1 ) ödəmənin növü;
2 ) ayrı-ayrı ödəmələrin
ölçüsünün təyini üsulları; 3) ödəmələrin təyin edilməsi, alınması və
istifadəsi.
Resurslardan istifadəyə görə ödəmələr aşağıdakı
prinsiplərə əsaslanır:
- yaxşı (əla) ehtiyat üçün ödəmənin qiyməti yüksək
olmalıdır;
- ödəmənin qiyməti kifayət (lazımi) səviyyədə olmalıdır ki,
resurs tutumunu azalda bilsin, ya da resursu əvəz etməyə
imkan yaratsın;
- ödəmənin ölçüsü bazann konyukturasını (məzənnəsini,
tələb və təklifi) nəzərə almalıdır;
- istifadə olunmayan təbii ehtiyatların potensial qiyməti
olmalıdır, hesablamalarda nəzərə ahnmahdır və zaman
keçdikcə korrektə edilməlidir;
- ödəmələrin ağırlığının (yükünün) istifadəçilərin üzərinə
düşməsinin qarşısının alınması təmin edilməlidir.
Təbii ehtiyatlara görə ödəmələrin təyin edilməsinin
konkret prinsipləri ola bilər: Xərclər üsulu, nəticə (renta) üsulu və
yenidənbərpa. Xərclər üsulu sənaye müəssisələrinin su götürməyə
görə ödəmələrini təyin edərkən istifadə edilir. Bu zaman hasilat,
mənimsəmə və istifadəyə çəkilən xərclər nəzərə ahnmahdır. Yüksək
keyfiyyətli resursun istehsalat prosesinə cəlb edilməsi az xərc tələb
edir, onun dəyəri az olur, lakin is- tehlak qiyməti yüksək olur. Bu
təbiətdən səmərəli istifadəni stimullaşdırmır. Nəticə (yekun)
üsulunda əsasən yalnız gəlir gətirən resurslara qiymət verilir. Lakin
zaman keçdikcə, qiymətə malik olmayan resurs (sərvət), qiymətli
resursa çevrilə bilər və deməli, həmin sərvət potensial qiymətə
malik olur.
Bir sıra ehtiyatlar dinamikliyinə görə, ödəmə təyin etmək
məsələsində mürəkkəbdir. Məsələn, bioresurslar və su
116
bir çox halda əhali yaşayan arealın yerləşməsi və inzibati-ərazi
bölgüləri ilə uyğunlaşmır.
Ümumiyyətlə, təbii ehtiyatlara görə ödəmələr özündə
aşağıdakıları əks etdirir: