Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar


  Təbiətdən istifadə sahəsində ekoloji fondlar sistemi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə52/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   78
8.1.  Təbiətdən istifadə sahəsində ekoloji fondlar sistemi 
Təbiətdən  istifadənin  ödənişli  (pullu)  sistemi  ekoloji 
tədbirlərin  maliyyələşdirilməsinin  əsas  mənbəyidir.  Təbii 
ehtiyatların  istifadəyə,  ətraf  mühiti  çirkləndirməyə,  tullantıların 
ycrləşdirilməsinə görə ödəmələr sistemi, habelə onların tutulması və 
istifadəsi  təbii  ehtiyatlar  üzərində  mülkiyyət  münasibətləri  ilə 
müəyyən edilir. 
Təbiətdən  səmərəli  istifadə  tədbirlərinin  əsas  mənbələri 
aşağıdakılardır: 
- müəssisələrin şəxsi vəsaitləri; 
- müxtəlif səviyyəli büdcələr
- büdcədən  kənar  məqsədli  fondlar-ehtiyatlar  üzrə,  ekoloji, 
sığorta  fondları,  habelə  özəlləşdirmə  prosesində  yaradılmış 
ekoloji fondlar; 
- bank  kreditləri,  sponsor  vəsaitləri,  beynəlxalq  təşkilatların 
maliyyə köməyi; 
- ianələr vəs. 
Təəssüflər  olsun  ki,  keçid  dövründə  təbiəti  mühafizə 
tədbirlərinin 
büdcələrdən 
maliyyələşdirilməsi 
mürəkkəb 
məsələlərdən birinə çevrilmişdir. Ekoloji məqsədlər üçün mərkəzi 
büdcədən demək olar ki, vəsait ayrılmır, şəxsi vəsaitlərin isə həcmi 
çox  cüzidir  (0,2-0,3  %).  SSRİ  dövründə  də,  təbiəti  mühafizəyə 
yönəldilən vəsaitin həcmi milli gəlirin həddən çox az faizini təşkil 
edirdi. Məsələn, bu rəqəm bütün İttifaq üzrə 0,8- 1,2%, Pribaltika 
respublikaları  üzrə-1,5-1,7  %,  Gürcüstan  və  Ermənistan  üzrə- 
0,7-1,0 %, Azərbaycan üzrə isə -0,3-0,5 % təşkil edirdi. Müqayisə 
üçün  qeyd  etmək  lazımdır  ki,  təbiəti  mühafizə  tədbirlərinə  hər  il 
ümumi  daxili  məhsulun  2-3  %-i  qədər  vəsait  lazımdır.  Buna 
baxmayaraq müəssisələr bu məq 
126 


sədlə ayrılan vəsaitlərdən səmərəli istifadə etmirlər. Təsadüfi deyil 
ki,  yalnız  büdcədən  maliyyələşdirilməli  olan  kommunal-  məişət 
tullantı  sularım  təmizləyici  qurğuların  tikintisi  1994-cü  ildə 
dayandırılmışdır.  Gəncədə  (gücü  150  min.kub  m/gün),  Əli- 
Bayramlıda  (45-50  min  kub.m),  Sumqayıtda  (290  min  kub.m), 
Mingəçevirdə  (140  min  kub.m),  Masallıda  (10  min.kub.m), 
Ağdamda  (10  min.kub.m)  və  s.  80-cı  illərdən  tikilən  təmizləyici 
qurğuların  da  tikintisi  dayandırılmışdır.  Bakıda  1972-ci  ildən 
tikilən,  layihə  gücü  940  min  kub.m  olan  təmizləyici  qurğunun 
yalnız birinci növbəsi 600 min kub.m gücündə 1990-cı ildə təhvil 
verilmişdir.  Lakin  o  da  tam  gücü  ilə  işləmir.  Əksər  şəhərlərdə,  o 
cümlədən  Bakıda  kanalizasiya  xətlərinin  tam  olmaması  üzündən 
fəaliyyət  göstərən 
20
-dən  çox  təmizlə-yici  qurğu  səmərəsiz 
işləyirlər.  Həm  də  onlar  artıq  amortizasiya  müddətlərini  çoxdan 
keçmişlər. 
MDB 
ölkələrinin 
öncül 
dövləti 
olan 
Rusiya 
Federasiyasında  1994-1995-ci  illərdə  ekoloji  məqsədlər  üçün 
ümumi daxili məhsulun 0,15 %-i qədər, 1996-1997-ci illərdə- 0,1%, 
1998-ci ildə isə yalnız 0,07 % vəsait ayrılmışdı. Halbuki,^ resurslar 
və çirklənməyə görə ödəmələrin miqdarı büdcə gəlirinin 5 %-dən 
çoxunu təşkil edir. Yaxud başqa bir misal. Rusiyada neft çıxarılması 
huququna görə verginin 40 %-i federal büdcəyə, 30 %-i regional və 
30 %-i  yerli büdcəyə daxil olur. Lakin həmin vəsaitlərdən istifadə 
barədə  qanunvericilikdə  heç  nə  deyilmir.  Mineral-xammal 
bazasının  bərpası  üçün  müəssisələrdən  realizə  edilən  xammalın 
2-10  %-ə  qədər  ödəmə  tutulur.  Həmin  pul  əslində  yeni  faydalı 
qazıntı  yataqlarının  axtarış  və  kəşfiyyatına,  habelə  torpaqların 
rekultivasiyasına  xərclənməlidir.  Lakin  həmin  məbləğ  başqa 
məqsədlərə  sərf  edilir.  Azərbaycanda  da  bu  sahədə  problemlər 
vardır.  Nə  büdcəyə  daxilolmalar  var,  nə  də  büdcədən  ekoloji 
məqsədlər üçün istifadə edilir. Əksinə, mərkəzi  maliyyə orqanları 
təbiətdən səmərəli istifadə sahəsində toplanmış və büdcədən kənar 
ekoloji  fonda  cəmlənmiş,  dövlət  büdcəsinə  heç  bir  aidiyyəti 
olmayan vəsait 1995-ci ildən dövlət büdcəsinə qatılır. 
27 


Bununla da büdcədən kənar ekoloji fondlar haqqında qüvvədə olan 
qanun  və  qaydalar  pozulur,  həmin  vəsait  isə  digər  məqsədlərə 
yönəldilir. 
Ekoloji  tədbirlərin  həyata  keçirilməsi  isə  xarici  və 
beynəlxalq  təşkilatların  və  bankların  ümidinə  və  ixtiyaratına 
buraxılmışdır. Həmin mənbələrdən ayrılan maliyyə vəsaitlərinin isə 
ümumi məbləğinin 50 %-i təzədən maliyyələşdirici təşkilatın və ya 
hər hansı sponsorun nəğd halında özünə qayıdır. 
Azərbaycanda 1989-cu ildə büdcədənkənar xüsusi təbiəti 
mühafizə  fondu  yaradılmış  və  onun  formalaşması  və  istifadəsi 
haqqında  qaydalar  Respublika  Nazirlər  Kabineti  tərəfindən  təsdiq 
edilmişdir. 
Həmin  fond  əsasən  ətraf  mühiti  çirklondirməyə  və 
tullantıların yerləşdirilməsinə görə ödəmələr və cərimə, iddialardan 
gələn vəsait hesabına formalaşır. 
Rusiyada analoji büdcədənkənar ekoloji fondların 10 %-i 
federal büdcəyə, qalan 90 % -i isə büdcədən kənar fondlar sisteminə 
köçürülür və aşağıdakı kimi bölünür: 60 %-i yerli büdcələrə (rayon, 
şəhər), 30 %-i federasiya subyektləri səviyyəsində paylanır. Bu fond 
vəsaitləri  məqsədyönlü  olaraq  təbiəti  mühafizə  obyektlərinin 
tikintisinə, ekoloji təmiz texnologiyaların tətbiqinə, ekoloji təhsilin 
inkişafına, elmi tədqiqat işlərinə xərclənməlidir. 
Hazırda  bir  çox  ölkələrdə,  aparıcı  maliyyə  mənbəi  kimi 
ekoloji  fondlar  fəaliyyət  göstərir.  Fondlar  investisiyaların  təbiəti 
mühafizəyə  yönəldilməsinə  kömək  göstərsə  də,  sonralar  onların 
səmərəsi  azaldı.  Çünki  nəzərdə  tutulan  ödəmələrin  məbləği  ilə 
faktiki  daxil  olan  vəsaitlərin  arasında  böyük  fərq  yarandı. 
Ödəmələrin toplanması Rusiyada 50-60 %, Azərbaycanda isə 10-30 
%  arasında  dəyişir.  Ödəmələrin  indeksləşdi-  rilməsi  isə 
Azərbaycanda  1992-ci  ildən  bəri,  13  il  ərzində  bir  dəfə  də 
aparılmamışdır. 
Ekoloji  siyasətin  həyata  keçirilməsində  ən  əsas 
vasitələrdən  biri  dövlətlərarası,  dövlət  və  regional  ekoloji 
proqramların  hazırlanması  və  realizə  edilməsidir.  Proqramların 
maliyyə- 
128 


ləşdirilməsi  Azərbaycanda  1980-cı  illərdə  əsasən  dövlət 
büdcəsindən,  ittifaq  və  respublika  tabeliyində  olan  nazirliklərin 
vəsaitləri hesabına yerinə yetirilirdi. 90-cı illərdə ekoloji fondların 
yaranması ilə proqramlar həmin fondlar hesabına həyata keçirilməli 
idi.  Lakin  SSRİ-nin  dağılması  bu  məsələni  xeyli  arxaya  atdı. 
1995-ci  ildən  Dünya  Bankının  köməkliyi  ilə  işlənilən  və  1997-ci 
ildə hazır olan «Milli fəaliyyət planı» isə həm bankın, həm də donor 
ölkələrin və beynəlxalq fondlann vəsaiti ilə, üstün tədbirlər halında, 
tender vasitəsilə maliyyələşdirildi. 1992-ci  ildə Rusiyada 150-dən 
çox  ekoloji  təmayüllü  proqram  hazırlanırdı.  Onlar  əsasən  federal 
ekoloji fond vəsaiti hesabına yerinə yetirilməli idi. Lakin federasiya 
subyektləri  10  %-lik  paylarını  keçirmədiklərindən  həmin 
proqramlar  maliyyələşdirilmir.  Hətta  müəyyən  edilmişdir  ki, 
ekoloji fondlann vəsaitinin xərclənməsində xeyli pozuntular vardır. 
Vəsaitlər  başqa  məqsədlərə  xərclənir.  Azərbaycanda  da  ekoloji 
qeyri-büdcə  fondunun  hesabına  bəzi  mühafizə  tədbiri  yerinə 
yetirilmişdir. Düzdür həmin fonddan Bakı şəhər icra hakimiyyətinə 
90-cı  illərdə  yaşıllıqların  bərpası  üçün  müvafiq  miqdarda  pul 
keçirilmişdir.  Lakin  həmin  pullann  xərclənməsi  barədə  Dövlət 
Ekologiya  Komitəsinə  heç  bir  hesabat  təqdim  edilməmişdir.  Bakı 
şəhər kommunal təsərrüfat idarəsinə isə həmin fonda daxil olacaq 
vəsaitdən  maliyyə  köməyi  göstərilmişdir.  Lakin  həmin  fonddan 
ümumi maliyyə qaydalarına müvafiq təbiəti mühafizə tədbiri yerinə 
yetirilməmişdir.  Bunun  əsas  səbəblərindən  biri  də  odur  ki,  həmin 
fondun qanunla nəzərdə tutulmuş idarə heyəti olmamış, hər hansı 
bir tədbirlər planı hazırlanmamışdır. 
Yuxarıdakılardan  əlavə,  texnika,  texnologiyanın  qey- 
ri-təkmilliyi, qəzaların ehtimalı çox olduğundan, habelə təbii iqlim 
şəraitinin  xüsusiyyətlərindən  asılı  olaraq,  yeni  xüsusi  bir 
fondun-ekoloji  təhlükəsizlik  fondunun,  yaxud  sığorta  fondunun 
təşkil  edilməsi  zərurəti  meydana  çıxır.  Bununla  əlaqədar  olaraq 
Azərbaycanda  yerli  fondlardan  istifadə  etməklə  (5  %-  dən  az 
olmamaq şərtilə) xüsusi fond yaradıla bilər. 
129 


Ekoloji  özəlləşdirmə  fondu  özəlləşdirilən  obyektlərdə 
təbiəti  mühafizə  amillərinin  nəzərə  alınması  və  ekoloji  ekspertiza 
aparılması  sayəsində  yaradıla  bilər.  Həmin  fondun  formalaşma 
mənbələri aşağıdakılar ola bilər: 
- müəssisənin yeni sahibinin ona əvəzsiz verilən təbiəti 
mühafizə obyektlərinin qiyməti; 
- müəssisə balansmda olan təbiəti mühafizə obyektləri üzrə 
amartizasiya aynmaları; 
-  məqsədli faizsiz kreditlərin vəsaitləri; 
- təbiəti mühafizə ehtiyaclarına nəzərdə tutulan məqsədli 
maliyyə vəsaitləri. 
Ekoloji  fondlara  daxil  olan  vəsaitlərin  daha  da  effektiv 
formalarının  axtarışı  bir  vaxtlar  bir  sıra  regionlarda  ekoloji 
bankların  (ekobanklar)  yaranmasına  səbəb  oldu.  Belə  banklar 
Saratovda, Bakıda, Permdə və başqa şəhərlərdə fəaliyyət göstərirdi. 
Bütövlükdə,  ödəmələrin  və  xüsusi  fondların  vəsaitlərinin 
istifadəsinin  təhlili  göstərir  ki,  təbiəti  mühafizə  tədbirlərinin 
maliyyələşdirilmə  məbləği,  ümumiyyətlə,  ekoloji  situasiyam 
sabitləşdirmək üçün kifayət deyildir. Əksər hallarda, tətbiq  edilən 
ödəmələr  rəmzi  xarakter  daşıyır  və  heç  də  öz  vəzifələrini  yerinə 
yetirmirdi.  Bir  sıra  ölkələrdə  ekoloji  fondlardan  təbiəti  mühafizə 
istiqamətli obyektlərin tikintisinə təxminən 25 % vəsait xərclənirdi. 
Rusiyada,  eləcə  də  Azərbaycanda  xalq  təsərrüfatında 
gəlirin 90,%-i təbii-resurs sahələri hesabına əldə edilirdi. Bu gəlirin 
həmin  səviyyədə  qalması  və  artması  üçün  onun  müəyyən  hissəsi 
təbii  ehtiyatların  bərpasına,  artırılmasına  və  təbiəti  mühafizəyə 
yönəldilməlidir.  Bu  gün  isə  təbiəti  mühafizə  fəaliyyətinin 
maliyyələşdirilməsi  tamamilə qeyri-qənaətbəxşdir. Belə ki,  həmin 
maliyyələşdirmənin həcmi ümumi daxili məhsulun 1 %-dən azdır. 
Ancaq ətraf mühitə dəyən zərərin həcmi, məsələn, Rusiyada ümumi 
daxili məhsulun 
8
 %-ni, Azərbaycanda isə 10-15 %-ni təşkil edir. 
Bütün  dünyada  təbiəti  mühafizə  xərcləri  iri  kompaniyalar  və 
firmalar tərəfindən artı 
130 


rılsa da, dövlətlərin payı bu maliyyələşdirmədə yüksək olmalıdır və 
bir çox ölkələrdə yüksəkdir (35-90 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin