nəzərdə tutulmuşdur. Suya atılan maddələr üçün Azərbaycan
Respublikası təbiəti mühafizə üzrə Baş Dövlət Müfəttişliyi və Baş
Sanitar Dövlət Müfəttişliyi tərəfindən təsdiq edilmişdir.
Səyyar mənbələrdən (avtomobillərdən) ətraf mühitə
atılan çirkləndirici maddələr işlədilən yanacağın həcminə əsasən
hesablanır. Bərk tullantıların yerləşdirilməsinə görə ödəmələr
müəyyən edilmiş limitdən, tullantıların toksiklik dərəcəsindən,
miqdarından və yığılma yerindən asılıdır. Tullantıların
yerləşdirilməsinin baza normativləri tullantının vahid kütləsinin IV
sinif toksiklik göstəricisinə və ödəmənin indeksasiya əmsalına hasili
kimi təyin edilir.
Təhlillər göstərir ki, zaman keçdikcə ətraf mühiti
çirkləndirməyə görə ödəmələr tamamilə həvəsləndirmə üzrə və
təbiəti mühafizəyə vəsait toplamaq sahəsində öz əsas funksiyasını
yerinə yetirə bilmir. Belə ki, onlar indeksasiya apanlma- dığından
rəmzi xarakter alır. Məsələn, 1995-ci ildə artım əmsalı Rusiyada 17,
Azərbaycanda 10 idi. 2001-ci ilin yanvarından bu əmsal 94
müəyyən edilmişdir, Azərbaycanda isə 2005-ci ilə kimi pulun
indcksasiyası aparılmadığmdan həmin əmsal dəyişməmişdir.
Halbuki, pulun qiymətdən düşməsi davam edirdi. Bundan başqa
ətraf mühitin çirklənməsi haqqında məlumatlar hər zaman dürüst
olmur, belə ki, Azərbaycanda hələ də dəqiq ölçmə işləri həyata
keçirilmir. Müəssisələrə çirklənmənin səviyyəsini azaltmaq
sərfəlidir. Lakin bunun üçün hələlik imkan yoxdur. Monitorinq də
hələlik kifayət qədər geniş təd- biq edilmir. Odur ki, əsasən seçmə
ölçmələrdən, laboratoriya sınaqlarından və xüsusi hesablama
metodlarından (ilk növbədə, balans metodu) istifadə edilir.
Tullantıların (axıntılarm) həcminin müəssisələr tərəfindən
gizlədilməsi halları aşkar edilərsə, bunlar limitdən artıq hesab edilir
və belə halda artırıcı əmsaldan istifadə edilməsi lazım gəlir. Əgər
limit
təyin edilmə- yibsə, onlar limitdən artıq hesab edilir.
Hələ indiyə qədər neft və qazçıxarma sahəsində atmosferə
atılan karbohidrogenlərin və digər tullantıların miqdarı dəqiq təyin
edilməmişdir. Neft tutumlarının
səthindən nə qə
124
dər buxarlanma baş verdiyi müəyyən edilməmişdir. Vaxtı ilə
normativ itkilərin ətraf mühitə atılmasını gizlədirdilər, halbuki, bu
rəqəm 7-9
%
təşkil edirdi. Eyni sözləri su obyektlərinə axıdılan
çirkab sulan haqqında da demək olar. Hazırda Azərbaycandakı
80-dən çox şəhər və rayon mərkəzindən bütün kommunal-məişət
sulan təmizlənmədən ətraf mühitə atılır. Hələ də Bakı, Gəncə,
Sumqayıt, Əli-Bayramlı, Mingəçevir, Naxçıvan, Xankəndi, Ağdam,
Şuşa, Daşkəsən və s. şəhərlərdən axıdılan məişət tullantı sulan
tamamilə təmizlənmir. Əslində bu axıntılar qəza hallarında ətraf
mühitə axıdılan çirkab sulanna bərabər tutulmalı və günahkarlara
qarşı yüksəldici əmsal (5-10 dəfə) tətbiq edilməlidir. Halbuki, qəza
vaxtı’yayhm axıntılar (atılmalar) zamanı ətraf mühitə, təsərrüfat
obyektlərinə böyük zərər dəyir. Belə hallarda, məsələn, Rusiyada
iqtisadi sanksiyalar 25 dəfə artırıhr. Azərbaycanda isə həmin rəqəm
Dostları ilə paylaş: