunanlann)  yəni,  təbiət 
istifadəçiləri,  onların  tərəfindən  və  günahları  ucləntından 
çirklənmə baş verməsi; 
Bu  prosesdə  əhalinin  və  dövlətin  maraqlarım  sığorta 
edən-sığorta təşkilatı lisenziya əsasında təmsil edir. 
Ekoloji  sığorta  üçüncü  tərəfin  zərərini  ödəmək  üçün 
məcburi sığorta olunan (çirkləndirən) tərəfin marağını ödəmək üçün 
könüllü həyata keçirilmişdir. 
Ekoloji  sığortanın  məqsədi  ondan  ibarətdir  ki,  qəza, 
qəsdən olmayan çirkləndirmənin kompensasiya edilməsinə 
131 


zəmanət  təminatı  verir  və  əlavə  maliyyə  mənbəyi  kimi  vəsaitin 
toplanmasına  şərait  yaradır.  Beləliklə,  ödənişli  təbiətdən  istifadə 
sistemi ilə ekoloji sığorta arasında hansısa qarşılıqlı əlaqə mövcud 
olur. 
Ekoloji  sığorta  «Ətraf  mühitin  mühafizəsi  haqqında» 
Azərbaycan Respublikasının müvafiq qanununda təsbit edilmişdir. 
2002-ci  ildə  isə  «Məcburi  sığorta  haqqında»  qanun  qəbul 
edilmişdir.  Rusiyada  könüllü  sığorta  haqqında  hələ  1992-  ci  ildə 
nümunəvi  əsasnamə  təsdiq  edilmiş,  qaydalar  hazırlanmış  və 
1994-cü ildə bir sıra regionlarda eksperiment aparılmışdır. 
Ekoloji  sığortanın  başlıca  mahiyyəti  ondan  ibarətdir  ki, 
əsas  prinsipə  üçüncü  şəxslərin  ziyamnm  maksimum  qarşısının 
alınmasına;  sığorta  olunanın  iqtisadi  marağının,  şəxsi  ehtiyatların 
qorunub  saxlanması  kimi  təmin  edilməsi  və  gələcəkdə  fəaliyyət 
göstərməsinə; sığorta edənin səğorta kompensasiy- asım minimuma 
endirmək,  yaranmış  maliyyə  ehtiyatlanm  təbiəti  mühafizə 
tədbirlərinə yönəltmək prinsipinə riayət olunsun. 
Sığorta  kompaniyası  sığortanın  könüllü  növü  üzrə, 
qəfildən,  qeyri-qəsdən  və  gözlənilmədən  çirklənmə  nəticəsində 
üçüncü  şəxslərə  dəyəcək  ziyandan  mülki  (əmlak)  mühafizənin 
sığortasını  təmin  edir.  Sığortanın  obyekti  mülki  (vətəndaşlıq) 
məsuliyyətin riskidir. Həmin risk fiziki və hüquqi şəxslər tərəfindən 
mülki  qanunvericilik  normalarına  müvafiq  olaraq  sığorta  olunana 
elan edilən əmlak iddiasıdır. 
Ekoloji 
sığorta 
sisteminin 
əsas 
göstəriciləri 
aşağıdakılardır: 
-  sığorta riski; 
-  sığorta məbləği; 
-  sığorta haqqı; 
-  sığorta tarifləri. 
Ekoloji risk sığorta hadisəsinin və ya itkisinin baş- vermə 
ehtimalı ilə əlaqədardır. Sığorta riski qəzalar haqqında məlumatlar 
kütləsi əsasında ehtimal nəzəriyyəsi vasitəsilə 
132 


müəyyən  edilir.  Sığorta  hadisəsi  qəzalar  nəticəsində  ətraf  mühitə 
(atmosferə)  qəfil,  qəsdən  olmayan  zərərli  atılmalann,  yer  səthinin 
çirklənməsinin,  su  obyektlərinə  çirkabın  axıdılması  sayəsində  baş 
verən  neqativ  haldır.  Sığorta  hadisələrinin  və  zərərli  maddələrin 
siyahısı  hər  bir  konrket  hal  üçün  sığorta  müqaviləsi  bağlananda 
göstərilir.  Sığorta  ödəmələri  tarif  məzənnələrinə  əsasən  sığorta 
olunan tərəfdən müəssisənin illik dövriyyəsinin ölçülərinə müvafiq 
olaraq faizlə ödənilir. 
Sığorta hadisəsi özündə aşağıdakıları cəmləşdirir: 
-  əmlakın zədələnməsi və ya məhv olması nəticəsində 
ziyanın kompensə edilməsini; 
-  ətraf mühitdə həyatın pisləşməsi ilə əlaqədar ziyanları; 
-  çirklənmiş ərazinin təmizlənməsinə və onun yararlı hala 
salınmasma çəkilən xərcləri
-  sığorta hadisəsi nəticəsində zərər dəymiş şəxslərin həyatını 
və əmlakını xilas etmək üçün zəruri xərcləri; 
-  ilkin araşdırmalar, məhkəmə prosesinin aparılması ilə 
əlaqədar xərcləri və s. 
Ekoloji  sığorta  üçün  müəyyən  edilən  sığorta  qiyməti 
müəssisənin  illik  dövriyyə  ölçüsü  kimi  qəbul  edilir.  Sığorta 
ödəmələri  illik  dövriyyəni  tarif  stavkasına  vurmaqla  hesablanır, 
Tarif  stavkaları  təsərrüfat  (sənaye)  sahəsində  asılı  olaraq 
differensiyalaşdınhr.  Onlar  həm  də  sahə  daxilində  istehsalat 
prosesindəki  riskin  dərəcəsindən  və  preventiv  (seçmə)  tədbirlərin 
yerinə yetirilməsindən asılı olaraq differensiyalaşdınhr. 
Tarifin qiyməti aşağıdakı struktura malikdir: 
-  sığorta əvəzini ödəmək üçün ehtiyat fonduna ayırmalar; 
-  sığorta hadisələrinin qarşısım almaq üçün maliyyə fonduna 
ayırmalar; 
-  sığorta olunanın xərclərinin əvəzini ödəmələr; 
-  sığorta olunanın normativ gəliri. 
Sığorta  kompaniyası  zərərçəkənlərə  aşağıdakı  növlərdə 
sığortaəvəzi ödəyir: 
-  əmlakın zədələnməsi və məhvinə görə dəymiş ziyanın 
kompensasiyasını; 
133 


-  həyat şəraitinin və ətraf mühitin pisləşməsi ilə əlaqədar 
zərərin (ziyanın) cəmini; 
-  çirklənmiş ərazinin təmizlənmə xərclərini; 
-  zərər çəkmiş insanların həyatını və əmlakını xilas etmək 
üçün çəkilən xərcləri; 
-  məhkəmə prosesinin aparılması ilə əlaqədar xərcləri. 
Sığorta kompensasiyasının ödənilməsi sığorta təşkilatının 
ilkin  kapitalla  təyin  edilən  gücündən  sığorta  edilənlərin  sayından, 
müvafiq ödəmələrin cəmindən və s.-dən birbaşa asılıdır. 
Sığorta heç vaxt çirklənmənin bütün növlərini əhatə etmir 
və  yalnız  əvvəldən  gözlənilməyən  və  təsadüfi  çirklənmələrdən 
dəymiş riskin ziyanı sığorta edilir. Bəzi kompaniyalar təklif edirlər 
ki,  ətraf  mühitin  pisləşməsi  də  sığorta  edilsin.  Sığorta  edilənlər 
hesab  edir  ki,  çirklənmə  ilə  əlaqədar  bütün  hadisələrin  80  %  -i 
sığorta edilə bilər. 
Sığorta  müqaviləsi  aşağıdakı  əsas  bölmələri  (hissələri) 
özündə əks etdirir; 
-  müəssisənin adı, ünvanı, ekoloji riskin xarakteri
-  illik dövriyyənin (pulla ifadəsində) həcmi; 
-  müəssisənin istehsalat fəaliyyəti haqqında məlumat; 
-  istehsalat  prosesinin  xarakteri,  xammalın,  materialların  və 
istehsal edilən məhsulun növləri haqqında məlumat; 
-  ətraf  təbii  mühit  haqqında  məlumat  (əhalinin  sayı,  sıxlığı, 
istifadə edilən sahələrin xarakteri, torpaq, yerüstü və yeraltı 
sular); 
-  əsas  atılmalar  (axıntılar)  və  tullantılar,  ətraf  mühitin 
vəziyyətinə nəzarət metodlan; 
-  atılmaların  (axıntıların)  risk  dərəcəsi,  onların  ləğvi  üzrə 
tədbirlər və s. 
Müqavilələr adətən bir ilə bağlanır və müəssisənin arzusu 
ilə  uzadıla  bilər.  Fasiləsiz  olaraq  2  və  daha  çox  ilə  müqavilə 
bağlanarkən güzəştli (10-30 %) imtiyazlar nəzərdə tutulur. 
Ekoloji 
məsuliyyətin 
sığorta 
prosesi 
sığorta 
kompaniyasının iştirakı olmadan da, sənaye kompaniyalarının qarşı 
134 


lıqlı sığortalanma yolu ilə də həyata keçirilə bilər. Onlar birləşmiş 
fondlar  yarada  bilər,  yaxud  şəxsi  (məxsusi)  ehtiyat  fondları 
formalaşdıra bilər. 
Bütövlükdə ekoloji  sığorta  ekoloji  menecment üçün çox 
cazibədardır və özündə iqtisadi- ekoloji maraqları birləşdirir. Onun 
geniş tətbiq edilməsinə aşağıdakılar mane olur: 
1)  tamamlanmış normativ-hüquqi bazanın olmaması; 
2)  müəssisələrin  ağır  iqtisadi  vəziyyəti,  sığorta  haqlarının 
ödənilməməsi; 
3)  ekoloji  risklərə  görə  yüksək  tarif  stavkalarının  olması, 
avadanlıqların  köhnəlməsi  üzündən  sığorta  hadisələrinin 
ehtimalının böyük olması. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin