Dərsliklə bağlı tqdk-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış yekun rəY



Yüklə 76,89 Kb.
Pdf görüntüsü
tarix24.04.2017
ölçüsü76,89 Kb.
#15710
növüDərs

                                                                                  

 

Respublikanın ümumtəhsil məktəblərinin 

 4-cü sinifləri üçün “Azərbaycan dili” dərsliyi 

 

Müəlliflər: Rafiq İsmayılov 

                           Solmaz Abdullayeva 

                    Dilrüba Cəfərova 

                     Xanım Qasımova 

 

 

Bakı: Altun Kitab, 2013. 

 

 



Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar 

və təkliflər əsasında hazırlanmış 

 

 

YEKUN RƏY 



 

 

Yekun rəy aşağıdakı meyarlara görə formalaşdırılmışdır: 



1. Məzmun baxımından; 

2. Dil və üslub baxımından; 

3. Dizayn və bədii tərtibat baxımından. 

 

1. Məzmun baxımından 

 

Dərslikdəki materiallar 8 bölməyə ayrılıb. Hər bölmə 20 dərs, hər dərs 2 saat üçün 

nəzərdə  tutulub.  Dərslik  bütövlükdə  320  dərs  saatını  əhatə  etməli  olan  160  dərsdən 

ibarətdir. Bu materiallar Azərbaycan dili üzrə dinləyib-anlama və danışma, oxu, yazı, dil 

qaydaları məzmun xətlərini və bunlara aid alt-standartları reallaşdırmalıdır. Dərslikdəki 

materiallar şəxsiyyətyönlü kurikulumun tələblərinə görə məzmunca şagird şəxsiyyətinin 

formalaşmasında  əhəmiyyət  kəsb  etməli  və  bilavasitə  onların  şəxsi  fəaliyyəti  üçün 

lazımlı olmalıdır. 

Təhlil  və  araşdırmalar  göstərir  ki,  dərslikdəki  materiallar  şagirdlərlə  Azərbaycan 

dili  üzrə  nitq  bacarıqlarının  gerçəkləşdirməsi  istiqamətində  səmərəli  iş  aparmaqda, 

onların  Azərbaycan  xalqının  milli,  mənəvi  və  mədəni  dəyərləri  ruhunda  tərbiyə 

olunmasında,  insan  haqlarına  və  bəşəri  dəyərlərə  hörmət  etməsində  əhəmiyyətli  rol 

oynaya bilmir.  Bu  materiallar bir çox hallarda şagirdlərin yaş psixologiyası və fizioloji 

xüsusiyyətləri  nəzərə  alınmadan  hazırlanmışdır.  Bir  neçə  məqamda  dünyəvilik 

prinsipinə  riayət  edilməmiş,  milli  və  dini  ayrıseçkilik  təbliğ  edən  fikirlər,  mübahisə 

doğuran məlumatlar təqdim olunmuşdur.  

Əksər  mətnlər  həcmcə  böyük  olduğundan  (“Birinci  addım”,  “Tom  özünü  fəda 

edir”,  “Çünki  oldun dəyirmançı”,  “Hökmdar qardaşlar”,  “Qaraca  qız və  Ağca  xanım”, 

“Mauqlinin  dostları”,  “Çiçək-yeddi  rəng  ləçək”  və  s.)  hissələrə  bölünərək  təqdim 

edilmişdir.  4-cü  sinif  şagirdlərinin  qavrama  imkanları  və  yaş  xüsusiyyətlərinə  uyğun 

gəlməyən bu materiallar tədris prosesi zamanı həmin mətnlərin oxunmasında və müvafiq 

məzmun standartları üzrə iş aparılmasında yoruculuq yarada bilər. 

Dil  qaydalarının  həcminin  3-cü  sinif  dərsliyi  ilə  müqayisədə  kifayət  qədər 

azaldılması yaxşı hal olsa da, verilmiş qaydaların təqdimatı, əhatəliliyi, nitq bacarığına 

çevrilməsi ilə bağlı görülən işlər qənaətbəxş deyil. 

Dərslikdə  4.1.7.  “Cümlə  və  onun  növləri  ilə  əlaqədar  kiçik  təqdimatlar  edir” 

alt-standartı  üzrə  dil  qaydaları  təqdim  olunmadan  mətnlər  verilmişdir.  Dərslikdə  ya  bu 


 

sinif  səviyyəsində  nəzərdə  tutulan  minimum  dil  qaydaları  haqqında  sistemli  şəkildə 



məlumat  verilməli, ya  da heç bir dil qaydası  haqqında  məlumat verilməməli,  MMV-də 

müvafiq  göstəriş  və  tapşırıqlar    qeyd  olunmalı  idi.  İndiki  halda  dil  qaydalarının 

təqdimatında  balans  gözlənilməmiş,  “Dil  qaydaları”  məzmun  xəttində  nəzərdə  tutulan 

qaydalar  haqqında  bəzi  məqamlarda  məlumat  verilmiş,  yuxarıda  qeyd  edildiyi  kimi, 

bəzən bu, unudulmuşdur. 

4.1.7  alt-standartını  reallaşdırmalı  olan  mətnlərin  bir  çoxu  (“Niyə?”  (səh.  92), 

“Yoldaşlıq  köməyi”  (səh.  122),  “Heyvanlar”  (səh.158),  “Novruz  bayramı”  (səh.162), 

“Hamilər”  (səh.  185),  “Zəhmət  və  Zinət”  (səh.192)  və  s.)  praktiki  olaraq  həmin 

məqsədləri  reallaşdıra  bilməz.  Çünki  dərslikdə  bu  alt-standartı  reallaşdırmalı  olan 

mətnlər, əsasən,  şeir nümunələridir və  4-cü sinif şagirdinin  yaş  səviyyəsi  və  qavraması 

şeir  nümunələrində  cümlə  üzvlərinin  yerini  dəqiq  müəyyənləşdirməyə  və  cümlənin 

növlərini  mənimsəməyə  imkan  vermir.  Nəzərə  almaq  lazımdır  ki,  dərslik  bütün 

ümumtəhsil  məktəbləri  üçündür  və  eyni  sinifdə  oxuyan  şagirdlərin  bilik  və  bacarıqları 

bir  səviyyədə  deyil.  Bu  zaman  dərslikdəki  mətnlər  üzrə  dil  qaydalarının  tam  olaraq 

reallaşdırılmasından  danışmaq  olmaz.  Həmin  standartları  reallaşdırmaq  üçün  daha  çox 

kiçikhəcmli  mətnlər təqdim edilməli, dərs ilinin sonuna doğru getdikcə mətnlərin həcmi 

artırılmalı,  bundan  sonra  mövzunun  daha  dərindən  mənimsənilməsi  üçün  bir  neçə  şeir 

nümunələrindən də istifadə edilə bilərdi. 

Dərsliyin  ən  mühüm  çatışmazlığı  dil  qaydalarının  təqdim  edilən  mətnlərlə  paralel 

işlənməməsidir.  Əvvəlki  dərsliklərdə  olduğu  kimi,  burada  da  şagird  dil  qaydalarını 

dərslik  müəlliflərindən  hazır    şəkildə  alır.  Dil  qaydaları  mətnlərdəki  ayrı-ayrı  söz  və 

ifadələrlə müvafiq tapşırıq və çalışmaların köməyi ilə sistemli və nizamlı şəkildə tətbiq 

edilmir. Dil qaydaları nitq bacarığına çevrilmir. Belə ki, qaydalara görə dərsdə verilmiş 

bir  mətn  dörd  məzmun  xəttinin  reallaşdırılması  üçün  material  olmalıdır.  Amma 

dərslikdə  dil  qaydaları  məzmun  xəttinin  reallaşdırılması  üçün  bunu  demək  olmaz.  Bu 

vəziyyətdə  məzmun  xətlərinin  uğurla  gerçəkləşməsindən  söhbət  gedə  bilməz.  Bundan 

əlavə,  dil  qaydaları  təqdim  olunduqdan  sonra  sanki  unudulur,  növbəti  bölmələrdə  hiss 

olunan  səviyyədə  yada  düşmür.  Şagird  mətnlərlə  və  çalışmalarla  davamlı  şəkildə  dil 

qaydalarını  nitq  bacarıqlarına  çevirməlidir.  Yuxarıdakılar  yoxdursa,  bu,  birmənalı 

şəkildə  “Azərbaycan  dili”  kurikulumunun  4-cü  sinif  dərsliyində  reallaşmaması 

deməkdir. Dərslik bu vəziyyətdə ancaq mətnlər  toplusudur. 


 

Dərslikdə  bir  çox  məqamlarda  məzmun  standartlarında  nəzərdə  tutulmayan 



məsələlərə  aid  tapşırıqlar  verilmişdir.  Məsələn:  səh.19,  tapşırıq  6;  səh.82,  tapşırıq  6; 

səh.119, tapşırıq 2 və s. 

10-cu  səhifədə  1-ci  dərsə  aid  “Futbol  topu”  mətnində  şagirdlərin  məktəbin 

meydançasında  futbol  oynamaq  üçün  pul  yığmasının  verilməsi  tərbiyəvi  baxımdan  

məqsədəuyğun sayılmır. 

Mövzu və onunla bağlı mətnin yeri, müvafiq zamanı düzgün seçilməyib. Dərs ilinin 

əvvəlində  şagirdin  bir  tədris  ili  boyunca  çalışqan,  həvəsli  olması  üçün  motivasiya 

xarakterli, dili və üslubu gözəl olan, həvəsləndirici mətn verilə bilərdi. 

Mətndə  bir  sıra  ifadələr  var  ki,  4-cü  sinif  şagirdinin  danışığında  olması  məqbul 

deyil. Məsələn: 

- Divar və döşəmələrdən rəng iyi gəlirdi. 

- Meydança isə gəl-gəl deyirdi

Ay da! Əsl futbol meydançasıdır. 

- Əllərini ciblərinə salıb qurdalandılar. 



- Əşi, nə fərqi var ki... 

- Satıcıya yaxınlaşıb əlindəki pulları piştaxtaya tökdü.  

Hekayə  ilə  bağlı  verilən  suallar  heç  bir  məna  yükü  daşımır.  Bu  suallar  şagirdin 

təfəkkürünün inkişafına və yaddaşının möhkəmləndirilməsinə xidmət etmir. 

14-cü səhifədə verilmiş “Baba və nəvə” mətnində də  xeyli uğursuz ifadələr vardır: 

- Yuvasından düşmüş ətcəbala bir quş otluqda... 

- Bu saat anası xəbər tutub vay-şivən  qoparacaq. 

15-ci səhifənin son abzasının ilk sətrində dialoqda durğu işarələri yanlış verilmişdir. 

Bu,  orta  məktəbin  yuxarı  siniflərində  tədris  olunan  vasitəsiz  nitqdə  durğu  işarələrinin 

işlənməsi qaydalarına uyğun deyil.  

15-ci  səhifədəki  mətnin  son  cümləsində  “o”  əvəzliyindən  sonra  vergül 

qoyulmalıdır. 

Bir  neçə  məqamda  “o”-dan  sonra  vergül  işarəsi  qoyulsa  da,  xeyli  yerdə  vergül 

unudulur.  Məsələn,  22-ci  səhifədə  şəklin  altındakı  ilk  cümlədə  eyni  vəziyyətdə,  46-cı 

səhifədəki mətndə 5-ci cümlədə işlənmiş “o”dan sonra vergül qoyulmuşdur. 

17-ci səhifədə verilmiş “Kitab daha maraqlıdır” mətni müasir dövrə uyğunlaşdırılıb. 

Qeyd  etmək  lazımdır  ki,  burada  verilən  obrazları  və  “Hörümçək  adam”,  “Amfibiya 


 

adam”  əsərlərindən  parçaları  məktəb  dərsliyinə  salmaq  məqsədəmüvafiq  deyil. 



“Hörümçək adam” hekayəsi kompyuter aludəçiliyindən imtinaya yönəldilib, lakin buna 

nail  olunmayıb.  Əksinə,  şagirddə  kompyuter  oyununa  həvəs  yaradır.  Çünki    bunun 

mənfi  tərəfləri  göstərilmir.  Hekayədə  atanın  öz  təşəbbüsü  ilə  kompyuterə  oyun 

yüklətməsi və uşağa təklif etməsi qənaətimizi bir daha təsdiqləyir. 

22-ci  səhifədə  mətn  Gülhüseyn  Hüseynoğlunun  “Bərk  ayaqda”  hekayəsi  əsasında 

işlənib.  Mətnin  həcmi  kifayət  qədər  böyükdür.  Mətn  22-ci  səhifədə  başlayır,  27-ci 

səhifədə  bitir.  Mətnin  hissə-hissə  oxunması  nəzərdə  tutulmuşdur.  4-cü  sinif  şagirdinin 

yaş  səviyyəsinə  görə,  irihəcmli  mətnlərlə  dil  qaydalarının  öyrədilməsi,  nitq 

bacarıqlarının  səmərəli  şəkildə  tətbiq  etməsi  reallaşdırıla  bilməz.  Bu  mətndə  də  bəzi 

ifadələr qənaətbəxş deyil: “Uşaqlardan hansısa onu sancdı. Yaman ilişdim. Asta-asta de 

gəlsin, eşidərəm”. 

Hekayənin dili şagirdlərin yaş xüsusiyyətinə uyğun asanlaşdırıla bilərdi. 

23-cü  səhifədə  mətnin  2-ci  abzasının  son  cümləsindəki  vasitəsiz  nitqdə  durğu 

işarələri düzgün qoyulmayıb. 

28-ci səhifədə “Bağışlayın, uşaqlar, gecikmişəm” mətnində “Müəllim stola yanaşdı. 

Astadan dedi...” uğurlu deyil. Adama elə gəlir ki, müəllim sözlərini stola deyir. Burada 

“yanaşdı”  sözü  yerində  deyil.  Bu  mətnin  4-cü  abzasında  vasitəsiz  nitqlə  bağlı  durğu 

işarəsi düzgün qoyulmayıb. 

29-cu  səhifədə  “Ən  qiymətli”  mətnində  anlaşılmazlıq  yaranır.  Adama  elə  gəlir  ki, 

kitab-dəftəri  evdən götürüb  qaçmaq  torpağı  müdafiə  etməkdən  və onu  itirməkdən  daha 

şərəflidir.  Mətndə  “Ananın  istər-istəməz  dodağı  qaçdı”  cümləsi  mətnin  məzmununa 

uyğun gəlmir. Müharibə, özü də qaçaqaç vaxtı bu, mümkündürmü? Hekayə ilə bağlı 2-ci 

sualın  C  bəndində  deyilir:  “Qaz-53  yük  maşınıdır”.  Qaz-53-ün  yük  maşını  olmağının, 

onun markasının şagirdin dünyagörüşünə, təfəkkürünə nə aidiyyatı var? Özü də belə bir 

ağır mövzuya həsr olunmuş mətndən sonra. 

36-cı  səhifədə  Tomun  Alfreddən  qisas  almaq  istəyinin  verilməsi  tərbiyəvi  və 

metodiki  cəhətdən  doğru  deyil.  Bununla  bağlı  olan  9-cu  tapşırıq  da  məqsədəuyğun 

sayılmır.  Azyaşlı  uşaqlar  üçün  əlavə  oxu  vəsaitlərində  bu  kimi  mətnlər  verilə    bilər, 

amma  dərslikdə  verilmiş  oxu  mətnləri  dil,  üslub  cəhətdən  mükəmməl  və  nümunəvi 

olmaqla  bərabər,  əxlaqi-tərbiyəvi  keyfiyyətlər  aşılamaq  baxımından  da  səciyyəvi 

olmalıdır. 


 

41-ci  səhifədəki  mətnin  ilk  cümləsində  vasitəsiz  nitqdə  durğu  işarəsi  düzgün 



qoyulmayıb. Bununla bağlı həmin cümlədə orfoqrafiya səhvi də yaranıb. 

42-ci səhifədəki 2-ci abzasın son cümləsində vergüldən sonrakı “yox” sözünün ilk 

hərfi  səhvən böyük yazılıb. 

43-cü  səhifədəki  4-cü  abzasın  2-ci  cümləsində  “o”  əvəzliyindən  sonra  vergül 

qoyulmayıb. 

45-ci səhifədəki 3-cü tapşırığın şərti anlaşılmazdır. Tapşırıq belədir: 

“Söz sırasını davam etdir. 

dilək, amal, ... 

A)

 

uğur  B) öhdəlik  C) arzu” 



Şərt belə olmalı idi: “Məntiqi ardıcıllığı tamamla” və yaxud, “Cərgəni tamamla”. 

46-cı  səhifədə  “Bayrağım”  mətnində  uğursuz  ifadələr  vardır.  3-cü  abzasda 

“muradıma yetdim”,  4-cü abzasda “əlbəsə” ifadələri mətnin məzmununa və dilin müasir 

leksikasına uyğun deyil. Mətnin son cümləsi milli və dini cəhətdən tamamilə qüsurlu və 

ziddiyyətlidir.  Həmin  cümlə  belədir:  “Marş!  İrəli!  Eheey,  türkün,  islamın  düşmənləri”. 

İfadə  vətəndaş  cəmiyyətinin  əsas  prinsiplərinə,  Azərbaycan  Respublikasının 

Konstitusiyasına  ziddir.  Azərbaycan  məktəblərində  müxtəlif  millətlərə,  etnik  qruplara, 

ayrı-ayrı dinlərə mənsub ailələrdən gələn şagirdlər  təhsil alır. Bu baxımdan dərsliklərdə 

milli-etnik,  dini  məsələlərə  yanaşmada  ciddi  həssaslıq  nümayiş  olunmalı,  heç  bir 

ayrıseçkilik qoyulmamalıdır. 

47-ci səhifədə verilmiş “Əsgər marşı”nın sözləri dərslikdə yazıldığı kimi, Əhliyyət 

Süleymanova  aid  deyil.  Bu  marş  Xalq  Cümhuriyyəti  illərində  yazılıb  və  müəllifi  Əli 

Kamidir (Bax: Milli nəğmələr. Bakı. 1919). Bu şeir uzun illər 4-cü sinif “Ana sözü” dərs 

vəsaitində də ilkin variantda çap olunub (“Ana sözü” IVs. dərs vəsaiti. Bakı. 2009, s.19). 

51-ci  səhifədəki  4-cü  abzasda  “Paşam  sağ  olsun”  ifadəsindən  sonra  vergül 

qoyulmalıdır,  sonra  növbəti  nitq  başlamalıdır.  Mətnin  son  cümləsində  işlənmiş    “Mən 

səni  dünya  malından  qəni  eləyərəm”  ifadəsinin  altından  xətt  çəkilməli,  şagirdə  izah 

verilməlidir. 

59-cu səhifədə “Niyə “Siz” deyirik?” mətni məzmun baxımından uğursuzdur. 10-cu 

sinif  “Azərbaycan  dili”  dərsliyində  də  göstərilir  ki,  “qədim  türklərdə  hörmət  əlaməti 

olaraq böyüyə “Siz” deyə müraciət edilir (Bu fikir Mahmud Kaşğarlının “Divani-lüğət-it 

türk”  (XI  əsr)  əsərində  göstərilib.).  Özümüzə  xas  bu  əxlaqi  dəyəri  nədən  romalılarla 



 

bağlamaq  müsbət  hal  deyil.  Ümumiyyətlə,  dərslik  müəlliflərində  yerli-yersiz 



qərbpərəstlik  özünü  açıq-aşkar  göstərir.  Milli-mənəvi  dəyərlərimizin  təbliğ  edilməsi 

qənaətbəxş deyil. 

65-ci səhifədə mətndə ulduzlarla işarələnmiş 1-ci hissənin son cümləsində “o”-dan 

sonra  vergül  qoyulmalıdır.  Bu  mətnə  aid  tapşırıq  əmr  kimi  verilir,  sərbəst  düşüncəyə 

imkan yaradılmır. 

74-cü  səhifədə  mətnin  son  cümləsində  “köməkçi”    sözü  kiçik  hərflə  başlamalıdır. 

Cümlələr bir çox yerlərdə lazımsız yerə bağlayıcı ilə başlanıb. İbtidai sinif səviyyəsində 

bu, qüsurdur. 

87-ci səhifədə yuxarıdan 2-ci sətirdə mətnin məzmununa görə  “gəlib onun şəhərinə 

çatdı” yox, “gedib onun şəhərinə çatdı” olmalıdır. 3-cü abzasdakı dialoq uğurlu deyil. 

  110-cu  səhifədə  verilmiş  “Zəmzəm  suyu”  mətnində  “peyğəmbər”  sözü  səhvən 

böyük hərflə yazılıb (İbrahim Peyğəmbər). 

152-ci  səhifədə  “ürəyi  saat  kimi  tez-tez  vururdu”  ifadəsi  mətnin  məzmununa  görə 

düzgün  deyil.  Əslində,  ürəyin  saat  kimi  vurması  sağlamlıq  bildirən  ifadədir.  Son 

cümlədə “balaca heç nəyə əhəmiyyət vermədən” ifadəsi artıqdır. 

155-ci  səhifənin  son  abzasında  ədəbi  dilimizdə  işlənməyən  “peç”  sözü  verilib. Bu 

məqamda “peç” sözünün işlədilməsi düzgün deyil. 

164-cü  səhifədə  sonda  uzun  mavi  xətt  nəyə  lazımdır?  Tapşırıqlarda  da  bununla 

bağlı heç nə nəzərdə tutulmayıb. 

169-cu səhifədə “alma şitili” ifadəsi doğru deyil. 



 

2. Dil və üslub baxımından 

 

31-ci səhifədəki şeirin müəllifi yoxdur. Şeir bədii cəhətdən çox zəifdir. Etnoqrafik 

xarakterli şeir tapmaq lazım idi. 

69-cu səhifədəki 4-cü abzasın sondan 2-ci cümləsi üslub baxımından düzgün deyil. 

“Oğlum  evi  satsa,  inanmıram  ki,  belə  bir  ev  tikə”  cümləsində  budaq  cümləsinin 

əvvəlində “sonra” zaman zərfi olmalıdır. 7-ci abzasın 1 və 2-ci cümlələrində bu qayda 

gözlənib.  

70-ci  səhifənin  ilk  abzasında  “Təndiri  təzədən  tiksən,  evin  qiyməti  artar”  fikri 

reallığı əks etdirmir. 


 

71-ci  səhifədə  “Bir  boşqab  sıyıq”  mətnində  şəhid  və  qaçqın  uşağının  dilənçiyə 



bənzər  şəkildə  təqdimi  uğurlu  deyil.  Dərsliklərdə  etik  və  tərbiyəvi  baxımdan    bu  kimi 

mətnləri vermək  düzgün deyil. Sinifdəki şagirdlərdən hansısa biri  maddi vəziyyəti ağır 

olan  ailədən  çıxa  bilər  və  belə  mətnlər  həmin  şagirdlərin  psixoloji  gərginliyinə, 

sıxıntısına,  utanmasına  gətirib  çıxarar.  Dərslik  müəllifləri  bütün  məqamları  nəzərə 

almalı, şagird şəxsiyyətinə hörmət etməlidirlər. Bu mətndə yazılır ki, Elxanın iki bacısı 

var. Amma atası məktubunda yazır ki, “anandan, bacından muğayat ol”. Elxanın bacıları 

ilə  bağlı    anlaşılmazlıq  yaranır.  Elə  həmin  mətndə  72-ci  səhifədə  1-ci  abzasın  4-cü 

cümləsində  “anasının  çörək  belə  almağa”nın  əvəzinə,  “çörək  almağa  belə”  ifadəsi 

yazılsa idi, daha dəqiq olardı. Bu səhifədə “yundan toxunmuş geyim əşyaları”,  “çörəyə 

əl dəyməyib” ifadələri üslub baxımından düzgün deyil. 3-cü abzasda “şirin sözlə” ifadəsi 

düzgün deyil, “şirin dillə” olmalıdır.  

75-ci  səhifədə  “Ən  böyük  xəzinə”  mətni  uğurlu  deyil.  “İlk  səhifələrdəki  farsca 

mətn, bir qədər sonra ərəbcə davam edirdi...Ancaq bir qədər sonra kitabdakı yazılar hind 

dilində  davam  edirdi.  Daha  sonra  başqa  dillər  gəldi”  ifadələri  qüsurludur,  reallığı  əks 

etdirmir. 

79-cu  səhifədə  “Ruzini  verən  Allahdır”  mətni  dərslik  üçün  uğursuzdur.  Bu  mətn 

“Zəhmətkeşlik” bölməsinə də uyğun gəlmir, zəhmətə məhəbbətdən daha çox, qisasçılıq 

hissi  aşılayır.  Mətnin  1-ci  hissəsinin  sonunda  müəllif  yazır:  “Şimşək  çaxdı,  leysan 

başladı”. Müəllimə tövsiyə olunur ki, belə bir sualla sinfə müraciət etsin: “Sizcə, bunlar 

təsadüfi  cümlələrdir,  yoxsa  hadisələrin  necə  davam  edəcəyinə  bir  işarədir?”  Burada 

şagirdə hansı  metod,  hansı  bilgi öyrədilir?  Daha  sonra  şagirdlər  debata  cəlb olunurlar.  

Debat  üçün  iki  mövzu  təqdim  edilir:  Əl  əli  yuyar,  əl  də  üzü  və  Ruzini  verən  Allahdır 

(səh. 89, MMV). Uşağın beyninə heç bir elmə, məntiqə söykənməyən teoloji ehkamların 

yetirilməsi  doğru  deyil.  Əlbəttə,  şagirdlər  üçün  müxtəlif    çalışmalar,  test  tapşırıqları, 

sxemlər,  cədvəllər,  diaqramlar  tərtib  etmək, interaktiv  təlim  üsullarını  (debat, qruplarla 

iş,  cütlüklərlə iş,  mətnlə iş  və  s.) birbaşa dərsliyə  salmaq  yenilikdir.  Lakin bu  yeniliyi 

belə bəsit, mənasız mətn və şeir parçaları, hətta dini ehkam  xarakterli  hökmlərlə tətbiq 

etmək yolverilməzdir. 

83-cü  səhifədə  “Bir  gün  direktor...”  cümləsindən  sonra  gələn  cümlə  artıqdır  və 

mətnin  məzmununa  görə  yanlışdır.  Hələ  ev  tikilmədən  qeyd  olunur  ki,  “Bu,  şəhərin 

səfalı guşəsində birmərtəbəli ev idi”. 


 

90-cı  səhifədə  “İki  qardaş”  mətni  təqdim  edilir.  MMV-yə    görə  (səh.90),  təlimin 



məqsədi  mətnin  ideyasını  atalar  sözü  ilə  ifadə  etmək,  əsas  qəhrəmanların  müqayisəli 

təhlilini  vermək,  verilmiş  aforizmi  öz  ideyaları  ilə  genişləndirib,  mühakimə  xarakterli 

inşa yazmaqdır. Motivasiya üçün müəllimə aşağıdakı şeirin oxunması tövsiyə edilir: 

  -Qabı kim yusun? 



  -Xalidə yusun. 

  -Kim su gətirsin? 

  -Gülərlə Dursun. 

  -Kim çay dəmləsin? 

  -Bacım Yeganə. 

  -Kimə don alım? 

  - Nənə, ay nənə, 

  Mənə al, nənə, 

  Nəvən Süsənə. 

Müəllimə tövsiyə olunur ki, sinfə sual versin: “Süsən haqqında nə deyə bilərsiniz?”. 

8-10  yaşlı  uşaq  bunu  haradan  bilsin?  Əvvəla,  şeirdə  nə  Süsənin,  nə  də  digər  uşaqların 

“xarakteri”,  “yaşı”,  “fizioloji  xüsusiyyəti”  açılmır.  Əgər  müəlliflər bu şeir  parçasından 

sonra  “zəhmətdən  qorxan  adam  sonradan  bu  qorxunun  əziyyətini  çəkir”  (səh.91) 

mövzusunda şagirdlərə inşa yazmağı tövsiyə edirlərsə, onda belə çıxır ki, Süsən qorxaq 

və tənbəldir, o  birilər  isə  “qab  yuduqlarına, çay  dəmlədiklərinə, su gətirdiklərinə” görə 

qorxaq və tənbəl deyillər. 

104-cü  səhifənin  3-cü  abzasının  son  cümləsində  “cəsarətini  toplayıb”  yox,  “özünü 

toplayıb” olmalıdır. 

106-cı  səhifədəki  mətndə  babanı  savadsız  adlandırmaq  düzgün  deyil.  Mətnin 

özündə  də  deyilir  ki,  “kənddə  kimin  işi  çətinə  düşürdüsə,  məsləhət  üçün  onun  yanına 

gəlirdi”. Düzdür, baba təhsil almayıb, amma müdrik insandır. Mətnin 107-ci səhifədəki 

davamında baba oxumadığını şəstlə etiraf edir. Didaktik baxımdan düzgün deyil.  

109-cu səhifədəki 5-ci tapşırıqda “miladdan öncə” ifadəsi olmalı idi. 

120-ci  səhifədə  “Qan  qardaşlığı”  mətni  uğursuzdur.  Burada  şagirdin  tərbiyəsi  

baxımından yanlış təbliğat vardır. Bu, sinifdə şagirdlər arasında çox ziyanlı bir ənənənin 

yaranmasına rəvac verə bilər. 



 

10 


122-ci səhifədə müəllifi qeyd olunmayan “Yoldaşlıq köməyi” şeirinin adında qüsur 

var. “Yoldaş köməyi” düzgün ifadədir.  

135-ci  səhifədəki  mətndə  “Ad  günümü  yaddaqalan  keçirmək  istəyirdim”  ifadəsi 

əvəzinə “İstəyirdim ad günüm yaddaqalan olsun” kimi əvəzlənsə, daha məqsədəmüvafiq 

olar. 

136-cı səhifədə işlənmiş “parti” sözü dərslik üçün uğurlu deyil. 



137-ci səhifədə “Şah Abbas” mətninin “Dostluq” bölməsinə aidiyyəti yoxdur.  

189-cu səhifədə “Axı bu lənətə gəlmiş it-pişik məndən niyə əl çəkmir” ifadəsi 4-cü 

sinif şagirdinin yaş səviyyəsinə uyğun deyil. Bu səhifədəki son dialoqların birində Lalə 

deyir:  “-...Hamısını  yenə  döyəcəyəm”.  Belə  daha  düzgün  belə  olar:  “Yenə  hamısını 

döyəcəyəm”. 

190-cı  səhifədəki  mətnin  son  cümləsində  “gecələr  dinc  yatır”  əvəzinə,  “gecələr 

rahat yatır” olmalıdır. 

197-ci səhifədə “Xor” şeirinin əxlaqi dəyərlər bölməsinə aidiyyəti yoxdur. 

206-cı  səhifədə  “Dil  qaydaları”  bölməsində  deyilir:  “Mürəkkəb  cümlə  iki  və  ya 

daha  artıq  sadə  cümlədən  düzəlir.  Onun  tərkibindəki  cümlələr  bir-biri  ilə  məna  və 

intonasiyaya görə bağlanır”. 

210-cu  səhifədə  “Dil  qaydaları”  bölməsində  isə  bu  haqda  belə  deyilir:  “Mürəkkəb 

cümlənin  tərkib  hissələri  vergüllə  və  ya  köməkçi  nitq  hissələri  ilə  bağlanır”.  4-cü  sinif 

şagirdi bunu başa düşə bilərmi? O, hansı qrammatik qaydaya inansın?   

Dərslik “Azərbaycan dili” adlansa da, məzmunu bilavasitə “Oxu” məzmun xəttinə 

uyğundur.  Bunun  səbəbi,  fikrimizcə,  3-cü  sinif  dərsliyində  dilin  sisteminin  həddindən 

çox verilməsi ilə bağlıdır. Dil materialları uşaqların yaş xüsusiyyətləri nəzərə alınmadan, 

əsasən,  3-cü  sinif  dərsliyində  verildiyindən  4-cü  sinif  dərsliyində  əlavə  məlumat 

verməyə,  demək  olar,  material  qalmayıb.  Eləcə  də,  təqdim  olunmuş  dil  qaydalarının 

mətnlərlə bağlı olmaması “Azərbaycan dili” fənninin əsas məqsədinin reallaşmamasına 

gətirib çıxarıb. 

 

 



3. Dizayn və bədii tərtibat baxımından 

 


 

11 


Dərslikdəki (əsasən 1-ci, 3-cü sinif dərsliklərində çox, 4-cü sinifdə bir qədər azdır) 

şəkillərin çoxu dərsliklərdə verilməsi münasib olmayan karikaturaya bənzəyir. 

Şəkillərin əksəriyyəti mətnin içinə girir, halbuki bu, kitabçılıqda yolverilməzdir. 

187-ci səhifədə mətndə “gonbul oğlan”dan danışılsa da, şəkildə gonbul fərd yoxdur. 

Mündəricatda mövzuların adlarına uğursuz fon verilib, çətinliklə oxunur. 

Əksər hallarda şəkillərdə təsvir olunan obrazların hamısının ağzı eyni vaxtda açıq 



verilib (səh. 9, 25, 118, 146, 150, 156, 160, 171 və s.). 

Yüklə 76,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin