Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə42/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   78
1
 m^ həcm, 
1
 m- sahə, 
1
 m məsafə və s. təyin edilir. 
Obyekt  və  lokal  smetalarda  normativ  əmək  tutumu  və 
smeta  əmək  haqqı  ayrılır.  Lokal  smetalarda  resurs  göstəricilərini 
ayırmaqla aşağıdakı sənədlər tərtib edilir: 
-  işlərin əmək tutumunu (adam-saatla); fəhlələrin əsas əmək 
haqqını təyin etmək. 
Lokal  smetalarda  (hesablamalarda)  smeta  sənədlərinin 
tərkibində  işlərin  dəyəri  iki  qiymət  səviyyəsində  aydınlaşdırıla 
bilər: 
-  bazis səviyyəsi üçün -fəaliyyətdə olan smeta normaları və 
qiymətləri ilə müəyyənləşdirilir (məs,1990-cı və ya 1985-ci 
il üçün). 
108 


- cari (proqnoz) səviyyəsində -smeta tərtib edilən dövr üçün 
formalaşmış  qiymətlərlə,  yaxud  tikinti  başlanan  gündən 
başlayaraq, mövcud olan qiymətlərlə. 
Tikinti, yenidənqurma, əsaslı təmir (bina və qurğularda), 
müəssisələrin  genişləndirilməsi  və  yenidən  təşkilinin  smeta 
dəyərinin  təyin  edilməsinin  əsasını  smeta  normativləri  (smeta 
normalan  külliyatı,  qiymətlər  və  qiymətləndirmələr  normaları), 
habelə  qaydalar  və  əsasnamələr  təşkil  edir.  Yuvar-  laqlaşdırılmış 
smeta  normalanna  aiddir:  faizlə  ifadə  olunan  smeta  normativləri 
(üstəgəlmə xərclər, smeta gəliri, əlavə xərclər), iriləşdirilmiş smeta 
normativləri və göstəriciləri. 
Tikintinin  smeta dəyəri- bu kapital  (əsash) qoyuluşunun 
ümumi cəmidir. Tikinti və quraşdırma işlərinin smeta dəyəri birbaşa 
xərclərdən (bilavasitə xərclərdən), əlavə məxa- riclərdən və smeta 
gəlirindən  ibarətdir.  Birbaşa  xərclərə  aiddir:  fəhlələrin  əsas  əmək 
haqlan, 
materiallann, 
konstruksiyaların, 
detallann, 
yanmfabrikatlarm dəyəri, maşın və mexanizmlərin istismar xərcləri. 
Smeta qiymətlərini təyin etmək üçün aşağıdakı metodlar 
tətbiq  edilə  bilər:  bazis-kompensasiya,  resurs,  resurs-  indeks. 
Bundan  başqa  smetanı  «əvvəllər  tikilmiş  və  ya  layihə-  ləşdirilmiş 
obyekt-analoqların  qiymətləri  haqqında  məlumatlara  əsasən» 
müəyyən etmək olar. Bazis-kompensasiya üsulu smeta normalarının 
istifadəsinə  əsaslanır.  Bu  halda  qiymət  iki  mərhələdə  təyin  edilir. 
Eyni  zamanda  texnoloji  məqsədlərə  elektrik  daşıyıcılarının  sərfi, 
maşınların istismar vaxtı, fəhlələrin əmək xərcləri do nəzərə alınır. 
Resursların  sərfinin  yekun  göstəricilərini  hesablamaq  üçün 
əvvəlcədən lokal resurs siyahısını tərtib etmək məqsədə uyğundur. 
Bu  siyahıda  obyektdə  həyata  keçirilən  hər  bir  iş  növü  üzrə 
resursların  dəyərini  həm  bazis  (orta  smeta  qiymətlərinə  əsasən, 
normativlər  üzrə),  həm  də  cari  (proqnoz)  qiymətləri  səviyyəsində 
təyin etmək məqsədə uyğundur. 
109 


Resurs-indeks  üsulu-  bu  resurs  üsulunun  resurslara 
verilmiş  indeks  sistemi  (material,  texniki,  energetik,  əmək, 
avadanlıq, xidmətlər və s.) ilə birləşməsinə əsaslanır. 
Layihə  üzrə  xərclərin  planlaşdırılması  maliyyə 
resurslarına tələbatı ödəmək məqsədilə həyata keçirilməlidir. Bu isə 
layihənin büdcəsinin tərtib edilməsini tələb edir (təqvim planına və 
layihənin strategiyasına əsasən). 
Özünüyoxlama sualları 
1. Təbiətdən istifadənin iqtisadi səmərəsinin qiymətləndirilməsinə 
nələr daxildir. 
2.  Normal iqtisadi səmərə nədir. 
3.  İnvestisiyalann effektivliyinin təyini necə müəyyən edilir. 
4.Sosial iqtisadi ziyanların sttukturuna nələr daxildir. 
5.Atmosferə dəymiş ziyan necə müəyyən edilir. 
6
.Su hövzələrinə dəyən ziyan necə müəyyən edilir. 
T.Təbiəti mühafizə xərclərinə hansı elementlər daxildir. 
8.  Kompensasiya xərcləri necə müəyyən edilir. 
9. Makro və mikro iqtisadi səviyyədə təbiəti mühafizə xərcləri necə 
bölünür. 
10.  Təbiəti mühafizə tikintilərinin smeta sənədləri necə hazırlanır. 
110 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin