Detektiv roman



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə11/13
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#39146
1   ...   5   6   7   8   9   10   11   12   13
Müşfiq-XAN-Milenaya-mektub

12 

 

 

Cinayətdən 10 saat 32 dəqiqə sonra 

 

–  İlkin  rəyinizdə  mərhumun  səhər  saat  8-9  radələ-



rində  öldüyünü  bildirmisiniz.  Bu  barədə  fikrinizi  dəyiş-

məmisiniz? 

Sato  tibbi  ekspertizanın  qırx  yaşlarındakı  həkiminə 

baxıb dəqiqləşdirməyə çalışdı. 

Meyitin  ətrafında  onlardan  başqa  rayon  prokuroru, 

patoloji  anatomiya  birliyinin  mütəxəssisi  və  kimya  labo-

rotoriya əməkdaşı olan gənc qadın dayanmışdı. 



62

 

 



–  Xeyr,  bu  dəqiqdir.  Əks  halda  avqust  ayında  hava-

nın  hərarətini  nəzərə  alaraq  meyit  artıq  çürüməyə  başla-

malı idi. 

– Nə qədər müddətdə? 

– Bu orqanizmin fiziki durumundan aslı bir göstərici-

dir, – tibbi ekspertiza həkimi eynəyini çıxarıb izah etməyə 

başladı. – Çürümə əsasən bu nahiyədə hiss olunan göyərti 

ilə  özünü  biruzə  verir,  –  əlindəki  eynəklə  meyitin  qarın 

nahiyəsini  işarə etdi.  Sonra  isə  digər hissələrə  yayılmağa 

başlayır.  Açıq  havada,  yaxud  otaqda  milçək  sürfələrinin 

sayının artma dinamikasına əsasən hadisənin nə vaxt baş 

verməsi  ilə  bağlı  xeyli  dəqiq  məlumat  vermək  mümkün-

dü.  Suda  olan  cəsəd  üçün  isə  bu  qüvvədə  deyil.  Bundan 

əlavə çay sularında çürümə daha sürətlə baş verir. Dəniz 

və göldə isə suyun duzluluq dərəcəsindən asılı olaraq çü-

rümə prosesi 36-48 saatdan sonra başlaya bilər. Əlbəttə ki, 

soyuq havalarda daha uzun müddət tələb olunur. 

– Barmaq izlərini necə, heç cür tədqiq edə bilmərik? 

–  Bilirsiniz,  cənab  baş  müstəntiq,  şüşə  və  metal  üzə-

rində barmaq, yaxud ovuc izləri olsaydı, hamısını aşkarla-

ya bilərdik, – tibbi ekspertizanın həkimi ləngiyərək tərəd-

düdlə cavab verdi. 

Növbəti  dəfə  söhbətə  patoloji  anatomiya  birliyinin 

əməkdaşı qarışdı: 

–  Suda  isə  barmaq  izlərini  aşkarlamaq  üçün  yetərli 

dəlillər yoxdur, – adam ümidsiz halda fikrini tamamladı. 

–  İlkin  rəyinizdə  Romanın  boynunun  aşağısında  və 

kürəyində aşkar olunan qaysaq bağlamış cızıqların sevgi-

lisinə  aid  olduğunu  qeyd  etmisiniz.  Bu  ilk  baxışda  tək-

zibedilməz  bir  fakt  ola  bilərdi.  Amma  nəzərə  almaq  la-




63

 

 



zımdı  ki,  indi  bizə  mərhumun  Milanaya  tez-tez  xəyanət 

etdiyi məlumdur. Bunu Romanın qonşusu olan və 6A kot-

tecində  qalan  Aydın  adlı  fizika  müəllimi  də  ifadəsində 

mənə bildirib. Odur ki, qaysağın altındakı dırnaq izlərini 

DNT  analizinə  verib  Milananınkı  ilə  qarşılaşdırmaq  la-

zımdı.  Ola  bilsin  çempionun  gizli  münasibətdə  olduğu 

qadınlardan hansınısa tapa bilərik. 

– Saday müəllim, sizcə Roma yataqda Milanadan baş-

qa hansısa  qadının  onu bu  vəziyyətə  salmasına icazə  ve-

rəcək  qədər  axmaq  idi?  Axı  ukraynalı  qadın  onun  bədə-

nində iti qadın dırnağı ilə yaranan bu cızıqları hər an görə 

bilərdi. 

Rayon prokuroru öz mülahizəsini irəli sürüb sualdo-

lu baxışlarını Satonun üzünə zillədi. 

– Əlbəttə, yoldaş prokuror, siz bu fikrinizdə çox haq-

lısınız.  Amma  mən  bununla  yanaşı  iki  səbəbdən  dolayı 

həmin  izlərin  Milanaya  aid  olmasına  əmin  ola  bilmirəm. 

Birincisi qadın Romadan çox çəkinirmiş. Hətta qorxurmuş 

desək yalan olmaz. Yəni görsəydi də, ya üstünü vurmaz-

dı, ya da dərinə gedib sorğu-sual etməzdi. Onsuz da Mi-

lana,  Romanın  ona  xəyanət  etdiyini  çox  yaxşı  bilirdi.  Bu 

barədə  bir  az  əvvəl  dediyim  kimi,  yeni sevgilisinə  – Pər-

viz özü danışıb. 

– Bəs ikinci səbəb? 

Rayon prokuroru hövsələsizliklə soruşdu. 

– İkincisi də Milana professional tennisçidir. Bunu unut-

mayaq. 

Roketkanı tutan barmaqların isə siz dediyiniz, ya-

xud cızıqların dərinliyindən gördüyümüz kimi iti ola bil-

məsi  qeyri-mümkündür.  Üstəlik  mən  qadınla  söhbət  et-

mişəm, onun dırnaqları qısa və səliqəli idi. 



64

 

 



Bakıdan gələn baş müstəntiqin hər detala fikir verməsi, 

diqqətçəkən məntiqi mülahizələri və bütün şübhəli məqam-

ları dönə-dönə araşdırması ilk saatlarda rayon prokuroruna 

yorucu gəlsə də, indi axırıncı analizindən sonra Satoya qarşı 

münasibəti dəyişdi

–  Xahiş  edirəm,  qaysaqdakı  dırnaqaltı  qalıqların  nü-



munəsini  götürəsiniz.  Bakıdan  DNT  analizi  üçün  təcrü-

bəli əməkdaşlarımızdan birini buraya dəvət etmişəm. Gə-

lən kimi ləngimədən işə başlasın. 

Baş  müstəntiq  tibbi  ekspertizanın  həkiminə  tapşırıq 

verib, fikrinə davam etdi: 

– Yara ilə bağlı qərarınız nədir? 

Təxminən  kiçik  barmaq  ucu  böyüklüyündəki  izi 

işarət etdi. Yolda olarkən rayon prokurorunun zəng edib 

sevincək bildirdiyi iz bu idi. 

– Məlum olduğu kimi toksikoloji analizdə mərhumun 

qanında orqanizmə yad olan hansısa maddəyə rast gəlin-

məyib. Fikrimcə, belə kiçik diametrli yaranı elektrik cərə-

yanı yarada bilər. 

– Amma dənizdə bunun baş verməsi o qədər də real 

deyil. Elə deyilmi? 

Sato  patoloji  anatomiya  birliyi  mütəxəssisinin  fikrini 

yarımçıq qoydu. 

–  Razıyam.  Bunu  mən  də  düşünmüşəm.  Təəssüf  ki, 

hələlik ağlımıza gələn başqa versiya yoxdur. 

Sato lupa ilə yara izinə və ətrafına növbəti dəfə baxıb 

bayaqdan  bəri  dilə  gətirməyə  ehtiyatlandığı  ehtimalını 

irəli sürdü: 

– Əslində bu izin nəyə aid olduğuna dair bir şeydən 

şübhələnirəm. 




65

 

 



Baş müstəntiqin bu sözündən sonra meyitin ətrafında 

dayanan  hər  kəsin  diqqəti  ona  yönəldi.  Hövsələsizliyinə 

bu dəfə də yenilən rayon prokuroru yenə hamıdan qaba-

ğa düşdü: 

– Nə? 

– Elektroşok. Hə, məncə belə bir effekti özünümüda-



fiə məqsədi ilə satışa çıxarılan elektroşoklar yarada bilər. 

Tibbi ekspertiza həkimi çox heyrətlənmiş olmalıydı. Sato-

nun əlindəki lupanı tələsik alıb diqqətlə yaraya baxmağa 

başladı. Sanki birinci dəfədi görürdü. Maraqlısı bu idi ki, 

həmin  nahiyəyə  hansısa  yadplanetlilərin  ayaq  izini  axta-

rırmış kimi qəribə tərzdə baxırdı. Nəhayət eynəyi yenidən 

çıxarıb əlində tutaraq sevincək dilləndi: 

– Bəli. Şübhə etmədən sizinlə razılaşıram. Bu elektro-

şok izidir. Praktik yoxlaya da bilərik! 

– Doktor, əminsiniz? 

Bu dəfə sualı həm rayon prokuroru, həm də Sato eyni 

anda verdilər. 

– Əminəm! 

–  Yoldaş  prokuror,  ləngimədən  cinayət-axtarış  şöbə-

sinin  dalğıclarına  hadisə  baş  verən  ərazinin  diametri  bo-

yunca  olan  bütün  sahələrində  elektroşokun  axtarışlarına 

başlanmasını xahiş edirəm. 

– Sizcə dənizə atmış olar? 

– Böyük ehtimalla, bəli! 

– Aydındı. Hələ ki, havanın qaralmağına çox var. Ha-

zırlanıb elə indi axtarışlara başlayarlar, əmin olun. 

– Elə isə mən ləngimədən getməliyəm. Bir daha xahiş 

edirəm  ki,  bizim  əməkdaş  rayona  çatana  qədər  qaysaq-

dakı dırnaqaltı qalıqları DNT analizi üçün hazırlayıb mə-




66

 

 



nə  göndərəsiniz.  İstirahət  mərkəzində  olacam.  Yoldaş 

prokuror, mənə çatacaq sənədləri verirsiniz? 

–  Buyurun. 

Rayon  prokuroru  Romanın  qonşularının  kotteclərində 

axtarış aparmaq üçün hazırladığı icazə əmrini ona uzatdı. 

–  Bu  qədər  cəld  tərpənəcəyinizi  güman  etməzdim. 

Gəlməyinizlə-getməyiniz  bir  oldu.  Heç  sizə  çay  da  verə 

bilmədik,  –  prokuror  Satonun  iş  rejimini  təqdir  edib  sa-

ğollaşmaq üçün əlini uzatdı. 

– Hələ ki, təhqiqatın başa çatmağına çox var. Sizə ye-

nə işim düşəcək. Sonra vaxt tapıb mütləq görüşərik.  

– Məncə bu işi sabaha saxlamazsınız, – rayon proku-

roru söz atıb qımışdı. 

 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin