Ekoloji sertifikatlaşdırma sisteminin əsas vəzifələri
aşağıdakılardır;
- insanın həyatına və sağlamlığına, ətraf mühitin vəziyyətinə
arzuolunmaz (neqativ) təsirlərin qarşısını almaq, habelə
istehsalat prosesi və məhsulun tətbiqi ilə, sənaye və məişət
tullantılarının istifadəsi ilə, təbii ehtiyatların işlənməsi
(emah) və istifadəsi ilə əlaqədar amillərin mənfi təsirləri
barədə əvvəlcədən xəbərdarlıq etmək;
- təbii ehtiyatlar potensialının səmərəli istifadəsi, mühafizəsi
və artırılmasını təmin etmək;
- ahcıları həyat (sağlamlıq və əmlak) üçün təhlükəli malların
almasından yayındırmaq, həmin mallann ətraf mühitə zərərli
təsirinin qarşısını almaq;
- vətən (ölkə) məhsullarının rəqabət qabiliyyətini artırmaq,
ixracata
kömək göstərmək;
- ölkə iqtisadiyyatının dünya bazarına inteqrasiya etməsini
təmin etmək.
Ekoloji sertifikatlaşdırma sisteminə ekoloji marki- rovka
(nişanlama) və deklarasiyam da daxil etmək olar. Ekoloji
markirovka istifadəçiləri malların ekolojilik dərəcəsi barədə
məlumatlandırmaq üçün tətbiq edilir. Bu iş ekoloji məhsulun
seçilməsinə kömək edir və istehsalçılar üçün həvəsləndirici amil
kimi təmiz məhsula tələbatı təmin edir. Məhsulun (malm) ekoloji
deklarasiyası- məmulatın bütün xassələrinin təsviri deməkdir. Bu
alman məhsulun istehsal edilməsində və gələcəkdə onlardan tullantı
kimi istifadə edəndə istehsalçıya kömək göstərmiş olur.
Ekoloji sertifikasiyanın dövlət sistemini yaratmaq,
formalaşdırmaq və genişləndirmək üçün aşağıda göstərilənlər
zəruridir:
- ekoloji sertifıkasiyaya məruz qalacaq
obyektlərin no-
menklaturasını müəyyən etmək:
- normativlər və standartlar halında ekoloji
tələblər,
normativ-raetodik sənədlər zərfi hazırlamaq.
157
Ekoloji sertifikat sistemində Dövlət Standart Təşkilatı və
Təbiəti Mühafizə orqanları, ilk növbədə Ekologiya və Təbii
Sərvətlər Nazirliyi iştirak etməlidir.
Sertifikatlaşdırma aparan iştirakçılar arasında
məsuliyyət
aşağıdakı kimi bölünür:
- istehsalçı (icraçı, mal göndərən), məhsulun (texnoloji
prosesin) normativ sənədlərinin tələblərinə müvafiq olmasına
görə məsuliyyət daşıyır, bu
işə nəzarət edilir, nişan kağızının
düzgün istifadəsi yoxlamlır.
- satıcı satılan məhsulun sertifikatı olmasına və markirov- ka
nişanının müvafiq yapışdırılmasına məsuliyyət daşıyır;
- sınaq laboratoriyası (mərkəzi) aparılmış sertifikasiya
sınaqlarının normativ sənədlərin tələblərinə uyğun
gəlməsinə, sınaqların düzgün və obyektiv aparılmasına görə
.məsuliyyət daşıyır;
- sertifikatlaşdırma üzrə orqan sertifikatın düzgün verilməsinə,
nişanın düzgün yazılmasına və onların tətbiqini təsdiq
etdiyinə görə məsuliyyət daşıyır.
Ekoloji təhlükəsizlik meyarlarını təyin etmək üçün
texnoloji proseslərin tələblərinə də düzgün riayət etmək lazımdır.
Texnika və texnologiyanın tələb edilən səviyyəyə uyğun olması
mühüm əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, eyni cinsli məhsul
istehsal edən müxtəlif texnologiyalar üçün axmtı- ların, atılmaların,
xammal və suyun istifadəsinin, yanğın və partlayış təhlükəsinin,
enerji sərfinin və s. səviyyələri (miqdan) həddi yol verilən
ölçülərdən çox olmamalı, yaxud da ən yeni texnoloji proseslərin
göstəricilərinə yaxın olmalıdır. Bu göstəricilərə dövri olaraq
yenidən baxılmalıdır. Yeni materiallar (süni, sintetik) aşağıdakı
tələblərə cavab verməlidir: ətraf mühitə istehsalat və istismar
prosesində icazə verilən həddi normadan artıq zərərli maddə
ayırmamalı, işi qurtardıqdan sonra təbii çürümə prosesi olmamalı,
ətraf mühit zibillələnməməlidir.
Sənaye və məişət tullantıları nomenklaturunda 100 minə
yaxın adda maddə vardır və onların yığılmasından dəyən ziyan
yüksək dərəcədə hiss edilməkdədir. Tullantılarla dav
158
ranmaq şəraiti, onların müəyyən edilmiş ekoloji və təbiəti mühafizə
qaydalarına uyğun olması ekoloji sertifikasiyada əsas amillərdən
biridir. Tullantıların ekoloji sertifikasiya proseduru onların bütün
növlərinə aiddir: kənarlaşdırılma, anbar- laşdırılma, emal,
utilizasiya, saxlama, nəqletmə (daşıma), basdırılma və s.
Təbii ehtiyatların ekoloji sertifikasiyasına onların iş-
ləmnəsi (istismarı) dövründə ehtiyac yaranır. Çünki təbiətdən
istifadə prosesində ətraf mühitin çirklənməsi təhlükəsi ortaya çıxır.
Belə hallarda ekoloji sertifikasiya müqavilələrində və təbiətdən
kompleks istifadə lisenziyalarında təsbit edilmiş ekoloji
təhlükəsizliyə tələblər artırılmalıdır.
Ekoloji sertifikatlaşma sistemi təbiətdən istifadədə
iqtisadi həvəsləndirmənin vasitələrindən biri olmalıdır. Ekoloji
sertfikasiya dövlət lisenziyasının verilməsi rnəsələsinə baxılarkən
əsas götürülməlidir və təbiətdən istifadə hüququ müsbət həll
edilməlidir, eləcə də imtiyazlı kredit verilməsində və vergi
tutulmasında da sertifikatlar əsas rollardan birini oynamalıdır.
Ekoloji sertifikatın maliyyələşdirilməsi iki mənbədən
həyata keçirilir. Dövlət maliyyələşdirilməsinin qayda və tövsiyələri
hazırlanarkən, dövlət yoxlaması və nəzarəti aparı- larkən, dövlət
reyestri əsnasında həyata keçirilir. Məcburi ekoloji sertifikasiya
üzrə işlərin ödənilməsi sifarişçi tərəfindən aparılır və bu məbləğ
məhsulun maya dəyərinin üstünə gəlir.
Dostları ilə paylaş: