Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar


əti  «yox»  dərəcəsinə  endirilmişdir^  10.2



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə62/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   78
7
əti  «yox»  dərəcəsinə 
endirilmişdir^ 
10.2.  Təbiətdən istifadənin lisenziyalaşdınimasi 
Təbiətdən  istifadənin  lisenziyalaşdınimasi  ekoloji 
tələblərə  əsasən  təsərrüfat  fəaliyyətinə  qənaətlə  (rejimli)  sənədlər 
vasitəsilə  nəzarət  sistemidir.  Deyilənlərlə  əlaqədar  xüsusi  icazə 
sənədi  lisenziya  adlanır.  Prinsip  etibarı  ilə  lisenziyalaşdırma 
inzibati-hüquqi idarəetmənin bir sahəsidir, belə ki, lisenziya əslində 
təbii  ehtiyatların  istifadəsinə  məhdudiyyət  qoyur,  konkret  şərtlər 
irəli sürür. Lisenziya eyni zamanda iqtisadi (bazar) 
153 


idarəetməsinin  bir  komponenti  ola  bilər  və  auksionlarda 
(hərraclarda) satıla bilər. 
Lisenziyalaşdırma sisteminə iki cür icazə daxildir: 
1)  İstifadə  hüququna  icazə  (hasilat,  götürmə,  götürmədən 
istifadə),  yəni  təbii  ehtiyatlardan  və  təbii  obyektlərdən 
istifadəyə  görə  icazə  verilir,  eyni  zamanda  atmaya 
(atmosfer),  axıtmaya  (sulara)  və  yerləşdirməyə  (bərk 
tullantıları) görə də xüsusi icazə hüququ verilir. 
2)  Təbiətdən kompleks istifadəyə lisenziya. 
Lisenziyalaşdırma  eyni  zamanda  təbiətdən  istifadədə 
ərazi idarə edilməsinin bir elementi kimi qiymətləndirilə bilər. Bu 
zaman həm də kadastr sistemi ilə iqtisadi qiymətləndirmə aparılaraq 
ətraf  mühitin  keyfiyyətinə  nəzarət,  təbiəti  mühafizə  tədbirlərinin 
maliyyələşdirilmə  mexanizmi  və  s.  öz  əksini  tapmalıdır.  Hazırda 
lisenziya təbiətdən istifadə edənlərin uçotunun apanlması forması, 
təbii  ehtiyatlardan  istifadəyə  nəzarət,  habelə  təbii  ehtiyatların 
sərəncamçısı,  funksiyasını  yerinə  yetirmək  vasitəsi  kimi  xidmət 
edir. 
Xüsusi  lisenziyalar-təbii  ehtiyatları  idarə  edən  xüsusi 
dövlət orqanları tərəfindən verilən sənəddir. Xüsusi icazələr, bir növ 
təbii  ehtiyatlardan,  müəyyən  edilmiş  yerdə  və  müəyyən  şərtlər 
daxilində  istifadəyə  hüquq  verirlər.  Onlara  aiddir:  Yerin  təkindən 
istifadə,  sudan  xüsusi  istifadə,  ətraf  mühitə  zərərli  maddələrin 
atılması  (yerləşdirilməsi),  torpaqdan  istifadə,  heyvanların 
ovlanması,  meşədən  istifadə  və  s.  Bu  lisenziyalar  öz  aralarında 
bir-birilə  əlaqələnmir,  ona  görə  də  ətraf  mühitə  birgə  təsiri  təhlil 
etmək olmur. Ola bilər ki, bir ehtiyatlardan istifadə digər ehtiyatlara 
zərər gətirsin. Tez-tez bəzi ehtiyatların istifadəsi ərazilərdə ekoloji 
vəziyyəti və şəraiti nəzərə almadan həyata keçirilir. Bu çatışmayan 
cəhəti təbiətdən kompleks istifadəyə lisenziya aradan qaldırmalıdır, 
çünki  bu  zaman  ekoloji  normalar  və  məhdudiyyətlər,  istifadə 
şərtləri və s. başqa növlərdə öz əksini tapır. 
Təbiətdən  kompleks  istifadə  müəssisə  üçün  elə  istehsal 
prosesidir ki, ərazinin təbii ehtiyatlarından və yaxud bir nö 
154 


vündən  tullantısız  istifadə  edilməklə  digər  ehtiyatlara  ən  az  zərər 
vurulur  və  yaxud  heç  bir  zərər  vurulmur.  Təsərrüfat  fəaliyyəti 
nəticəsində əldə edilən gəlirdən mühiti bərpaetmə işlərinə müəyyən 
maliyyə  vəsaitləri  ayrılır.  Təbiətdən  kompleks  istifadə  üçün 
lisenziyalar 
ayrılması 
qarşıya 
ekoloji 
tələblər 
qoyur. 
Məhdudiyyətlər  müəyyən  edir,  təbii  ehtiyatlardan  istifadəyə  hədd 
qoyur,  çirklənməyə  limit  aynlır  və  təbiətdən  istifadə  şərtləri  irəli 
sürülür.  Belə  lisenziyalar  xüsusi  lisenziyalardan  fərqli  olaraq 
təbiətdən  istifadənin  növünə  hüquq  vermir,  ona  yalnız  hədd 
(reqlament) qoyur. Kompleks istifadə hüququ isə icarə müqavilələri 
və  müqavilə  rolu  oynayan  xüsusi  lisenziyalarla  müəyyən  edilir. 
Təbiətdən kompleks istifadə lisenziyası normativ-hüquqi sənəddir 
və  müəssisənin  ətraf  mühitə  təsirinin  miqyas  və  keyfiyyətinə 
nəzarət etməyə imkan verir. 
Təbii  ehtiyatlara  sahiblik,  onlardan  istifadə  və  sərən- 
camçıhq  hüquqlarmın  paylanmasından  asılı  olmayaraq  təbiətdən 
istifadə  dövlət  idarəetməsi  təbii  ehtiyatlarm  miqdarı,  keyfiyyəti, 
sosial-iqtisadi  qiymətləndirilməsi  haqqında  tam  informasiya 
olmadan  qeyri  mümkündür.  Ona  görə  də  təbii  ehtiyatların  uçotu 
(inventarizasiyası),  onların  vəziyyətinin  natural  və  iqtisadi 
göstəricilərinin  qiymətləndirilməsi  və  hüquqi  əlaqələndirilməsi 
aktual məsələ kimi ortaya çıxır. 
Təbii  ehtiyatlar  potensialı  haqqında  informasiya  ərazi 
üzrə  çox  sıxı  əlaqədardır.  Həmin  məsələ  ilk  növbədə  ekoeks- 
pertiza, həm də lisenziyalaşdırma ilə bağlıdır. Təbiətdən kompleks 
istifadənin  sosial-iqtisadi  qiymətləndirməsində  daha  mütərəqqi 
hallar  vardır.  Belə  ki,  sosial-iqtisadi  qiymətləndirmədə  ekoloji 
şəraiti nəzərə almaqla təbii ehtiyatın istifadə prioritetləri haqqında 
qərar qəbul edilir. Yalnız bundan sonra istifadə üçün limit verilir. 
Təbii ehtiyatlar potensialının ərazi  kadastrı,  informasiya 
haqqında  məlumatın  korapleksliyini  tamamlayır,  regional 
idarəetmə sistemində səmərəlilik üçün şərait yaradır. Çox məqsədli 
kadastr  informasiya  təminatı  ilə  regional  və  şəhər  plan- 
laşdınlmasmda da əlverişli şərait yaradır. Bununla təbiət isti 
155 


fadəçilərinə vergi qoymada bu sahə hüquqi nizamlanmamn həyata 
keçirilməsində mühüm rol oynayır. 
Təbiəti 
mühafizə 
sahəsində 
fəaliyyətin 
lisenziyalaşdırılması,  məsələn,  Rusiyada  1996-cı  ildən  həyata 
keçirilir.  Azərbaycanda  isə  bu  səlahiyyət  Prezidentin  fərmanı  ilə 
vaxtı  ilə  ay-  n-ayn  nazirlik,  komitə  və  idarələrə  həvalə  edilmişdi. 
2001
-ci  ildən  bəri  isə  bu  funksiyanı  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi  yerinə  yetirir  və  bu  sahədə  xüsusi  departament 
yaradılmışdır.  Nəticə  etibarilə  müvafiq  direktiv  sənədlər  və  eləcə 
də,  lisenziya  vermə  qaydaları  müəyyən  edilmişdir.  Xüsusilə 
tullantıların 
utilləşdirihnəsi, 
anbarlaşdırılması, 
daşınması, 
yerləşdirilməsi,  basdırılması,  məhv  edilməsi  müəyyən  edilmişdir. 
Eyni  zamanda  ekoloji  pasportlaşdırmanın,  sertifikatlaşdırmanın, 
ekoloji  auditin  həyata  keçirilməsi  və  təbiəti  mühafizə  istiqamətli 
digər  əməliyyatların  funksiyaları  və  yerinə  yetirilməsi  qaydaları 
göstərilmişdir. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin