1)
Həyata keçiriləcək vəzifələrin imkanını, növbəliyini,
ardıcıllığım təyin etmək bacarığı;
2)
Firmanın gələcəyini, onların həllindən asılı olan ən vacib
«taleyüklü» məsələləri başqalarına tapşırmamaq ;
3)
Tabeliyində olanlara və özünə qarşı tələbkar olmaq,
məsuliyyətsizliyə yol verməmək;
4)
Gecikdirmə-ölümə bərabər olan hallarda tez və qətiyyətlə
hərəkət etmək;
5)
Öz sahəsində yaxşı informasiyaya maUk olmaq;
6)
İkinci dərəcəli şeylərlə məşğul olmamaq;
7)
Mümkün olan və reallıq çərçivəsində hərəkət etmək;
8)
Qaçılmaz hallarda uduzmağı bacarmaq;
9)
Öz idarəedici hərəkətlərində ədalətli, ardıcıl və möhkəm
olmaq;
10)
İşdə məmnunluq tapmaq, elə idarəetmə fəaliyyəti ilə
məşğul olmaq lazımir ki, yalnız razılıq (mənmunluq)
gətirsin.
Menecmentin ən əsas vəzifəsi-bu qaydaları bilmək, onları
başa düşmək və tətbiq etməyi bacarmaqdır.
istənilən qərarın qəbul edilməsinin əsasında informasiya
durur: monitorinq, normativlər, texnologiyalar haqqında məlumat,
marketinq informasiyası və s. Sadəcə olaraq informasiya yox, zəruri
informasiya lazımdır. İnformasiyamn bir baza kimi xüsusiyyəti
odur ki, o tez köhnəlir. Eyni zamanda təcrübənin (vərdişin) qiyməti
artır. Ekomenecment ani olaraq formalaşmır. Müəyyən vaxt
lazımdır ki, şərait yetişsin və inno- vasiyalar üçün zəmin yaransın.
146
Müasir menecmentdə 4 vəzifə ayrılır: planlaşdırma,
təşkiletmə, motivasiya və nəzarət. Ali menecmentin əsas vəzifəsi
ekoloji məqsədləri strateji planlaşdırmaya daxil etməkdir.
Planlaşdırmada zəruri investisiyalar əsaslandınlır, xüsusi marketinq
strategiyası nəzərdə tutulur. Planlaşdırmanın əsas elementi
biznes-plandır. Biznes-planın strukturunda təbiəti mühafizə və
resursa qənaət fəaliyyətində aşağıdakı bölmələr (məsələlər) nəzərdə
tutulur:
1. Ekoloji-iqtisadi sistemin imkanları;
2. Ehtiyatlarm növləri (ilkin və təkrar), ekoloji potensial, baza
ekoloji məhdudiyyətlərin olması;
S.Məhsul satışı bazan (tullantılardan alınmış, xidmətlər məhsulu və
s.);
4. Məhsul və xidmət satışı bazarında təbiəti mühafizə və ehtiya
ta qənaət fəaliyyətinin həyata keçirilməsi üzrə rəqabət;
5. Marketinq planı;
ö.Təbiəti mühafizə və ehtiyata qənaətetmə fəaliyyət planı;
7. tstehsalat və infrastruktur obyektlərinin kooperasiyası üzrə
təşkilati plan (ekoloji-iqtisadi effekti artırmaq üçün);
8. Təbiəti mühafizə və resursa qənaətetmə fəaliyyətinin hüquqi
təminatı;
9.Subyekt və obyektlərin mümkün olan ekoloji fəlakətlərdən sığorta
edilməsi üçün riskin sosial-iqtisadi qiymətləndirilməsi;
9. Maliyyə planı;
10. Təbiəti mühafizə obyektlərinin, onlann rekonstruksiyasının
əsaslı tikinti və maliyyələşdirmə strategiyası planı.
Ekomenecmentin əsas elementlərindən biri ekoloji
marketinqdir. Marketinqin mərkəzində istehlakçı durur, onun
tələblərinə uyğunlaşmaq lazımdır. Ekomarketinqin nüvəsi ondan
ibarətdir ki, onun bütün fazalarında məhsulun ekolojiliyi
(istehsalatdan tutmuş son utilləşdirməyə qədər) durur. Deyilənlər
satış zamanı ən əsas əhəmiyyət kəsb etməlidir. Ekoloji marketinq
əsasən səmərəliləşdirmə konsepsiyasına istinad edir. Həmin
konsepsiyaya əsasən materialların və enerjinin az dövr
147
etməsi istehlakçıya çox fayda gətirir. İstehsalçı haqqında
informasiyaya malik olub və marketinq strategiyasım müəyyən
etməklə firmada və sahibkarlıqda uğur qazanmaq üçün marketinq
vasitələri toplumundan səmərəli istifadə etməlidir.
Ali menecmentin ekoloji strateji məqsədlərinin realizə
edilməsi təbiəti mühafizə prosesinə orta və operativ menecmentin
cəlbini nəzərdə tutur. Öz xüsusi (şəxsi) bölməsinin yaradılmasının
zərurəti meydana gəlir ki, bu bölmə ekoloji məsələlərə məsul
olmalı, müəyyən resursa sahib olmah və səlahiyyətə malik
olmalıdır. Orta menecmentin səlahiyyətlərinə ekoloji məqsədlərin
paylanması (aynca əməliyyat proqramlan üzrə) aiddir. Məhz, bu
zaman ekoloji menecment sisteminin təzələnməsi, artırılması və
modifikasiya edilməsi üzrə yeni ideyalann yaranması mümkündür.
Menecmentin inteqrasiya sistemi bütün əməliyyat menecmentini,
müəssisənin fəaliyyət sistemini, məsuliyyətlərin səviyyəsini və
məhdudlaşdırılmasını əhatə edir.
Ekoloji menecment ekoloji imic yaratmaq hesabına,
nəinki rəqabət üstünlüklərini təmin edir, eyni zamanda firmanın
mikroiqliminə müsbət təsir göstərir: işçilərin əməyə həvəsi artır,
onlar işdən məmnun qalırlar. Ekoloji imic əsasında firma hiss
edilməyən kapital («qudvill») əldə edir ki, bu da dövlət hakimiyyəti
rəhbərliyi ilə əməli kontaktların yaradılmasını asanlaşdınr, həm də
ekotəşkilatlann etimadım qazanır, müştərilər və sakinlərin
müqabilində hörməti artır. Belə müəssisə, eyni zamanda cəlbedici iş
yerinə çevrilir.
Ekomenecmentin müsbət tərəflərini qeyd etməklə, nəzərə
almaq lazımdır ki, onun nöqsanları da az deyildir. Ekoloji-iqtisadi
effekt yüksək investisiya və istehsalat xərcləri ilə əlaqədardır.
Prosesdə bazar və innovasiya riskləri yarana bilir.
148
Ekoməhsullara tələbatın şişirdilməsi, axıra qədər
işlənməmiş təbiəti qoruyan texnologiyalara və s. təsadüf edilir.
Məhz ona görə də idarəetmədə həmin məsələlər diqqət mərkəzində
olmalıdır.
Dostları ilə paylaş: |