13
Baş müstəntiq, Pərvizin qaldığı kottecin qarşısına ça-
tıb diqqətlə ətrafa nəzər saldı. Sakitlik idi. İçərinin alaqa-
ranlıq olmasından başa düşdü ki, şair evdə deyil. Vaxt
itirmədən istirahət mərkəzinin rəhbərliyinə zəng edib eh-
tiyat açarı gətirmələrini tapşırdı.
Təxminən 3-4 dəqiqə sonra bələdçinin iştirakı ilə qapı
açıldı.
67
– Siz gedə bilərsiniz.
Sato onu yola saldı. Bələdçi getmək istəyənə oxşamırdı.
Bu gün eyni sözü ikinci dəfə idi ki, eşidirdi. Sakit və məz-
lum adam təsiri bağışlayan bu sısqa oğlanın iyirmi yaşı
ancaq olardı. İti baxışları vardı. Görünür xeyli detektiv
əsərlər oxumuşdu. Çünki baş müstəntiqin getməklə bağlı
təklifindən sonra hələ də bir-iki addım aralanıb kənardan
onun hərəkətlərini müşahidə edirdi.
Sato içəri keçməmiş zibil qabındakı araq butulkaları-
nı saydı. Pərvizi danışdırdığı vaxt otaqda saydığı qədər –
5 butulka var idi. Barmaq izlərini itirmək üçün hansınısa
dəyişdirmiş ola bilərdi. Amma nədənsə bu indi Sato üçün
inandırıcı gəlmədi. Birdən, çox yorulduğunu hiss etdi.
Fərqinə vardı ki, vacib ola biləcək cinayət detallarına ötəri
yanaşır. Peşmanladı. Bloknotunu çıxarıb ehtiyac olarsa,
butulka məsələsini araşdıracağı barəsində qeydini apardı.
Qapını örtüb içəri keçəcəkdi ki, bələdçinin dayanıb ona
tamaşa etdiyini sanki həmin vaxt gördü:
– Siz niyə getmirsiniz?
– Yoldaş müstəntiq, icazə versəniz mən də sizin yanı-
nızda qalardım. Belə işlərə həvəsim var, – sısqa gənc nıq-
qıldanıb birtəhər izah etməyə çalışdı. Günorta da məni
yola salanda demək istəyirdim, amma onda utandım.
– Bura gəlib-gedənlərlə maraqlanırsınız?
Sato yeni köməkçisinin ona hansı işdə yardımçı ola bilə-
cəyini sınaqdan keçirmək məqsədi ilə soruşdu.
– Bəli. Çalışıb hamı ilə maraqlanıram. Düzdür, çoxla-
rının burnumu onların işinə soxduğuma görə məni gör-
məyə gözləri yoxdur.
68
– Yox, belə olmaz. Daha alicənab insan təsiri bağış-
lamaq üçün hiss etdirmədən nəzarət etmək lazımdı, dos-
tum. Əks halda qadınlara çox baxsan adını manyak qo-
yarlar. Kişilərə isə həddən artıq hiss olunan diqqət yetir-
sən kənardakılar mavi olduğunu düşünərlər. Digərlərini
isə məncə ümumiyyətlə xırdalamayaq, – Sato uzun-uzadı
izah edib qımışdı. Deyəsən yorğunluqdan nə edəcəyini də
unutmuşdu.
Gənc bələdçi isə onun dediklərindən bəzilərini anla-
madan gözlərini döysə də, özünü sındırmayıb gülümsə-
məklə qarşılıq verdi.
– Zibilqabıları hər gün boşaldırlar?
– Xeyr. İki gündən bir.
– Keçək içəri.
Sato günortakından daha səliqə-sahmanlı otaqla rastlaşdı.
Görünür xidmətçilər yığışdırmışdılar. İkinəfərlik taxtın üs-
tündəki örtüyü kənara çəkdi. Yatağın şuxluğundan dəstin o
gedəndən sonra servis edildiyi hiss olunurdu
.
– Bəs yataq dəstini?
Baş müstəntiq yaranan sükutu pozub bu dəfə bilərəkdən
sualı daha qısa verdi.
– Hər gün səhər dəyişirlər.
Bələdçi ikinci sınaqdan da uğurla çıxmışdı. Peşəsinə pə-
rəstiş etdiyi adamın nə barəsində soruşduğunu anlamış
və ləngimədən cavab vermişdi.
Axşamüstü olmasına baxmayaraq, Pərvizin yataq
dəsti yeni dəyişilmişdi. Deməli, evinin axtarışı zamanı ya-
taqdakı saç tellərini yoxa çıxartmaq üçün bilərəkdən dü-
şünülmüşdü. Sato bu dəfə tərəddüd etmədən şübhəli mə-
qamın beynində qurduğu mülahizə ilə üst-üstə düşdüyü-
69
nü anladı. Yanılmamışdı. Ötən gecə məhz bu otaqda şai-
rin yanında daha bir nəfər adam olub. Böyük ehtimalla bu
Milana idi. İndi sadəcə faktı sübut etmək tələb olunurdu.
– Bir dəfədən artıq dəyişilməsi mümkündü?
Sonuncu dəfə aydınlaşdırmağa çalışdı.
– Bilirsiniz, necə deyim, gənc cütlüklər olan kotteclər-
də yataq dəstləri bəzən gündə iki, hətta üç dəfə dəyişilir.
Amma bir dəfədən artıq servis üçün müştərilərimiz əlavə
pul ödəyirlər.
– Bunu hardan bilirsən?
– Təmizlikçi qadınların belə kottecləri yığışdırıb qayı-
dandan sonra necə deyindiklərini dəfələrlə eşitmişəm.
– Pul ödəyirlər də dostum, deyinməyə nə ehtiyac
var?
– Vallah, deməyə də utanıram. Əksəriyyət cavanlar
belə yerlərə qızla gəlirlər. Birlikdə yatıb-qalxırlar. Necə
deyim, buna görə də döşək ağılar tez-tez çirklənir, – bə-
lədçi pörtüb susdu.
Sato nəhayət ki, köməkçisinin bayaqdan bəri nəyi
izah etməsini anlayıb göz vurdu. Bu zamanda belə gənc
oğlanın abır-həyası olsa-olsa bakirə qızların isməti ilə mü-
qayisə oluna bilərdi. Baş müstəntiq bunu beynindən keçi-
rib bələdçinin nə demək istədiyini gec anladığına görə
özünü məzəmmət elədi. Amma hələ də fikirlərini bir yerə
toplaya bilməmişdi. Gecikmişdi. Təmizlikçilər yataq dəs-
tini o, buraya gəlməmişdən əvvəl dəyişmişdilər. Həm də
Pərvizin istəyi ilə. Bu danılmaz idi.
– Bu kottecdən aparılan döşək ağını tapıb gətirə bilər-
siz?
70
– Bundan asan iş var? Xidmətçi qadından soruşub
alaram.
– Əla! Amma elə et ki, heç kim görməsin. Ehtiyatla
beləcə bükərsən, – Sato nümunə üçün yeni dəyişdirilmiş
yataq dəstini qatlayıb izah elədi.
– Başa düşdüm. Mən də belə edəcəkdim.
– Niyə?
Baş müstəntiq təəccübünü gizlətmədi.
– Yəqin ki, siz arasında hansısa saç, yaxud buna oxşar
iz axtaracaqsınız. Məncə buna görə.
– Əməlli-başlı xəfiyyə imişsən ki sən!
Köməkçinin işə yaradığına sevinib əlini sısqa gəncin çiy-
ninə qoydu:
– Amma tələsmək lazımdı, dostum.
– Baş üstə!
___________________________________________________
Dostları ilə paylaş: |