dən müəyyən edilmiş ekoloji normativlərə nail olmaq üçün kifayət
etməli idi. Eksperiment göstərdi ki, təbiətdən istifadənin iqtisadi
mexanizminin hüquqi əsası zəruri olaraq yaradılmalıdır.
Deyilənlər
təbiəti mühafizə sahəsində qazanılmış müəyyən müsbət nəticələrin
ümumiləşdirilməsinə şərait yaratdı. Eyni zamanda bir çox neqativ
hallar da aşkar edildi. Xüsusən, aydın oldu ki, əksər müəssisələr
təbiəti mühafizə qanunlarına riayət etməyə hazır deyillər. Bununla
yanaşı, ətraf mühitə dair dövlət statistikasında qeyri-təkmillik
mövcud olduğu aşkar edildi.
İkinci mərhələ 9 yanvar 1991-ci ildən başlayır. O zaman
Rusiyada, sonralar isə digər respublikalarda hər il üçün ətraf mühiti
çirkləndirməyə görə ödəmə normativləri müəyyən olunmuşdur.
Analoji normativlər Azərbaycanda 2 mart 1992- ci ildə Respublika
Nazirlər Sovetinin qərarı ilə təsdiq edildi. İki növ normativ
müəyyən edildi: həddi yol verilə bilən tullantıları (axıntıları)
yerləşdirməyə görə və həmin həddi aşmağa görə.
Çirkləndirməyə görə ödəmə metodikası bu prinsiplər
əsasında müəyyən edildi:
- təbiəti mühafizə tədbirlərinin
həyata keçirilməsinin sti-
mullaşdırılması;
- tullantımn (axmtımn)
hər inqridiyenti üçün ödəmə;
- vahid sahələrarası yanaşma;
- regional xüsusiyyətlərin nəzərə alınması (ekoloji vəziyyət
və ekoloji əhəmiyyət əmsallarının tətbiqi);
- ödəmə tutulmasının sadəliyi və rahatlığı;
Ödəmələr aşağıdakılara görə tutulurdu:
- stasionar (daimi) və səyyar mənbələrdən atmosfer havasına
zərərli maddələrin atılmasına görə;
- zərərli maddələrin su obyektlərinə axıdılmasına görə;
- bərk tullantılann yerləşdirilməsinə görə.
Həddi yol verilə bilən atılmalar və axıntılar müvafiq
normativlər çərçivəsində tutulan ödəmələr buraxılan məhsulun
maya dəyərinə əlavə edilməlidir, toplanan pul vəsaiti isə təbiətin
bərpasına yönəldilməlidir. Təbiəti
mühafizə obyektlərinin
122
yaradılmasına və onların istismarına yönəldilən cari xərclər də
məhsulun maya dəyərinə əlavə edilməlidir.
Ətraf mühiti çirkləndirməyə görə ödəmələrin cəminə
aşağıdakılar təsir göstərir:
Dostları ilə paylaş: