Dərsliklərimizdə adları olmayan elementlərin adlarını sizə tədqim edirəm



Yüklə 52,1 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü52,1 Kb.
#41205
növüYazı
  1   2   3   4   5
Kimyəvi elementlərin dövri sistem cədvəli kimyanı öyrənən və öyrədən hər kəs üçün zəruri olan komponentdir


Kimyəvi elementlərin dövri sistem cədvəli kimyanı öyrənən və öyrədən hər kəs üçün zəruri olan komponentdir. Bu cədvəl 1869 - cu ildə rus alim D.İ.Mendeleyev tərəfindən ilk olaraq formalaşdırılmışdır. Cədvəlin yaranma və inkişaf tarixi haqqında danışmayacam, çünki bu barədə elmi materiallarımızda kifayət qədər yazılıb.

Dövri sistem cədvəli bütün kimya dərsliklərinin arxasında təsvir olunub və tədris prosesində istər müəllimlər, istərsə də şagirdlər bundan istifadə edirlər.

Lakin məsələ burasındadır ki, bu cədvəl artıq elm ictimaiyyəti tərəfindən köhnəlmiş hesab olunur. Üstəlik dərsliklərdə göstərilən cədvəldə cəmi 109 element göstərilib. Hal - hazırda isə 118 element mövcuddur. Cədvəlin strukturu da bir xeyli dəyişdirilib. Belə ki, artıq dövrlər uzun və qısa olmaqla iki yerə ayrılmır. Qrupların sayı isə, 8 - dən 18 - ə qədər artırılıb.

Bir müəllim olaraq mən də sözsüz ki, dərslikdə verilən bu cədvəldən istifadə edirəm və şagirdlərə mövzuları bunun əsasında izah edirəm. Elementlər barədə danışanda isə, onların sayının 109 deyil, 118 olduğunu vurğulamağı da özümə borc bilirəm. Əlbəttə cədvəl yenilənmiş formada olsaydı, bunu etmək daha rahat olardı. Necə deyərlər "yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır." Bu məqaləni də məhz ona görə yazıram ki, əgər hələ də Dövri sistem cədvəlinin yeni forması ilə tanış olmayan müəllim və şagirdlərimiz varsa, onlar da məlumatlansınlar.

Əslində cədvəli yeni adlandırmaq da müəyyən mənada düzgün olmaz. Çünki, cədvəlin bu forması 2006 - cı ildə təsdiqlənib.

Dərsliklərimizdə adları olmayan elementlərin adlarını sizə tədqim edirəm :

Ds (110) - darmştadtium. Element 1994 - cü ildə Darmştadt (Almaniya) şəhərində yerləşən "Ağır ionların tədqiqat mərkəzi"ndə kəşf olunmuşdur. Elementin adı da elə həmin şəhərin adı ilə bağlıdır. Ən davamlı izotopunun yarımparçalanma periodu 10 saniyədir. Darmstadtium (Fonetik: / ˌdɑ (ɹ) mˈʃtatiəm / ), əvvəllər ununnilium (Fonetik: / ˌjuːnuːˈnɪliəm / , simvol Uun ) və ya eka-platin , simvol Ds , atom nömrəsi 110 olan kimyəvi element . Çox ağır elementlərdən biridir. Çox sürətlə parçalanır: kütlə sayı 267 ilə 273 arasındakı izotoplarının mikrosaniyələrlə ölçülən yarım ömrü var . Kütlə sayı 279 və 281 olan daha ağır izotoplar bu yaxınlarda sintez edildi və daha sabitdir. Onların yarı ömürləri sırasıyla 180 milisaniyə və 11,1 saniyədir .

Darmstadtium ilk dəfə 9 Noyabr 1994-cü ildə Almaniyanın Darmstadt , Gesellschaft für Schwerionenforschung (GSI) institutunda quruldu . Jorge Rigolun rəhbərliyi altında bir qrup tərəfindən sintez edildi. Ds nüvə birləşməsi ilə əldə edildi, bu nikel atomları ilə aparıcı hədəfi bombalamağın nəticəsidir: {\ displaystyle {208 \ atop 82} \ mathrm {Pb} + {62 \ atop 28} \ mathrm {Ni} \ quad \ rightarrow \ quad (269 \ atop 110) \ mathrm (Ds) + {1 \ atop 0} \ mathrm {n} \;}

Element kəşf olunduğu yerdən adlanır. Yeni ad 16 avqust 2003-cü ildə IUPAC tərəfindən rəsmi hala gətirildi.

Rg (111) - rentgenium. Bu element də Ds ilə təxminən eyni vaxtda, eyni şəhərdə (Darmştadt) kəşf olunub və alman alim Vilhelm Rentgenin şərəfinə adlandırılıb. Nisbətən davamlı izotopunun yarımparçalanma periodu 2,1 dəqiqədir. Belə güman olunur ki, kimyəvi xassələrinə görə qızıla bənzərdir, yəni nəcib metal xassəsi göstərir.

Əvvəllər Unununyum - Uuu olaraq bilinən Röntgenyum , 1994-cü ildə kəşf edilmiş süni bir elementdir . Atom sayı 111, bilinən ən uzun ömürlü izotop üçün nisbi atom kütləsi 280 dövri cədvəldə Rg işarəsi ilə göstərilir . Keçid metalları sinfinə aiddir, fiziki xüsusiyyətləri bilinmir. 7-ci dövrdə super dövriyyə elementidir , dövri cədvəldə 1B qrupu və d bloku.

8 dekabr 1994-cü ildə ilk dəfə, Almaniya 's Darmstadt GS şəhər (Gesellschaft Schwerionenforschung-Heavy Ion Tədqiqat İnstitutunun für) hissəcik sürətləndirici bismut -209 və nikel -64 izotop birləşdirərək 272 atom kütləvi izotop əldə etdi. Məlum izotopların sayı sonradan üçə yüksəldi.

Cn (112) - kopernisium. Ən davamlı izotopunun yarımparçalanma periodu 34 saniyə olan kopernisium elementi də əvvəlki ikisi kimi, Darmştadt şəhərində "Ağır ionların tədqiqat mərkəzi"ndə kəşf olunub (1996). Element məşhur alim Nikolay Kopernikin şərəfinə adlandırılıb.


Yüklə 52,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin