Dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin


KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI



Yüklə 2,87 Mb.
səhifə15/25
tarix14.12.2019
ölçüsü2,87 Mb.
#29917
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
Y-K

KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI

§ 11.8. Satış sərgibr


Yarmarkalardan fərqli olaraq satış-sərgilər bir qayda olaraq, elmi mövzular (tematika) və istiqamətlər üzrə sistemləşdirilir.

Dünyada hər il çox sayda tematik sərgilər keçirilir. Onlardan daha tanınanı ekologiya problemləri üzrə Hannoverdə, metallurgiya və maşınqayırma məmulatlarının problemləri üzrə Düsseldorfda və s. keçirilən sərgilərdir.



Satış-sərginin məqsədi - yeni məhsul növlərinin, malların nümayişi, göstərilməsi və təqdim olunması və onların sonradan satışı üzrə ən müasir informasiyanın hazırlanmasından, potensial alıcılar ilə işgüzar əlaqələrin yaradılması üçün şəraitin təşkil olunmasından ibarətdir.

Satış sərgi-satışı təzə başlayan, həyat dövrəsinin başlanğıcında olan, tələbin olmamasından əsassız olaraq zərərə düşmə qorxusunun olması səbəbindən hələ kütləvi qaydada istehsal edilməyən ən müasir mallar bazarının sınaqdan çıxarılmasının məqsədəuyğun formasıdır.



Satış-sərginin fəaliyyətinin predmeti - yeni məhsul növləri ilə tanışlıq və bunlarla sövdələşmələrin bağlanılması üzrə xidmətlərin göstərilməsindən, həmçinin aparıcı alimlərin və mütəxəssislərin cəld olunması ilə kommersiya və elmi-texniki informasiyanın verilməsindən ibarətdir.

Yarmarka (sərgi) ticarətinin təsnifat əlamətləri aşağdakılardan ibarətdir:

1. Əmtəə (mal) və yaxud ərzaq əlaməti', bu da yarmarkaları (sərgiləri): ixtisaslaşmış - burada bu və digər sahənin müəyyən məhsul növlərinin nümayişi və satışı baş verir və universal - həm sənaye, həm də kənd təsərrüfatı kompleksinin müxtəlif sahələrinin müxtəlif mal növlərinin satışı həyata keçirilir, yarmarkalara bölünür.

l.Sahəvi əlamət yarmarkaları (sərgiləri) - sahəvi və sahələrarası yarmarkalara bölünür. Sahələrarasında hər hansı bir sahənin mallarını deyil, çoxsahəli məhsulları, məsələn, tibbi, maşınqayırma, biokimya, kosmik və s. əhatə eləyən yarmarkaları ayırmaq olar.

3.Ərazi əlamətinə görə, fəaliyyət miqyasına görəmal dövriyyəsinin həcminə görə yarmarkalar (sərgilər) əraziyə və yerli, milli, daxili və yaxud xarici bazarın miqyaslarına istiqamətlənən -beynəlxalq, respublika, reginolararası, zonalar üzrə ws yerlilərə bölünürlər.

§ 11.9. Hərrac (auksion) ticarəti


KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI

Hərrac (auksion) ticarəti - topdansatış və pərakəndə ticarətin elə bir növüdür ki, bu zaman satıcı mənfəət əldə etmək məqsədilə eyni bir vaxtda satışda iştirak edən bir neçə alıcı arasında birbaşa rəqabət prinsipindən istifadə edir.

Auksion {latınca auctio) - açıq hərrac zamanı elə malların satışıdır ki, onlar fərdi xüsusiyyətlərə və dəyərlərə malik olurlar. Onların açıq satışı müəyyən olunmuş yerdə və qabaqcadan qoyulan vaxtda həyata keçirilir.

«Kim çox» prinsipi ilə malların və digər dəyərlərin satış forması kimi auksionlar: əmtəə (mal)valyuta auksionlarına bölünürlər. Auksionun əsas iştirakçılarına: dəyərlərin sahibi (satıcı), auksionun təşkilatçısı, alıcı aiddirlər. Auksion hərracını auksionist həyata keçirir və o, satışın keçirilməsi zamanı qiymətləri və yüksək qiymət təklif eləyən alıcını elan etmək səlahiyyətinə malikdir.

Əmtəə auksionlarında incəsənət əsərləri, zərgərlik məmulatları, xəzlər, əntiq əşyalar və digər unikal, çox az-az rast gəlinən və yüksək tələb olan mallar və digər qəyərlər satılır. Auksionlar bir qayda olaraq, aşkar və yaxud qeyri-aşkar formada keçirilən qiymətin qalxmasına və qiymətin aşağı düşməsinə olan auksionlara bölünürlər.



Qiymətlərin qalxmasına keçirilən aşkar auksionlar zamanı hərrac satıcı tərəfindən müəyyən olunan minimal qiymət elan ediləndən sonra başlanır. Bundan sonra alıcılar könüllü surətdə alışın son qiyməti müəyyən olunanadək əlavələr edirlər; hərrac auksionistin çəkicinin üçüncü zərbəsindən sonra alıcının nömrəsi və son qiymət elan olunduqdan sonra bitmiş hesab olunur.

İlkin qiymət auksionun təşkilatçısı və malın sahibi arasında müqavilə ilə müəyyən olunur.



Qeyri-aşkar (lal) auksionda alıcılar qiymətin qaldırılması barədə auksionistə əvvəlcədən müəyyən olunan razılıq işarələrini verirlər. Auksionist alıcının adını demədən hər dəfə yeni qiyməti elan edir. Auksionun aşkar olmayan keçirilməsi alıcının adını gizli saxlamağa imkan verir.

Auksion satışı zamanı auksionist satılan mala görə heç bir məsuliyyət daşımır, çünki alıcılar mallarla hərracın keçirilməsindən əvvəl təfsilatı ilə qabaqcadan tanış ola bilərlər.

Auksionlar qiymətin aşağı düşməsinə görə (bu cür auksionlar holland auksionu adlandılırlar) keçirilə bilər. Qiyməti tədricən azaldılan auksionlar açıq-aşkar yüksək müəyyən olunan ilkin start qiymət elan olunduqdan sonra başlayır, bu qiymət sonradan o səviyyəyə kimi aşağı salınır ki, hərracın iştirakçılarından biri onu almağa razılığını versin. Son vaxtlar məcburi auksionlar da yayılmışdir ki, bunlar da kommersiya

KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI

firmasının və yaxud şirkətinin müfiisləşdirilməsi zamanı təşkil olunurlar, yəni məcburi satış, başqa sözlə, «hərracla satış» adlandırılır.



Valyuta auksionları yüksək alıcılıq qabiliyyətinə malik olan sərbəst konvertasiya olunan valyutanın milli valyutaya satışı üçün təşkil olunur. Valyuta auksion hərracları valyuta birja hərraclarının nümunəsi kimi çıxış edir.

Son vaxtlar bank sistemində sənaye və kommersiya banklarının çoxsaylı nümayəndələrini cəlb etməklə auksion hərraclarının yeni formaları - lombard-kredit auksionları geniş yayılmağa başlamışdır. Auksion lotu (natural ifadədə nümunəvi alqı-satqı vahidi) kimi mal, resurs və material krediti çıxarılır.

Auksionlar kommersiya təşkilatlarıdır, onların müvafiq otaq sahələri, avadanlıqları və ixtisaslı mütəxəssisləri vardır. Auksionların kommersiya təşkilatı kimi təşkilati quruluşu yarmarkaların quruluşunu xatırladır. İdarəetməni auksion komitəsi həyata keçirir; onun tərkibinə auksionun direktoru, yerli bələdiyyə orqanlarının nümayəndələri daxildirlər. Auksionun direktoruna bir sıra icra xidmətləri, o cümlədən: maliyyə, hüquq, ekspert, kommersiya, nəqliyyat, ümumi təsərrüfat və s. birbaşa tabedirlər. Auksion komitəsi, keçirilmə qrafiki göstərilməklə və hərracın aparıcısının auksionistin təyin olunmaqla auksion hərraclarının qaydalarını işləyib hazırlayır və təsdiq edir.

Hərraclarda iştirak etmək istəyən hər bir kəs irəli sürülən malları və onların adlarını, istehlak xüsusiyyətlərinin xarakteristikasını, miqdarını və təklif olunan malın keyfiyyət xüsusiyyətləri haqqında məlumatları göstərməklə özünün sifarişini rəsmiləşdirir.

Ekspert işi start (başlanğıc) qiymətinin müəyyən olunması ilə başa çatır. Auksion satışının şərtləri bütün tərəflərin imzaladığı auksion sazişində öz əksini tapır.

Satıcılardan qəbul olunan mallar keyfiyyətindən asılı olaraq standart partiyalar və yaxud mal vahidlərinə görə, yəni lotlara görə sortlara ayrılır.

Hər bir partiyadan nümunə seçilir. Hər bir lota nömrə verilir, bu nömrələrlə onlar auksiona çıxarılırlar. Auksion açılmazdan əvvəl lotların bütün nömrələri göstərilməklə reklam kataloqu hazırlanır və o, dəvətnamə, auksionda iştirak onun keçirilmə qaydaları ilə birlikdə bütün dəvət olunan iştirakçılara göndərilir.

Reklam kataloquna daxil edilən bütün mallar, auksion cədvəlinə yazılır və mütləq qaydada qabaqcadan baxış üçün düzülür.

Auksionun başlanmasına adətən 1,5-2 ay qalmış mətbuatda

auksionun keçirilmə vaxtı, yeri, müddəti, hərraca buraxılan əsas malların



KOMMERSİYA FƏALIYYƏTININ ƏSASLARI

miqdarı və növləri haqqında dolğun informasiya olan reklam xarakterli elan verilir.

Bir qayda olaraq, hərraclar amfiteatr formasında olan xüsusi auksion zalında keçirilir. Auksionist lotun nömrəsini, başlanğıc (start) qiymətini elan edir və bu zaman «kim çox» soruşur. Çəkicin üçüncü zərbəsindən sonra o, «satıldı» deyə yüksək qiymət verən alıcını elan edir. Elə hallar olur ki, auksionist nəzərdə tutulan məqsədlərə nail ola bilmir, yəni təklif olunan qiymətlərlə razı ola bilmir. Bu hallarda o, heç bir izahat vermədən lotu hərracdan çıxarmaq və sonradan onu təkrarən hərraca çıxarmaq hüququna malikdir. Hərracların keçirilməsindən sonra alıcı auksion sövdələşməsini rəsmiləşdirir, bu zaman auksionun mühasibindən iki nüsxədə mal çeki alır. Ödənilmiş mal çeki əsasında mühasib malların satışını əldə olunan hasilatın, yəni başlanğıc (start) qiyməti ilə əldə olunan qiymət arasındakı fərqi sonradan yenidən bölüşdürülməsi üçün auksion cədvəlində qeydiyyatdan keçirir. Hasilatın auksionun təşkilatçıları ilə malın sahibləri arasında bölüşdürülməsi qaydası imzalanmış auksion sazişində nəzərdə tutulmuşdur.

Xarici auksionların keçirilməsi zamanı avtomatlaşdırılmış üsullardan istifadə olunur. Qiymətin artmağa və yaxud azalmağa görə dəyişməsi, alıcılar tərəfindən qiyməti rəqəmli lövhəcikdə (siferblatda) əks etdirən və basılan düymələri olan pultda müvafiq düymələri basmaqla təsbit edilir. Lotu o adam alır ki, siferblatın oxunu dayandıran elektrik düyməsini birinci basmış olsun. Auksionların keçirilməsinin bu cür sistemi hərracların keçirilməsinin əmək tutumluluğunu və onun keçirilmə vaxtını aşağı salır.



KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI

XII FƏSIL. LIZINQ - KOMMERSİYANIN FORMASI KİMİ

§ 12.1. Lizinq anlayışı və əsas formaları


Lizinq, iqtisadi mənada material və pul formasında birbaşa investisiyaların köməyilə müəssisənin texniki cəhətdən yenidən silahlanmasım və elmi-texniki tərəqqinin sürətləndirilməsini təmin edən mülkiyyət münasibətləri kompleksidir.

Lizinq özünə üç növ təşkilati-iqtisadi münasibəti (icarə, investisiya və ticarət) daxil edən sahibkarlıq fəahyyəti sistemidir. Lizinq münasibətlərinin sosial əhəmiyyəti ondan ibarətdir ki, onlar sahibkarlara istehsal vasitələrindən fəal şəkildə istifadə etməyə imkan yaradır, onların əmək fəallığını və yaradıcılıq imkanlarını stimullaşdırır. Lizinq münasibətləri mexanizmi hüquqi, maliyyə və təşkilati- texniki münasibətlər əsasında qurulur (şəkil 12.1).

Sistemli iqtisadi böhran və bütün növdən olan investisiya resurslarının çatışmaması lizinqdən hazır məhsulun əlavə satış kanah kimi istifadə olunmasını zəruri və optimal edir.

Müasir tarixdə «hzinq» anlayışından ilkin olaraq 1877-ci ildə, «Bell» telefon kompaniyasımn özünün istehsal etdiyi telefonları satmaq yox, onları icarəyə vermək qərarına gəldiyi zaman istifadə olunmuşdur.

İlk lizinq birhyi 1952-ci ildə San-Fransiskoda (ABŞ) yaradıhmş və «Yunayted steyts lizinq korporeyşn» adını almışdı. Amerikan h- zinqinin atası bu kompaniyanın prezidenti Henri Şonfeld hesab olunur.

ABŞ-da hzinq maliyyə-lizinq birlikləri sayəsində iqtisadi fəaliyyətin effektiv alətinə çevrildi. Lizinq müqavilələrinin çoxvariantlılığı investisiya vəsaitlərinin əldə edilməsi və onlardan istifadə olunması yollarını əhəmiyyəth dərəcədə diversifıkasiya etməyə imkan yaratdı.



Avropada hzinq fəaliyyəti sistemli olaraq 1960-cı illərdən həyata keçirilməyə başlanmışdı. Özünün çoxnövlü formaları sayəsində lizinq qanunvericiliyi də öz rəngarəngliyi ilə fərqlənir.

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI




Mülkiyyət münasibətləri

Alqı-satqı üzrə hüquqi münasibətlər

İcarə münasibətləri

Girov münasibətləri



İnvestisiyalaşdırma və əmtəə kreditləşdirməsi münasibətləri

Əmlak üzrə zəmanət münasibətləri

Tapşırıq münasibətləri

Hüquqlarm başqasma satdması üzrə münasibətlər

Sığorta münasibətləri

Maliyyə- kommersiya

şərtləri

İnvestisiyalaşdırma şərtbri

Kreditləşdirmə şərtləri

İnvestisiyalaşdırma mənbələri

Ödəniş üsuUarı

Sığortalama

şərtləri

Vergiyə cəlb olunma

Lizinq predmetinin dəyərinin

qiymətləndirilməsi

Əmlakm istifadəçisinin ödəniş qabiliyyətliliyi

Lizinq obyektinin satm alınması şərtləri

Lizinq kompaniyalarmm yarad dması

Lizinq kyüıəbrinin texniki-iqtisadi əsasbndırılması

Layihəbrin ekspertizası

İstifadəçinin avadanhqlar üzrə

ərizələri

Lizinq obyektinin göndərilməsi və qəbulu şərtbri

Obyektin istismarı şərtbri

MüqavUəbrin bağlanması

Texniki xidmət və başqa servis xidmətləri

Lizinq xidmətləri bazarmda marketinq qərarbrı

Şəkil 12.1. Lizinq münasibətləri mexanizmi

KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI


Belə ki, Fransa, Belçika, İtaliyanın qanunverici aktlarında müvafiq terminologiyadan istifadə olunmuşdur: kredit-icarə, icarənin maliyyələşdirilməsi, maliyyə icarəsi üzrə əməliyyatlar.

Lizinq fenomeni ondan ibarətdir ki, bu gün o, perspektiv maliyyələşdirmənin yeni, qeyri-ənənəvi və spesifik sistemi kimi formalaşır və burada icarə münasibətləri, kredit maliyyələşdirməsi elementləri, borc öhdəlikləri üzrə hesablaşmalar və başqa maliyyə mexanizmləri özünə yer tapır.

Müasir lizinq bank strukturlarının iqtisadiyyatın real sektoru ilə istehsalın maliyyələşdirilməsi və stimullaşdırılması üzrə qarşıhqh fəaliyyətin forma və metodlarını tamamlayır və zənginləşdirir. Li- zinqin reallaşdırılması forması maliyyələşdirmənin ənənəvi formalarının müxtəlif cür əlaqələndirilməsi vasitəsilə diversifikasiya etdirilmiş və zənginləşdirilmişdir.

ABŞ-da 1990-cı illərdə avadanhqlarm lizinqi maşın və avadanlıqlara investisiya qoyuluşunun ümumi həcminin 30%-ni təşkil edirdi, lizinq müqavilələri isə il ərzində 100-130 mlrd, doll-ra bərabər olurdu. Lizinq əməliyyatlarının belə faiz səviyyəsi Böyük Britaniya üçün də xarakterikdir.

Qərbi Avropa ölkələrində avadanhqlarm lizinqi onların ümumi tədarükünün 15%-ni, mütləq ifadədə isə 120 mlrd. doll. təşkil edir.*

Keçmiş iqtisadi islahat illəri milli istehsal və qeyri-istehsal fondlarının yüksək dərəcədə aşınmasının və eyni zamanda iri istehsal komplekslərinin maşın və avadanlıq parklannın azad edilməsinin nəzərə alınması ilə lizinq biznesinin yeni forma və metodlarının fəal inkişafı imkanlarını kifayət qədər obyektiv şəkildə qiymətləndirməyə imkan verir. Bu biznesin inkişaf etdirilməsi məqsədilə lizinq fəaliyyətini tənzimləyən bir sıra normativ aktlar qəbul olunmuşdur və dövlət investisiyalarının lizinq əməhyyatları istiqamətində artması tendensiyası müşahidə olunmaqdadır.



Lizinq (leasing) icarə münasibətlərinin növ müxtəlifliklərindən biridir və özündə müvəqqəti azad olmuş və ya cəlb olunmuş maliyyə vəsaitlərinin müqavilə üzrə müəyyən haqq müqabihndə hüquqi və ya fiziki şəxslərə müvəqqəti istifadə üçün icarəyə verilən əmlak üzərinə investisiya etdirilməsi üzrə sahibkarlıq fəaliyyətinin əsas növünü əks etdirir.

Bank və kredit təsisatları lizinq müqavilələrinin yerinə yetirilməsi üzrə mahyyə hzinqi əməhyyatlarmın reallaşdırılması şərtilə üç və ' Комаров В. Межгосударственный лизинг // Риск. - 1998. - №1. - С. 13.



KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI

daha artıq il üçün kreditlərin təqdim edilməsindən əldə olunan mənfəət üzrə vergidən azad edilirlər. Hazırkı dövrdə lizinq, əmlakın əldə edilməsi və onun müəyyən müddət üçün müqavilə üzrə, dövlətin sə- lahiyyəth orqanları qismində dövlətə, fiziki və hüquqi şəxslərə mənfəət (gəlir) əldə edilməsi və ya sosial effektə nail olunması məqsədilə, lizinqverənin, malgöndərənin, hzinqalanın və lizinq layihəsinin başqa iştirakçılarının iştirakı şərtilə lizinq predmetinin amortizasiyasının nəzərə ahnması və istifadəyə verilməsi ilə bağh investisiya-sahibkarlıq fəaliyyətinin bir növü kimi nəzərdən keçirilir.

Lizinq fəaliyyətini bir sıra əlamətlərə görə təsnifləşdirmək olar:


  • predmetlər (obyektlər) üzrə - daşmar və daşınmaz əmlakdan istifadə edihnəsi;

  • iştirakçılar (subyektlər) üzrə - birbaşa, çoxtərəfli (daxili), dövlətlərarası;

  • bazar üzrə - daxili, xarici, dövlətlərarası;

  • ödənişlər üzrə - maliyyə, kompensasiya, barter, qarışıq; - özünüödəmə və amortizasiya üzrə - tam və natamam; - xidmətlər üzrə - xalis, tam dəstli, natamam dəstli. (Təsnifat əlamətləri sxemi şəkil 12.2-də təsvir olunmuşdur.)

Müasir şəraitdə təsərrüfat lizinqi, kommersiya münasibətləri forması kimi, əlavə maliyyələşdirmə mənbəyi və lizinq dövriyyəsi iştirakçılarının maddi təminatçısı kimi fəal istifadə olunmağa başlanmışdır. Lizinq sahəsinin formalaşdırılması üçün bütün obyektiv şəraitlər mövcuddur və hər şeydən əvvəl, buraya müxtəlif növ icarə münasibətlərinin əsası kimi çıxış edən mülkiyyət formalarının meydana çıxan rəngarəngliyi, habelə lizinq fəaliyyətinin əsas növlərinin metodiki və normativ təmin olunmasının tədricən genişlənməsi aid edilə bilər.

Lizinq, əmlakın əldə edilməsi və onun sonradan müəyyən haqq müqabilində müvəqqəti istifadə üçün başqasına verilməsi üzrə mülkiyyət və iqtisadi münasibətlər kompleksidir.



Lizinq, bir qayda olaraq, kontragentlərin (lizinqverən, lizinqa- lan və satıcı (malgöndərən)) qarşılıqlı təsirinin üçtərəfli xarakterinə malikdir. Gələcək lizinqalan lazım olduqda kifayət qədər maliyyə vəsaitləri olan lizinq kompaniyasını tapır və ona lizinq müqaviləsinin bağlanılması üzrə işgüzar təkliflə müraciət edir. Bu müqaviləyə görə lizinqalan tələb edilən əmlaka sahib olan satıcını seçir, lizinqverən isə həmin əmlakı öz mülkiyyətinə alır və onu razılaşdırılmış haqq müqabilində müəyyən müddətə müvəqqəti istifadə üçün lizinqalana verir. Müqavilənin müddəti bitdikdən sonra onun şərtlərindən asılı

KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI



Şəkil 12. 2. Lizinq fəaliyyətinin təsnifat əlamətləri

Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin